Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-1/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsindən verilən şikayət üzrə qəbul edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2184/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx” (Azərbaycan) ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2184/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqinə dair “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-726/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclunun nümayəndəsi X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-726/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, şikayətinə yenidən baxılmasını, əks təqdirdə şikayəti baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq , tələbkar, borclu və Yasamal rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclunun səlahiyyətli nümayəndəsi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, bank tərəfindən avtomobil onlardan alınmış və hərracda satılaraq banka olan borcları ödənilmişdir. Borclunun ümumiyyətlə heç bir gəliri yoxdur, o, İ qrup əlildir və Prezident təqaüdçüsüdür. O, artıq neçə illərdi ki, Maştağa qəsəbəsində yerləşən dispanserdə (anlaqsız kimi) qeydiyyatdadır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin 8(004)-726/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş “X2" MMC-nin xx.xx.2017-ci il tarixli 61 saylı hərracın yekunları barədə protokoluna əsasən Borclu məxsus “Hyundai İX-35” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracda 17100 manata satılmışdır. İş materiallarında olan Yasamal rayon icra və probasiya şöbəsinin icra məmurun xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2184/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 27007,92 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu Borclu “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. İcra hərəkətləri nəticəsində Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 61 saylı hərrac protokoluna əsasən, icra vərəqəsindəki göstərilən məbləğ təmin edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 8.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İşin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2184/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi icraya yönəldilmiş və icra hərəkətləri nəticəsində Borclu məxsus “Hyundai İX-35” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərracda 17100 manata satılaraq banka ödəniş edilmişdir. Lakin borclunun ödənilməmiş borcu qalmışdır. Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədinin tam icra edildiyinə istinad edilərək, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda tələbkar borclunun ödənilməmiş borcun qalmasını bildirərək, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edilməsini tələb edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi icra sənədi üzrə borcun tam ödənilmədiyini nəzərə alaraq, tələbkar “xxxx” (Azərbaycan) ASC-nin şikayətini təmin edib, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə göndərilməsini qərara almaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclunun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-1/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-1/2021
11.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver