Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-115/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Xəzər rayon İcra Şöbəsininin, Borclu məxsus əmlak üzrə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 8(003)- 954/2015 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru Hafiz İsrafilov tələbin ödənilməsi məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-954/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-3073/2014 saylı icra sənədi üzrə Borclu məxsus “Mercedes E300” minik markalı **-DS-*** dövlət qetdiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X2 qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-954/2015 saylı, xx xxxxxxxx 2015-ci ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29; İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə; İnsan Hüquqlarının və X4 Haqqında Konvesı saylı Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267, 268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, həmin avtomobili 2017-ci ilin avqust ayında ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 5000 manat məbləğində pulla almışdır. Alqı-satqını rəsmiləşdirməyə imkanı olmadığından Borclu tərəfindən ona Bakı şəhəri 43 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş ƏN-V 876412 nömrəli baş etibarnamə vermişdir. Qeyd olunan etibarnamə qüvvədən düşdükdən sonra təkrarən Borclu tərəfindən ona Bakı şəhəri 31 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş ƏN-1759928 nömrəli baş etibarnamə vermişdir. Həmin “Mercedes E300” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci ilin avqust ayından etibarən onun sahibliyində və istifadəsindədir. Hazırda həmin avtomobili onun atasının rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(003)-954/2015 saylı qərardadına əsasən həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad əsassızdır. Onun qanunla qorunan hüquqlarının pozulmasına dəlalət etmişdir. Ona görə də qərardad ləğv olunaraq avtomobilin üzərindəki həbs götürülməlidir. Özü 3-cü qrup əlildir, qardaşı X7 ikinci Qarabağ Müharibəsində şəhid olmuşdur. Ailədə maddi vəziyyəti ağırdır. O da həmin avtomobilə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isa hüquqlarının və X4 haqqında» Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir, qeyd olunan xüsusat da sözügedən avtomobilə mülkiyyət hüququn normaların tətbiq olunmasına imkan verir. Məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1, 50.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1, 181.4, 152.8, 362.1, 650; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269, 263-264-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”-nı rəhbər tutaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-954/2015 saylı işə dair xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015ci il tarixli, 8(003)-954/2015 saylı qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən X1, Tələbkar ASC-nin nümayəndəsinin, Xəzər Rayon İcra Şöbəsininin, Borclu iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.1, 45.6, 45.7; MPM-in 395, 396, 397.2 və 398.0.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri üzrə qərardadın qüvvədə olan hissəsinin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətdə qeyd edilən xüsusatlar üzrə qeyd edilməlidir ki, mülki hüquqi əsaslar olduğu təqdirdə, ərizəçi düşdüyü zərərlə bağlı müvafiq tələblər irəli sürmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 8(003)- 954/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-115/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-115/2021
10.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver