Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-102/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, borclu X2 məxsus mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanının üzərinə həbs qoyulması qərara alınmışdır. Sonradan, borclu X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə (hakim Səməd Cəfərov) 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından borclu X1 adından verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardaddan Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ləğv edilmişdir. Daha sonra həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)- 190/2022 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-54/2023 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-190/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(006)- 190/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə borclu X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu X4 tərəfindən şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(006)- 190/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadından borclu X4 tərəfindən verilmiş qərardaddan şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Borclu X4 tərəfindən məhkəməyə növbəti şikayət ərizəsi və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbinin üzrlü hesab edərək müddətin bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 366/2023 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hazırda borclu X4 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə buraxılmış müddətin bərpasından imtina edərkən göstərilən maddənin tələblərini pozmuşdur. Belə ki, o, EMİSdə texniki problem olduğu üçün həmin qərardaddan şikayəti elektron qaydada verə bilməmiş və şikayəti poçtla kağız daşıyıcısında məhkəməyə göndərmişdir. Şikayət ərizəsi məhkəmənin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, bu barədə məlumatı elektron kabinet vasitəsi ilə 07 oktyabr 2023-cü il tarixdə əldə etmiş və həmin gün elektron kabinet vasitəsi ilə buraxılmış müddətin bərpasına dair ərizə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisələndirdiyi qərardadda həmin şikayət ərizəsini müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə xeyli müddət keçdikdən sonra, yalnız 24 oktyabr 2023-cü il tarixdə müraciət edildiyini göstərir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə borclu X1 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, borclunun həbsin götürülməsinə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadı qəbul edilmişdir. Həmin qərardaddan borclu tərəfindən şikayət ərizəsi verilsə də, şikayət ərizəsi qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən, geri qaytarılması qərara alınmışdır. Şikayət ərizəsinin məhkəmənin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmasına baxmayaraq, borclu tərəfindən növbəti şikayət ərizəsi müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə xeyli müddət keçdikdən sonra, yalnız 24 oktyabr 2023-cü il tarixdə müraciət edilmişdir. Lakin ərizədə borclu tərəfin qəbul edilmiş qərardaddan şikayət ərizəsi verilmə müddətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı dəlillər qeyd edilməmiş və tərəf buraxılmış müddətin bərpa edilməsini tələb etməklə kifayətlənmişdir. Halbuki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda borclu tərəfindən göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən borclu X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-190/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-102/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-102/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver