Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-117/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra sənədi üzrə tələbkar X1 “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-124/2025 nömrəli qərardadından icra sənədi üzrə Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, tələbkarın “alimentin indeksasiyası barədə” ərizəsi təmin olunsun, tərəflərin nikahında doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-959/2020 nömrəli qətnaməsinə əsasən, Borclu hər ay tutulan 170 manat alimentin məbləği qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzər alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0,68 misli miqdarında indeksasiya edilsin. Borclu qərardaddan şikayət verib. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-959/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı 170 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2020-ci ildə minimum əmək haqqının məbləği 250 manat olduğuna görə, 170 manat aliment minimum əmək haqqının 0,68 mislini təşkil edib (170 manat : 250 manat = 0,68). Odur ki, alimentin minimum əmək haqqının 0,68 misli miqdarında indeksasiya edilməsi AR Ailə Məcəlləsinin 110-ci maddəsinin göstərişinə və AR Ali Məhkəməsi Plenumunun “AR Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izaha uyğundur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-124/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-117/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-117/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver