Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-102/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə borclu X2 “aliment tutulmasına dair icra sənədi üzrə icraatın dayandırılması barədə” ərizəsinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadınan Tələbkar nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizə aliment tutulmasına dair icra sənədi üzrə icraatın dayandırılması barədədir. Belə ki, icra sənədinə görə 05.05.2011-ci il təvəllüdlü uşaq X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat aliment ata X1 tutularaq ana Tələbkar verilməlidir. Ata ərizə verərək xahiş edib ki, uşaq tapılıb Azərbaycan Respublikasına gətirilənə və uşaqla ünsiyyəti təmin edilənə qədər uşaq üçün atadan aliment tutulması brədə icra sənədi üzrə icraatın dayandırılması və 02.08.2020-ci il tarixdən sonra ödənilən alimentin geri qaytarılması barədə qərardad qəbul olunsun. Nizami RM-nin 24.02.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilsin, uşağın tapılıb Azərbaycan Respublikasına gətirilməsi və atanın uşaqla ünsiyyət hüququ təmin olunması tarixinədək atadan aliment tutulması barədə icra sənədi üzrə icraat dayandırılsın. Ana nümayəndəsi vasitəsilə şikayət verərək qərardadın ləğv edilməsini xahiş edib. Şikayətdə qeyd olunub ki, ana uşağı ilə birlikdə Türkiyənin Konya şəhərində yaşayır. Bu barədə icra şöbəsinə məlumat verilib. Atanın ödədiyi alimenti ananın nümayəndəsi poçt vasitəsilə anaya göndərib, qalan hissəsini isə nağd şəkildə anaya verib. Ana atanın uşaqla görüşməsinə etiraz etmir. Şikayət təmin edilməlidir. Belə ki, icra sənədi üzrə icraatın dayandırılmasının hüquqi əsası kimi “İcra haqqında” Qanunun 18.1.5-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddədə qeyd olunub ki, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Aliment tutulması barədə icra sənədində belə hal mövcud deyil. İki icra sənədi var: 1) atadan aliment tutulması barədə icra sənədi; 2) atanın uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə icra sənədi. 2-ci icra sənədi üzrə icra məmurunun qəbul etdiyi 06.04.2018-ci il tarixli qərar ilə ananın (borclunun) və uşağın barəsində axtarış elan edilib. Göründüyü kimi, axtarış 2-ci icra sənədinə aiddir. 1-ci icra sənədi üzrə axtarış elan olunmayıb. Ona görə də 1-ci icra sənədi, yəni aliment tutulması barədə icra sənədi üzrə icraat qeyd olunan əsasla dayandırıla bilməz. Beləliklə, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. X4 tərəfindən verilmiş “aliment tutulmasına dair icra sənədi üzrə icraatın dayandırılması barədə” ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-102/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-102/2022
15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver