Məhkəmə qərarları › İş №8(103)-10/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-10/2021

01.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-10/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-584/2020 saylı qərardadından borclu "Borclu" MMC-nin direktoru Məmmədov Dönməz Əbdulxalid oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyev məhkəməyə təqdimatla müraciət edərək, borclu "Borclu" MMC-nin rəhbəri 20,08.1967-ci il tarixdə Qafan rayonunda anadan olmuş, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan Məmmədov Dönməz Əbdülxalid oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, xx.xx.2017-ci ıl tarixli icra sənədinə əsasən, tələbkarlar Tələbkar1, Tələbkar2 və Tələbkar3 borclu "Borclu" MMC-də sürücü işlədikləri müddət ərzində onlara ödənilməli olan əmək haqqı "Borclu" MMC tərəfindən hesabalanaraq tələbkarlara ödənilməlidir. İcra sənədi 25.09 2017-ci ıl tarixində şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu "Borclu" MMC-nin rəhbəri Məmmədov Dönməz Əbdulxalid oğlu xx.xx.2017-ci ıl tarixdə şöbəyə dəvət edilmiş, qərar və bildirişin surəti şəxsən borcluya təqdim edilmiş, təmin tarixdən uzun müddət keçməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 584/2020 saylı qərardadı ilə məhkəmənin borclu "Borclu" MMC-nin rəhbəri xx.xx.1967- ci il tarixdə Qafan rayonunda anadan olmuş, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan Məmmədov Dönməz Əbdülxalid oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu "Borclu" MMC-nin direktoru Məmmədov Dönməz Əbdulxalid oğlu həmin qərardaddan şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-584/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-584/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, borclu "Borclu" MMC-nin rəhbəri Məmmədov Dönməz Əbdülxalid oğlu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz. Çünki, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də, məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Lakin icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu "Borclu" MMC-nin direktoru Məmmədov Dönməz Əbdulxalid oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-584/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar