Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-113/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 8(005)-434/2023 saylı qərardadından Tələbkar3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev borclunun əmlaklarının üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2336/2013 saylı, xx.xx.2013-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11986/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6729/2018 saylı, xx.xx.2018ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 1(005)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1333/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bınəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi üçün Borclu və onun arvadı Maraqlı şəxs Hüseyqulu qızının birgə nikah dövründə əldə etdikləri, Maraqlı şəxs Hüseyqulu qızına məxsus**********83-05101-093033 reyestr nömrəli, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzilin və **********83-05101-093009 reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-434/2023 nömrəli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu və onun arvadı Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs Hüseyqulu qızına məxsus **********83-05101-093033 reyestr nömrəli, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzilin və **********83-05101-093009 reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd edilən qərardaddan Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək, həmin qərardadın ləğv edilməsini vətəqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs məxsus üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzil xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən əldə olunmuşdur. Yəni həmin əmlakın əldə edilmə tarixi birgə nikah dövrünə təsadüf etsə də, birgə təsərrüfat və birgə əldə edilmiş vəsait hesabına əldə olunmamışdır və bağışlama müqaviləsi əsasında Maraqlı şəxs əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak deyil və Borclu öhdəlikləri ilə bağlı tələblər həmin əmlaka yönəldilə bilməz. Üzərinə həbs qoyulmuş və Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzil birgə nikah dövründə əldə edilsə də, Borclu yeganə yaşayış yeridir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-434/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-434/2023 nömrəli qərardadının ləğv edilməsi, Borclu tərəfindən icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzilin və **********83- 05101-093009 reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzillərin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar3 nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək Nərimanov Rayon Məhkəməsinin 8(005)-434/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, xx.xx.2023-cü il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 8(005)-434/2023 saylı qərardadından tələbkarın nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət məhkəmənin 27 fevral 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən icra sənədi icra olunarkən tələbin yeganə yaşayış yerinə yönəldilməsinə yol verilmir. Lakin, göründüyü kimi, borclunun arvadı Maraqlı şəxs mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzil də vardır və borclu ailəsi ilə orada yaşaya bilər. Baxmayaraq ki, həmin mənzil Maraqlı şəxs adına qeydiyyatdadır, həm birgə nikah dövründə əldə olunduğuna görə, həm də Maraqlı şəxs da əri Borclu öhdəlikləri üzrə vəzifələrindən yayındığına görə hesab edir ki, onun adına qeydiyyata alınmış mənzil Borclu tərəfindən də istifadə olunur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-434/2023 nömrəli qərardadın əsaslandırıcı hissəsində də göstərilmişdir ki, Borclu və onunla birgə nikahda olan Maraqlı şəxs istifadələrində ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil və həmin ünvanda olan 36 nömrəli mənzil, yəni iki mənzil vardır. Belə olan halda üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzil Borclu və Maraqlı şəxs (ailəvi olaraq) birgə yaşamalarını təmin edəcək yeganə mənzil (yaşayış yeri kimi) hesab edilə bilməz. Bundan əlavə, faktiki olaraq Borclu istifadəsində bir çox mənzil vardır, sadəcə olaraq onların rəsmiləşdirilməsi başqa şəxslər üzərinə aparılmışdır. Bu da bir daha onu göstərir ki, icra məmurunun təqdimatı tamamilə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 50.2-ci maddəsi Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki normanın dispozisiyasından göründüyü kimi məhkəmənin qəbul etdiyi ilkin qərardad ilə Borclu və onun arvadı Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs Hüseyqulu qızına məxsus **********83-05101-093033 reyestr nömrəli, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzilin və **********83-05101-093009 reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylımənzilin üzərinə həbs qoyulması tamamilə qanunauyğun şəkildə olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, tələbkarolduğumuz Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-2336/2023 nömrəli qətnaməsi 31 may 2013-cü il tarixində qəbul olunmuşdur. Bundan sonra, Borclu borcun ödənilməsinə vaxt qazanmaq məqsədilə formal apellyasiya və kassasiya şikayətləri verməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Artıq həmin qətnamənin qəbul olunmasından 11 il müddət keçib. Əgər borclu həmin məbləği vaxtında ödəsə idi, 2013-cü ildə alınan maddi ziyana görə 26161 manat və mənəvi ziyana görə 3000 manat pul ilə biz mənzil və ya başqa dəyərli əmlak ala bilərdi. Lakin hazırda həmin məbləğin faktiki dəyəri qat-qat düşüb. Hesab edir ki, bu hüquqlarının kobud şəkildə pozulduğunu göstərən əsaslardan biridir. Bundan əlavə, icra məmurunun təqdimatından da göründüyü kimi, borclunun sadəcə hazırki tələbkara yox, bir çox şəxsə borcu vardır. Hətta, iş Binəqədi rayon Məhkəməsinin icraatında olan zaman hakim tərəfindən Borclu hərəkətlərində AR-nın Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilən cinayət əməllərinin aşkara çıxması barədə prokurora xəbər verilmişdir. Bunun səbəbi isə Borclu satmağa ixtiyarı olmadığı yeri satması, buna görə qanunsuz yolla pullar əldə etməsi olmuşdur. Göründüyü kimi, borclu artıq uzun müddətdir ki, borcun ödənilməsindən süni şəkildə yayınır. Hazırda isə pulu alınmasının yeganə üsulu borclunun əmlaklarının üzərinə həbsin qoyulmasıdır. Həmin şəxsin faktiki olaraq bir çox mənzili vardır, sadəcə onları adına rəsmiləşdirməmişdir, yəni hazırki mənzillərin satılması onlara heç bir çətinlik yaratmayacaqdır.AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli QərarıQanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Yuxarıda sadalanan qanun normalarından da aydın olduğu kimi ər və arvadın öhdəlikləri hər iki tərəf üçün vəzifələr yaradır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 31 may 2013- cü il tarixli qətnaməsindən göründüyü kimi, Borclulə aralarında olan mübahisə əmlak məsələləri ilə bağlı olmuşdur. Həmin qətnamə qəbul olunan zaman Borclu artıq Maraqlı şəxs ilə evli olmuşdur və Borclu üzərinə götürdüyü öhdəliklər ailə ehtiyaclarının qarşılanması ilə bağlı olmuşdur. Buna görə də, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi üzrə Maraqlı şəxs da öhdəlik daşıyır və hətta əmlak sadəcə Maraqlı şəxs məxsus olsa belə, o, ümumi öhdəliklərin icra olunması üçün cavabdeh olduğuna görə onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 saylı mənzilin üzərinə həbs qoyulması tamamilə qanuni və əsaslıdır. Hazırda həm Binəqədi Rayon Məhkəməsinin, həm də borclunun öhdəlik daşıdığı digər qətnamələrin icra olunmasının yeganə üsulu borclunun mülkiyyətində olan əmlakların satılmasıdır və həmin borcun ödənilməsi ilə bağlı borclunun arvadı Maraqlı şəxs da öhdəlik daşıyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 8(005)-434/2023 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilərək təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin üzərində Borclu Fəxrad oğlunun mülkiyyət hüquqlarının olmadığı bu əmlakın tam payda Maraqlı şəxs xüsusi mülkiyyətində olduğu müəyyən edilir. Belə ki, onlarnikahda olsalar da, həmin əmlak Maraqlı şəxs mülkiyyətində bağışlama yolu ilə daxil olduğundan onların ümumi mülkiyyəti hesab edilə bilməz. Belə olan halda icra sənədi üzrə heç bir məsuliyyət daşımayan Maraqlı şəxs mülkiyyətinə həbs qoyulması dövlət tərəfindən təminat verilən mülkiyyət hüquqlarının pozuntusudur.Digər tərəfdən ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin Borclu məxsus olmadığı, onun bu əmlak üzərində hüquqlarının olmadığı aydın olduğundan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzilin Borclu Fəxrad oğlunun mənzil üzərinə icra məmurunun təqdimatına əsasən həbs qoyulmasını mümkünsüz edir. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 36 saylı mənzilin borclunun mülkiyyətində (ümumi mülkiyyət) olan yeganə mənzil olduğu və həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqları müəyyən olunur. Belə olan halda məhkəmə həmin mənzilin üzərinə həbs qoyulması üçün əsasların olmadığı qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə təqdimatı düzgün olaraq təmin etməsə də, təqdimatın təmin edilməməsini düzgün əsaslandırmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. MM-nin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Göründüyü kimi, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru, yəni tələbkar borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 134 ünvanında yerləşən 39 və 36 saylı mənzillər Maraqlı şəxs xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ərarvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, həmin mənzilin ümumi birgə mülkiyyət hesab edilməsi üçün əmlak ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması müəyyən olunmalıdır. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Kollegiya hesab edir ki, Maraqlı şəxs mülkiyyətində olan mənzilin ümumi birgə mülkiyyət hesab edilməsi və bundan sonra ümumi əmlakdakı borclunun payına tutmanın yönəldilməsi üçün, icra məmuru deyil, tələbkar borclunun payının ayrılmasını tələb edə bilər. MM-nin 224.2-ci maddəsində isə payın naturada ayrılmasının qaydası müəyyən olunmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmadığından, qərardad ləğv olunmalı, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 8(005)-434/2023 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən verilmiştəqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-113/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-113/2024
03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver