Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-110/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin 01.10.2019cu il tarixli qətnaməsi ilə Borclu cəmi 20 000 (iyirmi min) manatın Tələbkar xeyrinə tutulmasının qət edildiyini, qətnamə əsasında verilən icra sənədinin 23.04.2021-ci il tarixdə şöbənin icraatına daxil olduğunu, icra sənədi üzrə tələb könüllü icra olunmadığından məhkəmənin 04.12.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin üzərinə həbs qoyulduğunu, tələbkarın icra şöbəsinə ünvanladığı ərizədə həmin həbsin götürülməsini istədiyini bildirmiş, buna görə də müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 04 mart 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, Borclu mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardaddan icra sənədi üzrə Tələbkar şikayət verərək onun ləğv olunmasını və icra məmurunun təqdimatının rədd edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, borclu ilə aralarında borcun torpaq sahəsinin satılmasından əldə ediləcək pul hesabına ödəniləcəyi ilə bağlı razılaşma olduğu üçün müvafiq ərizəni icra məmuruna ünvanlamış, lakin sonradan borclu həmin razılaşmanın şərtlərini yerinə yetirməkdən yayınmış və borcunu qaytarmaqdan imtina etmiş, buna görə də 11.02.2022-ci il tarixdə icra məmuruna ərizə göndərərək əvvəlki ərizəsini geri götürdüyünü bildirmiş, buna baxmayaraq icra məmuru ikinci ərizəsini nəzərə almamışdır. Şikayət məhkəmənin 11 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilməklə iş, icra məmurunun təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş 22.10.2020-cı il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 20 000 manat tutulmalıdır və icra sənədinin icrasını təmin etmək məqsədilə həmin məhkəmənin 04.12.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmuru 14.02.2022-ci il tarixdə müvafiq təqdimatla məhkəməyə müraciət edərkən icra sənədi üzrə Tələbkar həmin həbsin götürülməsi xahişini ehtiva edən ərizəsinin mövcudluğuna istinad etmiş, məhkəmə də öz qərardadını həmin ərizəyə istinadla vermişdir - halbuki iş materiallarından görünür ki, Tələbkar 11.02.2022-ci il tarixdə icra məmuruna ərizə ünvanlayaraq borclu ilə aralarında razılaşma olduğu üçün əvvəlki ərizəni göndərdiyini, lakin sonradan borclunun həmin razılaşmanın şərtlərini yerinə yetirməkdən yayındığını göstərməklə əvvəlki ərizəsini geri götürdüyünü bildirmiş, icra hərəkətlərinin davam etdirilməsini istəmişdir. Buna görə də kollegiya hesab edir ki, məhkəmənin 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, təqdimata yenidən baxarkən məhkəmə, icra icraatının tərəflərinin iştirakını təmin etməklə, həmçinin icra sənədinin icrası ilə bağlı mövcud vəziyyəti aydınlaşdırmaqla icra məmurunun təqdimatına qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-148/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilərək iş, icra məmurunun təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-110/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-110/2022
21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver