Məhkəmə qərarları › İş №8(103)-100/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-100/2021

02.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-100/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(010)-38/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X8 Aoğlu şikayətlə məhkəməyə müraciət edərək, “Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Hüseynovun hərəkətinin qanunsuz hesab edilməsi və Suraxanı Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsinə əsasən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Hüseynovun icraatında olan X3 xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən 7500 manat, xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən 25000 manat, cəmi 32500 manat və cavabdeh X2 və cavabdeh X3 xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən 5000 manat pul X4 xeyrinə tutulması barədə icra işi ilə bağlı icra məmuru tərəfindən qanuni tələb yazılı surətdə və rəsmi qaydada təqdim etmədən inzibati protokol tərtib edilməsi üçün ondan izahat tələb etməsi və qanunsuz hesab edilməsi və hazırki icra işi ilə bağlı icra məmuru tərəfindən ondan izahat tələb etməsi və inzibati protokol tərtib etməsindən əvvəl ona (və nümayəndəsinə) qanuni tələbin yazılı surətdə və rəsmi qaydada təqdim edilməsinin icra məmuruna öhdəlik qoyulmasını” xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(010)- 38/2021 saylı qərardadı ilə şikayətin icraata qəbulundan imtina edilmiş və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. X1 şikayət verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(010)-38/2021 saylı qərardadının ləğv edilməsini və ərizəsinə baxılmasını xahiş etmişdir Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(010)- 38/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hazırkı iş üzrə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2015-cı tarixli, 2(010)-592/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi xx xxxx 2015-ci il tarixdə verilmiş və həmin icra vərəqəsi üzrə icra məmuru tərəfindən icraata başlanılmış, bundan sonra bir sıra icra hərəkətləri edilmiş və bunlardan borclunun məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması əsası kimi o hala istinad etmişdir ki, icra sənədi üzrə borclunun mübahisələndirdiyi hərəkət Maraqlı şəxs tərəfindən inzibati protokol tərtib edilməsi barədədir, buna görə icra məmuru tərəfindən inzibati protokolun tərtib edilməsi özü-özlüyündə hazırki icraat üzrə baxıla bilməz. Lakin nəzərə alınmalıdır ki, borclunun şikayəti inzibati xəta haqqında protokolun tərtib edilməsindən deyil, icra məmuru tərəfindən qanuni tələbin yazılı surətdə və rəsmi qaydada ona təqdim edilməsi, habelə inzibati protokol tərtib edilməsi üçün izahat tələb etməsinin qanunsuz hesab edilməsi barədədir. İcra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət çərçivəsində qeyd edilən halların ümumi məhkəmə icraatı qaydasında mübahisələndirilməsini istisna edən hal qanunvericiliklə müəyyən edilmədiyindən, qeyd edilən əsasla borclunun şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdıraraq, iddia tələbinin icraata qəbul edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etməlidir. Ona görə də qərardad ləğv olunmalı, şikayət yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(010)- 38/2021 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar