Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-1/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7772/2017 saylı, 22 noyabr 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7035/2018 saylı, 13 iyun 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Toyota Camry” minik markalı, 90-SB501 dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, “Ford Courier” yük markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı "Ford Courier" yük markalı, 99-FF173 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Lancer GL” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədlərinə əsasən borclular Borclu və X1 birgə qaydada müvafiq olaraq 11182,36 ABŞ dolları və 30 manat dövlət rüsumu; 3926,77 ABŞ dolları və 29 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Borc, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətdə ödənilmədiyindən Borclu məxsus yuxarıda sadalanan avtomobillərin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)- 523/2021 saylı qərardadı ilə (hakim Aytən Novruzova) təqdimat təmin olunmuşdur. Qərardaddan narazı olan Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-549/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim G.Əsədova, iş № 8(005)-523/2021) təqdimat qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7772/2017 saylı, 22 noyabr 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7035/2018 saylı, 13 iyun 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Ford Courier” yük markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı "Ford Courier" yük markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Lancer GL” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Tələbkar ASC qərardaddan şikayət verərək təqdimatın tam təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən nəyə görə təqdimata əlavə edilmiş digər nəqliyyat vasitələrinin üzərinə deyil, məhz Borclu mülkiyyətində olan “Ford Courier” yük markalı, ** SX *** dövlət qeydiyyat nişanlı “Ford Courier” yük markalı, ** FF *** dövlət qeydiyyat nişanlı, “Mistubishi Langer GL” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırmamışdır. Belə ki, “Ford Courier” yük markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası mövcud deyildir. Bu da ona dəlalət edir ki, həmin avtomobil istifadə edilmir və ya istismara yararsızdır. Bu səbəbdən həmin avtomobilə tələb yönəldilməsi, avtomobilin açıq hərracdan satılması qeyri-mümkündür. Hesab edirlər ki, “Toyota Camry” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması digər yük avtomobillərinə nisbətən qətnamənin icrasının təmin edilməsi üçün daha məqsədəuyğundur. Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 30 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq həbsin qoyulmasının borc məbləği ilə müqayisədə nə qədər mütənasib olması nəzərə alınmalıdır. Şikayətdə göstərilən avtomobilin üzərinə həbs qoyulması zərurəti də işdən görünmür, tələbkar göstərdiyi bu halları, o cümlədən istinad etdiyi avtomobilin üzərinə həbs qoyulmasının zəruriliyini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətdə göstərilmiş əmlakların cəm şəkildə dəyəri ilə borc məbləği arasında kəskin fərq olması aşkardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, hazırda tələb borclunun əmlakına lazım olan həcmdə yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası bir daha qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar borcun ödənilməsinə kifayət etdiyi üçün şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 30 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-1/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-1/2022
05.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver