Məhkəmə qərarları › İş №8(103)-110/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-110/2024

02.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-110/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X9 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu MTK-nın üzərinə iddiaçı X10 ilə ünvan 1 ünvanda Borclu MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmalı, iddiaçı X8 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh Borclu MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməli və tanınmalıdır, cavabdeh Borclu MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X8 ödənilməlidir. Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi, ünvan 1 ünvanda Borclu MTK-nın inşa etdiyi binanın 2-ci girişində mövcud olan sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsinin mütəxəssis tərəfindən araşdırılması qərara alınmışdır. X2 şikayətlə məhkəməyə müraciət edərək Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarının ləğv edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı, aidiyyəti üzrə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X12 və X5 mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilməsi və Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 üzərinə Yasamal İcra şöbəsinin icraatında X2na aid, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-325/2016, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9271/2019 və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədlərinin icrasının ləngidilməsinə səbəb olan, vəzifə səlahiyyətindən və prosessual hüquqlardan sui-istifadə etməklə icra məhdudiyyətlərinin yaradılmasına yönəldilən süni və əsassız maneələrin aradan qaldırılması vəzifəsi qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X23, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı, ‘Reqal Lift” MMC-dən mütəxəssis dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Qərarın surəti poçt xidməti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İcra məmuru Erol Kazımlı, Yasamal rayon İcra şöbəsinin icraatında, tələbkara aid 3 icra sənədi üzrə, icranın yerinə yetirilməsindən davamlı inadkarlıqla yayınan Borclu MTK-nın sədri Həbib Zülfüqarova dəstək məqsədi ilə periodik olaraq yeni absurd “zərurət”lər fenomeni yaradır, qərəzli olaraq natamam və təhrif olunmuş məzmunda sorğular göndərir, yaxud əsassız qərar qəbul edir. İcra məmurunun xx.xx.2024-cü il tarixli “qərar”ı bu qəbildəndir. Hesab edir ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X26 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərar qanunsuz və qərəzlidir. Qərarın “qərara aldım” hissəsinin 1-ci bəndində qeyd edilir: “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-dən mütəxəssis dəvət edilsin”. Qərarda Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarla icraata başlanıldığı halda hansı səbəbdən xx.xx.2024-cü il tarixdə, yəni 17 aydan sonra “mütəxəssis dəvət edilməsi” zərurətinin səbəbi əsaslandırılmamışdır. Sadə düşüncə tərzi ilə anlanır ki, bu, icra məmuru Erol Kazımlının icranın ləngidilməsinə və nəticə etibarı ilə icranın yerinə yetirilməməsinə yönəldilmiş növbəti “zərurət” idir. Məhkəməyə bildirir ki, icra məmuru Erol Kazımlının “mütəxəssis rəyi” almaq istədiyi "xxxx" MMC liftlərin pərakəndə satışı və quraşdırma işləri üzrə ixtisaslaşmış texniki dəstək xidməti göstərən kommersiya təşkilatıdır. Bu təşkilatın liftlərin təhlükəsizliyi, istismara yararlığını təyin etmək üçün texniki sınaqlar aparmaq, liftlərin pasportunda müvafiq qeydlər etmək, xüsusi ilə liftlərin istismara yararlığı barədə rəy vermək səlahiyyəti və lisenziyası yoxdur. Eyni zamanda bildirir ki, "xxxx" MMC illər ərzində Borclu MTK və hazırda isə "xxxx" MMMC ilə müqavilə əsasında, mübahisə predmeti olan ünvan üzrə binanın bütün girişlərində istismarda olan liftlərə texniki xidmət göstərir. İcra məmuru Erol Kazımlı hüquqşünas olaraq bilməlidir ki, icra sənədlərində liftlərə aid təsbit olunan tələblərə müvafiq məhkəməyə əsaslı rəsmi sənəd təqdim edilməsi üçün "xxxx" MMC tərəfindən verilən sənəd qanuni hesab edilə bilməz. Eyni zamanda şikayət ərizəsinə əlavə edilən Azərbaycan Respublikası (AR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə X12 və X7 xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublarının məzmunundan göründüyü kimi, ünvan üzrə binanın 2-ci girişində istismarda olan liftlərin texniki vəziyyəti ilə bağlı həmin sənədlərdə göstərilən çoxsaylı qüsurlar və potensial təhlükəli faktlar sübut edir ki, illər ərzində həmin liftlərin texniki nasaz və həyat üçün təhlükəli vəziyyətdə istismarda olmasının səbəbi "xxxx" MMC tərəfindən liftlərin texniki vəziyyətinə lazımi səviyyədə nəzarət edilməməsinin, liftlərin istismarında təhlükəsizlik qaydalarına riayət edilməməsinin və keyfiyyətsiz texniki xidmət göstərilməsinin müstəqil nəticəsidir. Bu hal və həmin liftlərin hazırkı texniki vəziyyəti "xxxx" MMC-nin xidməti vəzifəsinə məsuliyyətsizlə yanaşmasını sübut edir. Bu halda icra məmuru Erol Kazımovun "xxxx" MMC-dən “mütəxəssis dəvət edilməsi”nə dair qərarı anlaşılmazdır. ünvan 3 ünvanda Borclu MTK-ıun inşa etdiyi binanın 2-ci girişində mövcud olan sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsi mütəxəssis tərəfindən araşdırılsın”. Qərarın bu bəndi üzrə qeyri-müəyyən və natamam məzmundan qənaətə gəlinir ki, icra məmuru E.Kazımlının “mütəxəssis” dəvət etməkdə məqsədi qeyri-müəyyən və natamam məzmunca “rəy” almaqdır. İcra məmuru hesab edir ki, “binanın ikinci girişində mövcud olan sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsi” barədə “rəy” əldə etməklə binanın 2-ci girişində təhlükəli və nasaz texniki vəziyyətdə istismarda olan liftlərlə bağlı AR FHN-nin Sənayedə X12 və X7 rəisi V.Ağayevin imzası ilə xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli rəsmi sənədlərdə təsbit olunan ciddi təhlükəli hallar təkzib edilə bilər. İcra məmurunun bu hərəkətinin pərdəarxası, icra sənədində liftlərə aid bəndlər üzrə icraya xitam verməkdən ibarətdir. AR FHN Sənayedə X12 və X7 xx.xx.2023cü il tarixli, 3-18-3/2-3580/23 saylı sənəddə göstərilən ünvan üzrə binanın 2-ci girişində “liftlərdə qeyd olunan nasazlıqlara gorə, liftlərin istismarının qadağan olduğu barədə məlumata rəğmən, həmin liftlər təhlükəli və nasaz vəziyyətdə istismar olunur. Həmin rəsmi sənəddə göstərilir ki, “liftlərdə qeyd olunan nasazlıqlara görə, liftlərin istismarının qadağan olduğu "xxxx" MMMC-nə bildirilmiş, bu nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tələb olunmuşdur. Liftlərin istismarı ilə baş verə biləcək qəza və bədbəxt hadisələrə görə, "xxxx" MMMC-nin məsuliyyət daşıması nəzərlərimə çatdırılmışdır”. AR FHN Sənayedə X12 və X24 Agentliyi tərəfindən, Yasamal İcra şöbəsinin rəisi Maraqlı şəxs2 sorğusuna göndərilən xx.xx.2023-cü il tarixli məktubda qeyd ki, “...liftlərin istismara yararlığını həmin etmək məqsədi ilə, texniki sınaqların aparılmadığı müəyyən edilmişdir. İxtisaslaşdırılmış və lisenziyası olan müəssisə tərəfindən texniki sınaqlar aparılaraq, liflərin pasportunda müvafiq qeydlər aparıldıqdan sonra istismarına icazə Agentlik tərəfindən baxılacaqdır”. Sadə düşüncə tərzi ilə anlanır ki, liftin işlək vəziyyətdə olması, liftin “fasiləsiz və normal işləməsi” və liftin təhlükəsizliyinə zəmanət demək deyil. İcra məmuru Erol Kazımlıya yaxşı məlumdur ki, mübahisə predmeti olan ünvan üzrə binanın 2-ci girişində istismarda olan 3 (üç) lift texniki cəhətdən nasaz və təhlükəli vəziyyətdədir. Hətta, 3-cü lift, 19 mərtəbəli binanın yalnız 9-cu mərtəbəsinə qədər işləyir və tez-tez sıradan çıxır. Bununla bağlı, AR FHN-nin Sənayedə X12 və X7 mütəxəssislərinin periodik yoxlanmalarının nəticələrinə əsasən, Agentliyin rəisi V.Ağayevin imzası ilə, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublarda təsbit olunan ciddi təhlükəli hallar aradan qaldırılmamışdır. İstisna deyil ki, Agentliyin rəisi V.Ağayev xidməti prinsipial və haqlı mövqe göstərərək Yasamal İcra şöbəsinin rəisi Maraqlı şəxs2 sorğusuna həmin liftlərin istismara yararlığı barədə rəsmi sənəd verməkdən imtina edir. Bu icra məmuru Erol Kazımlı manevr edərək aidiyyəti üzrə yeganə və rəsmi dövlət - AR FHN Sənayədə X12 və Dağ-X1 halda, kommersiya təşkilatı "xxxx" MMC-dən “mütəxəssis dəvət edilməsi”nə dair qərar qəbul etmişdir. Halbuki həmin liftlərə "xxxx" MMC “nəzarət edir”. Qərarda “liftlərin falisəsiz və normal işləməsinin miitəxəssiz tərəfindən araşdırılması” natamam məzmunundan qənaətə gətirir ki, icra məmuru, həmin “mütəxəssisdən” icra sənədində təsbit olunan tələbin təhrif oluması ilə liftlərin texniki vəziyyəti və təhlükəsizliyi ilə əlaqəsi qeyri-müəyyən natamam məzmunda sənəd əldə etməsinə ümidli olmuşdur. Əks halda obyektiv rəy alınması üçün AR FHN-nin Sənayedə X12 və X6 müraciət edilməsi barədə qərar qəbul edilməli idi. Əlavə olaraq məhkəməyə bildirir ki, Yasamal rayon İcra şöbəsinin icraatında ona aid 2016, 2019 və 2022-ci il tarixli 3 (üç) icra sənədinin icra məmuru Erol Kazımlmın icraatına verilməsi barədə Yasamal rayon İcra şöbəsi tərəfindən onaməlumat verilməmişdir. Hər 3 (üç) icra sənədi uzun illər ərzində icra məmuru İsmayıl İsmayılovun icraatında olmuşdur. Hazırda icra sənədlərinin hansı icra məmuruna həvalə edilməsi barədə ona rəsmi məlumat verilməmişdir. Bu barədə Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyeyevə rəsmi yazılı müraciətinə cavab verilməmişdir. Məsuliyyətlə bildirir ki, Yasamal rayon İcra şöbəsinin rəisi X22 İcra şöbəsinin rəisi təyin olunan vaxtdan ona aid hər 3 icra sənədinin icrasına qarşı, davamlı qərəzli mövqe tutmuşdur. Belə ki, onun rəhbərlik etdiyi icra qurumunun məmurları İsmayıl İsmayılov və hazırda Erol Kazımlı tərəfindən icra sənədlərinin icrasının ləngidilməsinə və borclunun istəyinə uyğun olaraq nəticə etibarı ilə icra edilməməsinə yönələn müxtəlif qanunsuz və gizli hərəkətlər edir. Belə qənaətə gəlinir ki, icra sənədində təsbit olunan tələblərin yerinə yetirilməməsi üzrə icra məmuru İsmayıl İsmayılovun edə bilmədikləri işlər hazırda icra məmuru Erol Kazımova həvalə edilmişdir. Hesab edir ki, Yasamal rayon İcra şöbəsinin icraatında ona aid olan 3 icra sənədinin icrasına qərəzliklə davamlı maneələrin yaradılması ilə icranın ləngidilməsi, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət edilməməsinə aid məsuliyyət icra qurumuna rəhbərlik edən Maraqlı şəxs2 üzərinə düşür. Bununla bağlı etibarnamə ilə nümayəndəsi X4 və vəkili X15 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının (AR) Prezident Aparatının hüquq mühafizə orqanları üzrə şöbə müdiri Fuad Ələsgərovun, xx.xx.2023-cü il tarixdə AR Ədliyyə nazirinin müavini Eldar Nuriyevin və xx.xx.2024-cü il tarixdə AR Ədliyyə naziri Fikrət Məmmədovun şəxsən qəbulunda olmuşlar və Yasamal rayon İcra şöbəsinin icra məmurlarının qanunsuz hərəkətləri barədə ərizə təqdim edilmişdir. Buna rəğmən Yasamal İcra şöbəsi tərəfindən ona aid 3 icra sənədinin və xüsusi ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrasına süni və əsassız maneələrin yaradılması davam etdirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Ayaz Məmmədov) şikayət qismən təmin edilmiş, Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarının ləğv edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı, aidiyyəti üzrə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X12 və X5 mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini birinci şikayət ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Məhkəməyə Yasamal Rayon İcra Şöbəsi tələbkarın sözügedən şikayətinə dair etiraz təqdim olunmuş, etirazda İcra Şöbəsi tərəfindən icra hərəkətlərinin hər birinin lazımi qaydada aparıldığı bildirilmişdir. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə (təmin edilmədiyi hissədə) yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın verdiyi şikayət üzrə ərizəsində göstərdiyi bütün tələblərə qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə nəzər yetirdikdə görünür ki, tələbkarın sözügedən şikayət ərizəsini verməklə 3 tələbi mövcud olmuşdur: 1) Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarının ləğv edilməsi; 2) Bakı şshəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı, aidiyyəti üzrə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X12 və X5 mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilməsi; 3) Yasamal rayon İcra şöbəsinin icra məmuru X16 üzərinə, Yasamal İcra şöbəsinin icraatında X2na aid, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-325/2016, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9271/2019 və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 98/2022 nömrəli icra sənədlərinin icrasının ləngidilməsinə səbəb olan, vəzifə səlahiyyətindən və prosessual hüquqlardan sui-istifadə etməklə icra məhdudiyyətlərinin yaradılmasına yönəldilən süni və əsassız maneələrin aradan qaldırılması vəzifəsi qoyulması. Birinci instansiya məhkəməsinin sözügedən şikayət üzrə qəbul etdiyi məhkəmə aktında tələbkarın birinci və ikinci tələblərinin təmin edilməli olması və bu təminetməyə əsas olan qanunvericilik normaları qeyd olunsa da, 3-cü tələbinin qanuniliyi və əsaslılığına dair hər hansı münasibət bildirməmiş, sadəcə aktın “Qərara aldı” hissəsində qeyd edilən tələbin təmin olunmadığı bildirilmiş, məhkəmənin bu qənaətə gəlməsinə dair hansısa əsaslandırma öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.5-ci maddəsinə əsasən qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. Həmin Məcəllənin 264.0, 264.0.4, 264.0.5-ci maddələrinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda onun hansı məsələ barədə çıxarılması, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən qismən, yəni şikayətin təmin edilmədiyi hissədə ləğv edilməli və həmin hissədə X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar