Məhkəmə qərarları › İş №8(103)-101/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-101/2024

18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-101/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, X1 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayətə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililərin 1,23 metr məsafədə cavabdeh X* hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 06.0*.2020-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. X2 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin (icra sənədinin) icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarmadığı üçün Bakı şəhəri Maraqlı şəxs icra məmuru Yaqub Qafarovun hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 Bakı şəhəri Maraqlı şəxs icra məmuru X3 hərəkətlərindən şikayətinin rədd edilməsi (İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 8-ci maddələrinə istinadən) qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs icra məmuru Yaqub Qafarov tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasi ilə bağlı icra hərəkətləri qanuna müvafiq qaydada aparılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra sənədində göstərilən ünvana baxış keçirilmişdir. Həmçinin məhkəmə tərəfindən həmin ünvana yerli baxış keçirilmişdir. Həmin ünvana dair icra hərəkətləri aparılan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubları nəzərə alınmışdır. X2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin (icra sənədinin) icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarmadığı üçün Bakı şəhəri Xəzər rayonİcra şöbəsinin icra məmuru Yaqub Qafarovun hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 70.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamədə 1,23 metr söküntünün hansı istiqamətdə, yəni bağın qarşısında eninə və ya uzununa, yaxud hər iki istiqamətdə aparılmalı olması qeyd olunmamışdır. Bu hallar qətnamədə göstərilmədiyi üçün qətnamə qeyri-müəyyəndir, konkret və aydın deyil. Məhkəmə qətnaməsinin mahiyyəti iddiaçının bağa girişinin bərpa edilməsindən ibarətdir. Lakin bağa girişin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətə gətirilməsini qət edərkən məhkəmə bağın girişinin dayanıqlı nöqtədən, yəni hazırda iki girişinin yerləşdiyi yoldan hansı məsafədə yerləşdiyini, bağın əvvəlki vəziyyətinin necə olduğunu, bağın pozulmuş vəziyyətinin nədən ibarət olduğunu müəyyən edə bilməmişdir. Əgər yalnız girişin yeri dəyişdirilibsə və bunun nəticəsində bağın əvvəlki vəziyyəti pozulubsa, girişin əvvəlki vəziyyətdə harada olması müəyyən edilməlidir. Bu girişin bərpa edilməsi zamanı söküntünün 1,23 metr məsafədə bağın qarşısında uzununa və ya eninə, sağa və ya sola, yaxud da hər iki istiqamətə sökülməsi qətnamədə göstərilməmişdir. Belə olan halda icra məmuru öz mülahizəsi ilə 1,23 metr məsafəni eninə, yaxud uzununa, yaxud da hər iki istiqamətdə olmasını özü müəyyən edə bilməz. Bu zaman borcluya qanunsuz olaraq külli miqdarda ziyan vurulması halı baş verə bilər. Qətnamədə sökülməli olan tikililərin konkret hansı tikili olması qeyd olunmur. Məhkəmə sökülməli olan mağaza tikilisi, kafe otaqları və s. olmasını göstərməli idi. Bu səbəbdən icra məmuru özü müəyyən edə bilməz ki, tikililər dedikdə konkret hansı tikililər nəzərdə tutulur. Həmçinin məhkəmə tikilinin tam, yaxud müəyyən hissədə sökülməsini qət etməmişdir. Ona görə də icra məmuru ərazidə olan mağazanın hansı hissədə sökülməli olmasını, eləcə də mağazanın yanında olan kiçik tikilinin hansı hissədə, yaxud tam sökülməli olmasını öz mülahizəsi ilə müəyyən edə bilməz. Bu hərəkətlər edilərsə, qətnamədən kənaraçıxma halı baş vermiş olar. İddiaçının bağ sahəsinin qarşısında yerləşən torpaq sahəsi cavabdehin istifadəsindədir. Həmin sahədə cavabdehə məxsus kafe fəaliyyət göstərir. Orada ağaclarla əhatə olunmuş taxta otaqlar mövcuddur. Qətnamədə həmin kafenin taxta otaqlarının sökülməsi və ağacların kəsilməsi də qət olunmayıb. Bu səbəbdən də icra məmuru taxta otaqları sökə bilməz, həmçinin yaşıllıq sahəsi olan ağacları doğratdıra bilməz. Əgər taxta otaqlar sökülərsə, ağaclar kəsilərsə, bu hal da icra sənədindən kənaraçıxma hesab olunacaq. Odur ki, qətnamə qeyri-müəyyəndir, qətnamənin icrası mümkün deyil. Tərəfindən vəsatət verilməsinə baxmayaraq icra məmuru Yaqub Qafarov icrası mümkün olmayan sənədi məhkəməyə qaytarmamış, “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinin tələbini pozmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür 8-ci maddəsinə əsasən icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.*. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. 14.2. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.*. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*-ci maddəsinə əsasən: 1*.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir; 1*.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 1*.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 1*.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38*,39*, 397, 398-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, onun dəlilləri ümumi səciyyə daşıyır, qeyd edilən qanunvericiliyin əsaslarına müvafiq heç bir hüquqi əhəmiyyət kəsb etmir və tələbkarın hüquqlarına rəğmən dövlətin adından qəbul edilən qərarın icrasının qəsdinə yönəlmiş prosessual hərəkətlər, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək, onun təmin edilməsinə əsas verə bilməz. Belə ki, şikayətin dəlilləri icra məmuru tərəfindən icrası mümkün olmayan icra sənədinin qaytarılmaması əsası ilə icra məmurunun hərəkətlərindən verilmiş olsa da, mənaca icra sənədinin aydın olmamasına və onun məzmunun izah edilməsinə yönəlmişdir. İcra məmurunun icraata başlamaq haqqında qərarı ilə icraata qəbul edilmiş icra sənədinin icra edilməsi mümkünsüzlüyü ilə qaytarılması qanunvericiliklə nəzərdə tutulmamış, habelə icraata başlamaq haqqında qərarı mübahisələndirilmədiyindən və icra sənədinə aid olan tələblərin qanunvericiliyə uyğunluğunun yoxlanılması tələbi (müzakirə predmeti) olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1/2024 saylı işi üzrə xx.xx.2024-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar