Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-109/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(008)- 557/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əkbər Ələkbərzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 1515/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 20.000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə bərabər borclunun yaşadığı ünvana göndərilmiş və icra sənədində olan tələbin könüllü təmin edilməsi tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(008)- 557/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək, xx xxxx 1991-ci il təvəllüdlü, Sabunçu rayonu Bilgəh qəsəbəsi XX Qurultay 14 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə etdiyi İran İslam Respublikasının göz mütəxəssisi və cərrahı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Borclu gözündə Uveits - gözün ara qatı toxumasının iltihabı xəstəliyinə nəzarət və yubanmadan müalicəsi üçiin xəstəxanaya müraciət etməlidir. O, xaricə yalnız bir səbəblə - sağlamlığına qovuşmaq üçün gedir, amma buna baxmayaraq, onun ölkədən çıxışına müvəqqəti qoyulmuş məhdudiyyət müalicəsini davam etdirməyə qəti şəkildə mane olur. Belə ki, gözlərinin əməliyyat olunmaması günü-gündən görmə qabiliyyətinə ciddi təsir göstərir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Borclu və tələbkar X2 məhkəmə iclasına gəlməmiş, habelə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi uzun müddət ərzində borclu tərəfindən icra olunmadan qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsi ədalət mühakiməsinin son və ən vacib mərhələlərindən biridir. Qətnamənin uzun müddət icrasız qalması nəticə etibarı ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməklə yanaşı, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmiş şəxsdə ədalət mühakiməsinə inam hissini azaldır. Borclunun xəstə olması və xarici dövlətlərdə müalicəyə ehtiyacı olmasına dair kollegiya qeyd edir ki, onun xəstəliyinin Azərbaycan Respublikasında müalicə olunmasının qeyri-mümkünlüyü barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu şikayəti təmin edilməsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(008)-557/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-109/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-109/2021
10.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver