Məhkəmə qərarları › İş №8(103)-110/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-110/2021

09.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-110/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından borclu X2 oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X2 oğlundan Bakı şəhəri, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən nömrəli evin 3 saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq - 3090 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdeh X2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 oğlu apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1498/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X2 oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3663/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1498/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu X2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə, yəni ondan hər ay 100 (yüz) manat tutularaq, tələbkar X1 xeyrinə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ondan 3090 manat və 30 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməsi, eyni zamanda keçirilmiş ekspertiza üçün 100 manat tutulması barədə icra vərəqəsi vardır. Hazırda icra vərəqəsində olan məbləği bütövlüklə ödəyə bilmir. Buna görə də, məhkəməyə müraciət edərək, icra vərəqəsi üzrə 3090 manat məbləğində əsas borc, dövlət rüsumu 30 manat və keçirilmiş ekspertiza üçün 100 manat məbləğində xərclərini hissə-hissə ödəmək imkanı verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X2 oğlunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu X2 oğlu şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəsinin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X2 oğlu şikayətini ərizəsində göstərdiyi hallarla əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlbnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, icra sənədinin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalıdır. Borclu X2 oğlunun gətirdiyi əsaslar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb ola bilər. Odur ki, kollegiya qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin hissə-hissə ödənilməklə icra edilməsini ağlabatan hesab etmir və tələbkarın mənafeyinə zidd hesab edir. Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu X2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar