Məhkəmə qərarları › İş №8(103)-102/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-102/2021

05.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-102/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Tələbkarın nümayəndəsi X1nun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-330/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri 17 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-741 nömrəli icra sənədinə əsasən Borclu ümumilikdə 1154.52 manat borc və 20 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Borclu xx.xx.2019-cu il tarixində öldüyündən və vərəsəlik işi açılmadığından icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx” ASC Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şəxs vəfat etmiş olsa belə icra məmuru borclunun ölümündən sonra vərəsəlik işinin açılıb açılmamasını, əmlak vəziyyətini, nikahda olub-olmamaısını, birgə nikah dövründə əmlakın əldə edilib-edilməməsi barədə sorğular etməmiş, icra işinə mötəbər sübutlar əlavə etməmişdir. icra məmuru icra işinə xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq sorğular verməmiş və xitam barədə qərar qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-330/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Zaur Hacıyev). Həmin qərardaddan tələbkar “xxxx” ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-330/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən tələbkarın nümayəndəsi X1 şikaytin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd edilən hüquq normasının məzmununa əsasən kollegiya hesab edir ki, iş materiallarında icra məmurunun icraata xitam verərkən borclunun ölümündən sonra vərəsəlik işinin açılıb açılmamasını, əmlak vəziyyəti, nikahda olub-olmaması, birgə nikah dövründə əmlakın olub-olmaması barədə sorğular etməsi iş materiallarında aşkar edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, icra məmuru icra işinə xitam verərkən tam araşdırma aparmamışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sadalanan xüsusatlar icra işi tələb edilməklə və icra məmurunun iştirakı ilə yenidən araşdırılmalıdır. Şərh edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan xüsusatlara qiymət verilmədiyindən tələbların şikayəti əsaslı hesab edilməli, qərardad ləğv edilməli və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-330/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar