Məhkəmə qərarları › İş №8(103)-107/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-107/2021

04.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-107/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə borclu X5 və onun vəkili X7 iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cəmi 4777 manatın X2, ondan, X4 müştərək qaydada tutulub “xxxx” İKB ASC-yə verilməsinin, tələbin girovla yüklü edilmiş X6 məxsus olan 1500 manat məbləğindən az olmayan ev əşyalarına (2 ədəd televizor; 1 ədəd noutbuk; 1 ədəd soyuducu; 1 ədəd stol.ve 6 ədəd stul) və 14230 manat məbləğindən az olmayan mal qalığına (mal qalığı və avadanlıqlar) yönəldilməsinin, həmin əmlakların açıq hərracdan satılmaqla əldə olunan vəsaitin 4777 manatının “xxxx” İKB ASC-yə verilməsinin qət edildiyini, həmin qətnamədən xx.xx.2020-ci il tarixdə iş yerinə icra vərəqəsi gələrkən məlumat aldığını, Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixdə qərar qəbul edərək əmək fəaliyyəti göstərdiyi “xxxx” QSC-yə göndərdiyini və əmək haqqının 50%-nin hər ay bankın xeyrinə tutulduğunu, halbuki icra sənədinə görə əvvəlcə girov əmlaka tutma yönəldilməli olduğunu, eyni zamanda digər zaminin mövcudluğunun nəzərə alınmadığını bildirmiş, buna görə də icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və onun üzərinə iş yerinə göndərdiyi icra vərəqəsinin geri alınması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, X5 həmin qərardaddan verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X8 və vəkili şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, icra sənədi üzrə tələbkarın nümayəndəsi, digər borclular, habelə Nərimanov rayon icra şöbəsinin icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardad ləğv olunaraq iş, X5 şikayətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cəmi 4777 manatın X2, X3 və X4 müştərək qaydada tutulub “xxxx” İKB ASC-yə verilməsi, tələbin girovla yüklü edilmiş X6 məxsus olan 1500 manat məbləğindən az olmayan ev əşyalarına (2 ədəd televizor; 1 ədəd noutbuk; 1 ədəd soyuducu; 1 ədəd stol.ve 6 ədəd stul) və 14 230 manat məbləğindən az olmayan mal qalığına (mal qalığı və avadanlıqlar) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılmaqla əldə olunan vəsaitin 4777 manatının “xxxx” İKB ASC-yə verilməsi, qalan məbləğin X1ytarılması qət edilmiş, icra məmurunun mübahisələndirilən qərarı da məhz sözügedən qətnamənin icrası ilə əlaqədar müştərək borclulardan birinin – Dmitriy Briçyovun - əmək haqqına yönəldilmə ilə bağlı verilmişdir. “İcra haqqında” Qanunun 63-cü maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Qeyd olunduğu kimi, icra sənədində tələbin girovla yüklü edilmiş X6 məxsus olan əşyalara yönəldilməsi barədə göstəriş mövcuddur və belə olan halda onun, yaxud digər borclunun əmək haqqına tutma yönəldilməsi, həmin əşyaların dəyərinin tələbin tam ödənilməsinə kifayət etməməsi halında mümkündür. Buna görə də kollegiya hesab edir ki, qərardad ləğv olunmaqla qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq, xüsusilə girov predmeti olan əmlakın satılıb-satılmadığını aydınlaşdırmaqla və satışdan əldə olunmuş vəsaitin tələbin tam ödənilməsinə kifayət edib-etmədiyinə qiymət verməklə şikayət üzrə qərar qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-707/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş, X5 şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar