Məhkəmə qərarları › İş №8(103)-114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-114/2025

02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-114/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 tərəfindən icra məmurunun hərəkətsizliyindən verilmiş şikayətə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X17 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, X2 tərəfindən icra məmurunun hərəkətsizliyi barədə şikayətə dair iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 8(004)-133/2025 nömrəli qərardadından Maraqlı şəxs1 böyük icra məmuru X6 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsi üzrə 32000 manat vəsaitin Maraqlı şəxs2 MTK-dan tutularaq ilkin iddia üzrə cavabdeh X3 ödənilməsi ilə icra sənədi üzrə Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyi qanunsuz hesab edilməsi və zəruri icra hərəkətlərinin aparılması vəzifəsi sonuncunun üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, X19 tələbkar X1 hüquqi varisidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Maraqlı şəxs2 MTK-dan 32000 manat pulun tutularaq X3 ödənilməsi qət edilmişdir. X7 29 iyul 2016-cı ildə vəfat etmişdir. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum xalası X1 vərəsəsi olaraq tanınmışdır. Sözügedən icra sənədi icra edilməsi üçün ilk növbədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilsə də, sonradan sonuncu tərəfindən qəbul olunmuş qərarla yenidən Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq Maraqlı şəxs2 MTK-dan 32000 manat pulun tutularaq X3, yəni onun varisi olan mənə ödənilməsi ilə bağlı icra sənədi artıq 10 ilə yaxındır ki, icra edilməmişdir. Bununla bağlı Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılova dəfələrlə tərəfindən müraciət edilsə də, hər dəfə müxtəlif bəhanələr gətirirərək və işinin çoxluğunu əsas göstərərək öz öhdəliklərini həyata keçirməkdən boyun qaçırmışdır. AZEMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, borclu Maraqlı şəxs2 MTK 12 iyul 2004-cü ildə AZ1130, ünvan 1 ünvanda hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN **********). Hüquqi şəxsin qanuni təmsilçisi xx xxxxxx 1962-ci ildə Daşkəsən rayonu Muşavaq kəndində doğulmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Borcludur (FİN xxxxxxx). Lakin, qeyd edilənlərə baxmayaraq icra sənədi Maraqlı şəxs1 tərəfindən borclu hüquqi şəxs Maraqlı şəxs2 MTK-nın və onun qanuni təmsilçisi olan Borclu barəsində də hər hansı məcburi icra tədbirləri hələ də həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadında da qeyd olunaraq bildirilmişdir ki, Maraqlı şəxs1 tərəfindən borclu hüquqi şəxs Maraqlı şəxs2 MTKnın və onun qanuni təmsilçisi olan Borclu barəsində məcburi icra tədbirləri həyata keçirilməklə icra edilməlidir. Hesab edir ki, Maraqlı şəxs2 MTK-nın pul vəsaitinin, əmlakının axtarılması, üzərinə həbs qoyulması, hüquqi şəxsin rəhbərinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi icra məmurunun vəzifəsi olmaqla “İcra haqqında” Qanunun tələblərinə uyğun formada həyata keçirilməli olsa da, qeyd edilən tədbirlərin heç biri görülməmiş, borclunun icradan yayınmasına, bir növ göz yumulmuşdur. Bundan əlavə borclunun ünvanı ilə bağlı saxta arayış tərtib edilərək həmin ünvanın mövcud olmadığı, buna görə də icra sənədinin icrasının mümkün olmadığı bildirilmiş, bununla da müvafiq icra şöbəsi tərəfindən icra sənədinin icrasının təmin edilməsi istiqamətində böyük səhlənkarlıq göstərilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, borclu Maraqlı şəxs2 MTK barəsində cinayət işi də aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı, 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Maraqlı şəxs2 MTK-nın rəhbəri X14 AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməsi, o cümlədən həmin cinayət işi üzrə mülki iddiaların təmin olunması hökm edilmişdir. Bildirir ki, X8 eyni epizodla bağlı həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin Maraqlı şəxs2 MTK-nın keçmiş sədri vəzifəsində çalışmış X14 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinməsi ilə bağlı 1(101)-334/2016 saylı cinayət işi üzrə zərərçəkmiş şəxslər siyahısında olmuş və həm cinayət istintaqında, həm də məhkəmə proseslərində ona 32000 manat məbləğində zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Lakin, o, həmin cinayət işi çərçivəsində deyil, ayrıca olaraq mülki icraat qaydasında cavabdehə qarşı iddia qaldırdığından icra sənədinin icrası Binəqədi rayon icra şöbəsinə həvalə olunmuşdur. Halbuki həmin cinayət işi üzrə mülki iddia qaldıran və təmin olunan şəxslərin zərərlərinin artıq bir hissəsi qarşılanmış və həmin iddialar üzrə icra sənədləri icra olunmuşdur. Lakin, nədənsə eyni borcluya qarşı onun Binəqədi Rayon İcra Şöbəsində olan icra sənədin icranın mümkünsüzlüyünə görə uzun müddətdir ki, icra olunmur. Bu da məhz Binəqədi Rayon İcra Şöbəsinin hərəkətsizliyinin tamamilə qanunsuz olduğunu deməyə əsas verir.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 8(004)- 133/2025 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 nömrəli, 10 iyun 2015-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmiş və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun dövlət reyestrindən çıxarışa və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Maraqlı şəxs2 (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, keçid 304, ev 3, mənzil 11, qanuni təmsilçisi isə Borcludur. Hazırkı işə əlavə edilən sənədlərdən və icra işindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı nə borclu Maraqlı şəxs2, nə də onun qanuni təmsilçisi olan Borclu barəsində lazımi tədbirlər görülməmişdir.

5. Maraqlı şəxs1 böyük icra məmuru X11 qeyd edilən qərardaddan şikayət verərək, Yasamal Rayon Məhkəməsinin 8(004)-133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zəruri icra hərəkətlərinin aparılması vəzifəsi sonuncunun üzərinə qoyulması barədə şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, borclu İnternet vergi idarəsində qeydə alınmış Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Maraqlı şəxs2 Reyesr məlumatlarındakı sonuncu dəfə 11 iyul 2018-ci il tarixdə Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən, MTK-nın hüquqi ünvanı AZ1130, ünvan 4 isə Borcludur. İcra işi onun icraatına qəbul edildikdən sonra tərəfindən Borclu aid ********** mobil nömrəsinə 13 aprel 2023-cü il tarixində saat 09:42:06-da SMS bildiriş göndərilmiş və onun 30358/2016-14-4 saylı İcra işi üzrə Binəqədi rayon İcra şöbəsinə gəlməyi bildirilmişdir. Lakin, həmin günü SMS bildiriş borclu MTK-nın qanuni təmsilçisinə çatsa da, o, icra şöbəsinə gəlməmişdir. Bundan sonra o, 30 dekabr 2023-cü il tarixli ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015ci il tarixli 2(004)-2515/2015 nömrəli icra sənədinə izah verilməsini, icra sənədinin aidiyyatı üzrə hansı icra şöbəsi tərəfindən icra edilməsinə izah verilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 8(004)-39/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Tərəfindən aparılmış araşdırma zamanı borclu Maraqlı şəxs2 MTK-nın qanuni təmsilçisi olan Borclu məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu və halhazırda həbsdə olduğu məlum olmuşdur. Bundan başqa tərəfindən Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli 17/68 nömrəli 60358-21 sorğuya əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı zərurət yarandığı üçün Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisində Maraqlı şəxs2 Mənzil-Tikinti Koorperativinin fəaliyyət göstərib göstərməməsi və yerləşdiyi ünvan barəsində şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli 962 nömrəli sorğuya cavab məktubuna əsasən Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində Maraqlı şəxs2 Mənzil-Kommunal Kooperativi fəliyyət göstərmədiyi və yerləşdiyi ünvan barəsində məlumat olmadığı qeyd olunmuşdur. Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayon M.Ə.X5 ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli 17/68 nömrəli 60358-21 sorğuya əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı zərurət yarandığı üçün Bakı Şəhəri Binəqədi Rayonu Rəsulzadə qəsəbəsinin inzibati ərazisində Maraqlı şəxs2 Mənzil-Tikinti Koorperativinin fəaliyyət göstərib göstərməməsi və yerləşdiyi ünvan barəsində şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon M.Ə.X9 tərəfindən sorğuya verilmiş 07 oktyabr 2022-ci il tarixli cavab məktubunda Maraqlı şəxs2adlı MTK-nin M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisində fəaliyyət göstərmədiyi bildirilmişdir. Maraqlı şəxs2 MTK-nın qanuni təmsilçisi Borclu tərəfindən verilmiş 20 dekabr 2018-ci il tarixli, 20 dekabr 2028-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında Maraqlı şəxs2 MTK-nı təmsil edən X4 rayon İcra şöbəsinə gələrək, Maraqlı şəxs2 MTK tərəfindən verilmiş 3 oktyabr 2022-ci il tarixli, MTK007 nömrəli arayış təqdim etmişdir. Həmin arayışa əsasən Maraqlı şəxs2 hazırda ünvan 10 ünvanında yerləşdiyi qeyd edilmişdir. Arayış Binəqədi rayon İcra şöbəsinə təqdim edilməsi üçün verilmişdir. Maraqlı şəxs2 MTK-nı təmsil edən X24 izahat yazaraq icra işini icra edilməsi üçün MTK-nın faktiki fəaliyyət göstərdiyi ünvan üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilməsini bildirmişdir. O da icra sənədini icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərmişdir. Lakin, Yasamal Rayon Məhkəməsi qərardad qəbul edərkən qeyd etdiklərini nəzərə almadığını bildirmişdir

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(004)- 133/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

9. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1-1. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 29.1. Tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Maddə 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarı: “..Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayıətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması barədə verilən şikayəti təmin etməkdə haqlı olmuşdur.

12. Şikayətin əsas dəlili kimi ona istinad olunur ki, Maraqlı şəxs2 MTK-nı təmsil edən X24 izahat yazaraq icra işini icra edilməsi üçün MTK-nın faktiki fəaliyyət göstərdiyi ünvan üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilməsini bildirmişdir. O da icra sənədini icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərmişdir

13. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, qeyd olunan xüsusat qərardadın ləğvi üçün əsas ola bilməz. İcra sənədinin icra olunmamasını hüquqi şəxsin qanuni nümayəndəsinin həbsdə olması ilə əsaslandırılması qanunvericiliyin tələblərinə ziddir. İcra qanunvericiliyində borclu hüquqi şəxsə münasibətdə hansı icra tədbirlərinin həyata keçirilməsi ardıcıllığı müəyyən olunsa da, şikayətə baxılarkən icra məmuru tərəfindən hansı icra hərəkətlərini (hüquqi şəxsin əmlakının axtarılması, bank hesablarının mövcud olub – olmaması, bank hesablarında pul vəsaitinin olub – olmadığının müəyyən edilməsi və s.) həyata keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İcra məmuru tərəfindən verilmiş şikayətdə də bu istiqamətdə hər hansı bir əsaslandırma aparılmamışdır.

14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 8(004)- 133/2025 nömrəli qərardadından Maraqlı şəxs1 böyük icra məmuru X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 8(004)- 133/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar