Məhkəmə qərarları › İş №8(103)-113/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-113/2021

22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-113/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məxsus “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq İcra şöbəsinə təhvil verilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, təqdimat qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-497/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan 2010-cu il buraxılışlı, qara rəngli, “GMC TERRAİN” markalı, 2CTFLJEYA6404664 ban nömrəli, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Borclu, şikayət verərək, həmin qərardadın ləğv, təqdimatın rədd edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və iş şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən görünür ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılıb münasibət bildirilmədən, şikayət birbaşa Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar