Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-101/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamil Hüseynovun icraata başlamaq haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından borclu Babayeva Nurbəniz Məmməd qızı tərəfindən verilmiş şikayətə əsasən qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-741/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərardadından borclu Babayeva Nurbəniz Məmməd qızı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: 14 saylı Notariat Kontorunun 8İ-12941 nömrəli, xx.xx.2020-ci il saylı icra sənədinə əsasən borclu Babayeva Nurbəniz Məmməd qızından 19000 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutularaq tələbkar Hüseynova Yaqut Teymur qızının xeyrinə ödənilməlidir. İcra sənədi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi icra məmuru Kamil Hüseynovun icraatına verilmiş və xx xxxxxxx 2020-ci il tarixdə sonuncu tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Babayeva Nurbəniz Məmməd qızı qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 14 saylı Notariat Kontoruna tələbkar ilə aralarında bağlanmış kredit müqaviləs üzrə borcun ödənilməsinə dair tələbkara təklif etmiş, lakin bu barədə razılaşma olmadığından mübahisə yaranmışdır. Mübahisə barədə Notariat kontoruna məlumat vermişdir. O, hesab edir ki, aralarında mübahisənin baş verməsi ilə əlaqədar, Bakı şəhəri 14 saylı Notariat Kontoru hazırki icra sənədini Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərməməli idi. Belə olan təqdirdə, icra sənədi Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən geri qaytarılmalı idi. İcra məmuru isə dərhal qərəzli şəkildə, icra sənədi üzrə qərar qəbul etmiş və xəbərdarlıq edərək tələbin könüllü ödəmədiyi təqdirdə barəsində ciddi tədbir görəcəyini bildirmişdir. Təkrar olaraq yenidən, Bakı şəhəri 14 saylı Notariat Kontoruna tələbkar ilə aralarında yaranmış mübahisə ilə əlaqədar təklifi göndərmişdir. Borclu və tələbkar arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış ixtilaflar üzrə mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru K.Hüseynovun icraata başlamaq haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından borclu Nurbəniz Babayeva tərəfindən verilmiş şikayət təmin olunmamış, onun həmin qərardaddan verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış şikayətçi, tələbkar, habelə Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icra məmuru xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən qanunvericiliyin sadalanan normalarına uyğun hərəkət etmişdir və həmin qərarın ləğvi üçün hər hansı əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-741/2020 saylı, xx xxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-101/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-101/2021
03.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver