Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-112/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1, Borclu Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi İbadov Daşqın Hicran oğlunun, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Cəfərovun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(004)-15/2021 saylı qərardadından borclu Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9765/2020 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin xx.xx.2018-ci il tarixli 15/01 KŞ saylı əmri ləğv edilməli və tələbkar X3 Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində növbə rəisi vəzifəsinə bərpa olunmalıdır. Bakı Şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən xx.xx.2020-ci il tarixli “Hüquqi şəxsin əvəz edilməsi haqqında” qəbul edilmiş qərarla icra sənədi üzrə borclu Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin Bakı Nəqliyyat Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Nəqliyyat Agentliyi Yasamal rayon Məhkəməsinə şikayət verərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Cəfərovun xx.xx.2020-ci il tarixli “Hüquqi şəxsin əvəz edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(004)-15/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu Bakı Nəqliyyat Agentliyinin qərardaddan verdiyi şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(004)-15/2021 saylı qərardadı ilə təmin edilməmiş, şikayət icraatla birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, Bakı şəhəri İcra Hakimiyyətindən eyni məzmunlu məktub mülki işin məhkəmə baxışı zamanı Bakı Apelyasiya Məhkəməsinə də daxil olmuş, habelə icra məmurunun əvəzetmə qərarında və məhkəmə qərardadında göstərilən xx xxxxx 1902 nömrəli və 06 iyul 181 nömrəli Fərmanlar mülki işə baxılarkən də mövcud olmuş, lakin məhkəmə bu xüsusatla bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin ləğvi ilə bağlı hər hansı qərar qəbul etməmişdir. İcra icraatı çərçivəsində işə baxan Yasamal rayon Məhkəməsi qeyd edilən xüsusatı, göstərilən halın (yəni idarənin ləğv edilib-edilməməsini) mülki işə mahiyyət üzrə baxarkən araşdırma predmeti olduğunu nəzərə almadan Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə zidd akt qəbul etmişdir. Belə bir vəziyyət isə hüququn ümumi prinsipləri ilə uzlaşmır, ədalət mühakiməsinin həyata keçirən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının təkzibolunmazlığını, müstəsnalığını və məcburiliyini şübhə altına alır. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi İbadov Daşqın Hicran oğlu şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, onun işlədiyi iş yeri Bakı Nəqliyyat Ağentliyinə təhvil verilmişdir. Artıq neçə ildir ki, onun pozulmuş hüquqları bərpa olunmur. Məhkəmə kollegiyasının iclasında Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Cəfərov şikayəti əsassız hesab edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası borclunun nümayəndəsini, tələbkarı və icra məmurunu dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(004)-15/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, X2 Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində növbə rəisi vəzifəsinə bərpa olunmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuya xx.xx.2021-ci il tarixli, 7-6/17 saylı cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 181 saylı Fərmanına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin balansında Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin xidmət dairəsində olan sahələr Bakı Nəqliyyat Agentliyinin balansına verilmişdir. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 1902 saylı Fərmanının 6.7-ci bəndinən əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin. Həmin Fərmanın 9-cu bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görsün. Göründüyü kimi, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Kollegiya hesab edir ki, məhkəmə şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(004)-15/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-112/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-112/2021
04.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver