Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-109/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadından ərizəçi X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 cavabdeh Borclu qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə X4 ½ hissədə, Borclu ½ hissədə payı müəyyən edilməsi, «Kristal-5» firmasının balansında sahəsi 28.7 kv.m olan əmlak üzərində Borclu məxsus pay haqqının ½ hissəsi X5, ½ hissəsi Borclu aid edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlakların Borclu alınaraq X5 verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində yazılmış 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlakın konkret nədən ibarət olmasına dair izah verilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamənin “19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar” hissəsinə aşağıdakı məzmunda izah verilmişdir: «19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr Borclu alınaraq X5 verilsin». Borclu qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özünün və tələbkarın mülahizəsində sikkələrin qızıl olduğunu, çəkisini, üstündə Nikolayın şəkli olduğunu müəyyən edə bilməz. Məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, qətnaməyə verilən izah onun məzmununa uyğun olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-109/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-109/2023
03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver