Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-106/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadından tələbkar (ərizəçi) X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2020 tarixli qətnaməsi ilə (sonradan qətnaməyə edilmiş düzəliş nəzərə alınmaqla) Tələbkar ilə X3 arasında 30.08.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 14.03.2012-ci il təvəllüdlü X1 və 25.03.2017-ci il təvəllüdlü X2 ananın himayəsində qalması, Tələbkar aylıq gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmiş, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 02.07.2019-cu il tarixdən hesablanması müəyyən olunmuşdur. Ərizəçi alimentin tutulmasına dair icra vərəqəsinin icraya yönəldiyini, borclu tərəfindən alimentin tam və vaxtında ödənilməməsini, 31.12.2020-ci il tarixədək ödənilməmiş aliment borcu kimi 262103,50 manat məbləğində aliment borcunun indeksasiya edilərək Tələbkar aliment borcundan əlavə olaraq 7338.90 manat, 31.12.2021-ci il tarixədək ödənilməmiş 237924,46 manat aliment borcundan əlavə olaraq 16952.12 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 8(011)-104/22 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında tətbiq edilməli olan qanunvericiliyə əsaslanmamış, tələbkarın “haqlı" olub-olmadığına qiymət vermişdir. Bundan başqa, məhkəmə tələbkarın ərizəsinə heç bir aidiyyəti olmayan 28 avqust 2020-ci il tarixli barışıq sazişinə və həmin sazişlə tələbkara ödənilmiş 230.000 manat məbləğində vəsaitə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, borclu Tələbkar məxsus “Mercedes Benz GL” minik markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti qiymətləndirmə rəyinə əsasən cəmi 28000 manatdır, bu isə borclunun borcundan demək olar 10 dəfə azdır. Aliment məbləğinin yarısı cari, yəni aylıq aliment ödənişinə, digər yarısı qalıq borcun ödənişinə hesablanır. Beləliklə, borclunun icra sənədi üzrə ödənilməmiş külli miqdarda aliment borcu vardır. Bu borcu və bundan başqa borclu Tələbkar cari aylıq aliment öhdəliyini nəzərə alsaq, əmək haqqından tutularsa hər ay ancaq təxminən 5000 manat həmin borc hesabına ödənildiyi üçün 5 ilə yaxın vaxt tələb olunur və əgər borclu həmin müddətlərdə, yəni 5 ilə borcu ödəyərsə, pul məbləğlərinin dəyərsizləşməsi riskləri realdır. Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli alimentin tutulması ilə bağlı icra sənədi əsasında alimentin icraya yönəldiyi gündən təxirə salınmadan borclunun əmək haqqından və digər qazancından tutulmasını, borclunun əmək haqqı yüksək olduğundan ondan tutulan alimentin məbləği və borclu tərəfindən hər ay ödənilən 10500 manat pul vəsaitinin uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğdən dəfələrlə çox olmasını, alimentin ödənilməsi tələbkarın pul gəlirlərinin və əmanətlərinin artırılması məqsədi ilə deyil, uşağın saxlanması üçün nəzərdə tutulmasını, tələbkarın alimentlə bağlı mövcud olan və hər ay hissə-hissə ödənilən borc məbləğinin indeksasiyasını tələb etməkdə haqlı olmadığını nəzərə almışdır. Məhkəmə bu qənaətə gələrkən MPM-nin 232-ci maddəsini, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun normalarına istinad etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 8(011)-104/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-106/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-106/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver