Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-11/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, nümayəndəsi- vəkili Vəkil2, Borclunun nümayəndələri X1 və Vəkil1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(001)- 368/2020 saylı qərardadından Borclu nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5095/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu tələbkar X2 (onun hüquqi varisinin) və Tələbkar xeyrinə 1.522.804 manat pul və tələbkarlar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-i, yəni 15 manat məbləğlər borcludan alınaraq tələbkarların xeyrinə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə Borclu bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən təmin edilməmiş, bununla bağlı heç bir səbəb göstərməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə verilmiş sorğular nəticəsində Borclu adında pul və qiymətli kağızlar aşkar olunmamış, yalnız portal çıxarışına əsasən borclunun mülkiyyətində 2003-cü il buraxılışlı “QAZ 3110” markalı avtomobilin olması müəyyən edilmiş, həmin avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsinin 8(001)-134/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra Sisteminin çıxarışında olan məlumatda Borclu mülkiyyətində Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsində yerləşən 49 A nömrəli evin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən icra məmuru həmin daşınmaz əmlak üzərinə borc məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(001)- 368/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-5095/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsində yerləşən 49A nömrəli evin üzərinə borc məbləği həddində həbs qoyulmuşdur. Borclu səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(001)-368/2020 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Borclu mülkiyyətində olan ünvan 1 A ünvanda yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən 254 kv.metrlik yaşayış sahəsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5095/2018 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə bağlı həbs qoyulmuşdur Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından Borclu vəkili və nümayəndəsi Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək, Borclu yeganə yaşayış yeri olan ünvan 2 a ünvanda yerləşən yaşayış evinin üzərinə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Şakir Bahadırovun həbs qoyulmasına dair xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, həmin evin üzərinə məhkəmə qaydasında həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməməsi, həmin evin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhəkəməsinin 8(001)-388/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilmiş, Borclu məxsus ünvan 2 a ünvanda yerləşən yaşayış evinin üzərinə həbs qoyulması barədə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, həmin evin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan tələbkarın nümayəndəsi şikayət vermiş, məhkəmənin xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-412/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Binəqədi Rayon Məhəkəməsinin 8(001)-388/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təqdimatla bağlı yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən borclunun nümayəndələrini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən tələbkarın nümaəndəsini dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli Qərarı və bu Qərar ilə təsdiq edilmiş “Fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” normativ hüquqi aktdır və o, borclunun, onun ailəsinin birgə yaşamalarını təmin edəcək mənzilə, evə və s. mövcud borcun yönəldilməsinin yol verilməməsini nəzərdə tutur. Bununla belə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə görə, “tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Tələb, borclunun əmlakına ... icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir”. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda qeyd olunanlar “İcra haqqında” Azərbaycan Respublikası Qanun ilə ziddiyyət təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə müvafiq olaraq isə, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Kollegiya qeyd edir ki, məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoyulmasına əsas olmuş təxirəsalınmaz hallar, yəni borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumatların nədən ibarət olması da araşdırılmamışdır.”. “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışlardan görünür ki, Borclu ailə üzvləri: atası İsmayıl Hüseynov, anası Lətifə Hüseynova, uşaqları Nihad və Nicat Hüseynlidir. Qeyd olunan çıxarışdan borclunun evli olması əksini tapmayıb. Eyni zamanda müəyyən edilir ki, borclunun hər iki uşağı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 8 ünvanında qeydiyyatdadırlar. “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışlardan görünür ki, borclunun adına bir daşınmaz (Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsi, ev 49A), bir daşınar (“QAZ 3110 minik” markalı avtomobil) əmlak mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun nümayəndəsi həbs qoyulması tələb edilən evin borclunun və onun ailə üzlərinin yeganə yaşayış yerinin olmasına istinad etsə də, iş materiallarında olan borclunun anası X3 tərəfindən xx.xx.2020-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinə yazdığı məktubdan görünür ki, Lətifə Hüseynova həmin məktubda bildirir ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da, ünvan 5 ünvanında həyat yoldaşı, insult keçirmiş X4 ilə birlikdə yaşayır Şikayətin borclunun və onun arvadının adına olan avtomobillərin üzərinə həbsin qoyulmaması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən yalnız təqdimatın məzmunu və qoyulan tələb çərçivəsində qərar qəbul edilməsi qanuna müvafiq hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Borclu mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsində yerləşən 49A nömrəli evin üzərinə həbs haqlı olaraq qoyulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Borclu nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-11/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-11/2021
11.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver