Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-114/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-44/2021 saylı qərardadından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 (üç min beş yüz) manat məbləğində icra ödənişi və 50.021 (əlli min iyirmi bir) manat olmaqla, cəmi 53.521 (əlli üç min beş yüz iyirmi bır) manat pul vəsaitinin tutularaq iddiaçı "Nikoyl" İKB Açıq Səhmdar Cəmiyyətinə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmalıdır. 50.020,0 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko “xxxx” MMC-nin hesabına ödənilmişdir. Tərəflərindən verilən icra sənədində göstərilən məbləğin hansı pul vəsaiti hesabına ödənilməsi barədə qeyd olmadığı üçün icra sənədinin icrasında qeyri-müəyyənlik yaranmışdır. Göstərilənlərə əsasən sözügedən icra vərəqəsinin icrasını təmin etmək məqsədilə pul məbləğinin hansı vəsait hesabına ödənilməsi barədə izah verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-44/2021 saylı qərardadı ilə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun icra sənədinə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hazırda Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-44/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, tərəflərindən verilən icra sənədində göstərilən məbləğin hansı pul vəsaiti hesabına ödənilməsi barədə qeyd olmadığı üçün icra sənədinin icrasında qeyri-müəyyənlik yaranmışdır.Belə ki, 50.020,0 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko “xxxx” MMC-nin hesabına ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-44/2021 saylı qərardadı ləğv edilməli və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun icra sənədinə izah verilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun icra sənədinə izah verilməsinə dair ərizəsində qeyd edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 (üç min beş yüz) manat məbləğində icra ödənişi və 50.021 (əlli min iyirmi bir) manat olmaqla, cəmi 53.521 (əlli üç min beş yüz iyirmi bır) manat pul vəsaitinin tutularaq iddiaçı "Nikoyl" İKB Açıq Səhmdar Cəmiyyətinə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmalıdır. 50.020,0 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko “xxxx” MMC-nin hesabına ödənilmişdir. Tərəflərindən verilən icra sənədində göstərilən məbləğin hansı pul vəsaiti hesabına ödənilməsi barədə qeyd olmadığı üçün icra sənədinin icrasında qeyri-müəyyənlik yaranmışdır. İş materiallarından isə görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsas olmuş məhkəmə qətnaməsi, həmçinin, 50.020,0 manat məbləğində pul vəsaiti tələbkar olan Naiqin Ko “xxxx” MMC-nin hesabına ödənilməsi ilə bağlıAzərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi iş materiallarında mövcud deyildir.Belə olan halda isə icra sənədinə izah verilməsi məsələsində qeyri-müəyyənliklər yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-44/2021 saylı qərardadı ləğv olunsun. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə izah verilməsinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-114/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-114/2021
11.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver