Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-118/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 8(010)-239/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunması üçün yenidən Suraxanı rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə ayrı-ayrı vaxlarda altı dəfə uşaqla ünsiyyət baş tutması üçün görüşlər keçirilmiş, lakin həmin görüşlər zamanı azyaşlılar anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş və ünsiyyətdə olmaq baş tutmamışdır. Görüşlərin heç birində müsbət irəliləyiş müşahidə olunmamışdır. İcra şöbəsində görüşlərin müsbət irəliləməməsinin səbəbi birbaşa Borclu olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə ona uşaqlarla görüş hüququnun atanın iştirakı olmadan tanınmasına baxmayaraq, Borclu da həmin görüşlərdə iştirak etmiş və uşaqlarının onunla görüşunə mane olmuşdur. İcra məmuru tərəfindən onun bu qanunsuz hərəkətləri barəsində heç bir tədbir görülmür. Bəllidir ki, uşaqlar onunla görüşməmələri üçün ataları tərəfindən öyrədilir. Tərtib olunmuş aktlarda qeyd olunduğu kimim uşaqlarla heç bir profilaktik söhbətlər aparılmamışdır. İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümaytəndəsi də ona yaxınlaşaraq uşaqlara düzgün tərbiyə verilmədiyini, Borclu uşaqlarla görüşə maneçilik törətdiyini bildirsə də, heç bir aktda bu qeydedilməmişdir. Açıq-aydın görünür ki, uşaqlar ona yaxınlaşmamaları üçün öyrədilir. Uşaqları ilə heç bir profilaktik söhbət aparılmamışdır. Suraxanı RİH-nin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi gəlib kənardan izləyib getmişdir. Cəmi 2 dəfə görüş keçirilmişdir, bu görüşlərdə də uşaqlar atanın təsiri altında olmuşdur. Borclu uşaqları görüşə gətirdikdən sonra 5 dəqiqə ərzində maşına yerləşdirərək İcra Şöbəsindən uzaqlaşdırılmışdır. Bütün bu qeyd edilənlər onu sübut edir ki, onun bir valideyn kimi hüquqları kobudcasına pozulur. İcra məmuru tərəfindən isə borclunun özbaşınalığı barədə heç bir tədbir görülmür. Məhkəmə iclasında X1 şikayət ərizəsini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 2017-ci ildən bəri borclu ilə məhkəmə çəkişmələrinin davam edir, 2018-ci ildə borclu uşaqları gəzmək adı ilə apararaq bir daha qaytarmamış və ona göstərməmişdir. O gündən etibarən məhkəmələrin, icra hakimiyyətinin və icra və probasiya şöbələrinin yollarında qalmışdır. Onun uşaqlarla görüş hüququ var. əgər uşaqlar onda olsa idi, uşaqların ataları ilə görüşünə imkan yaradardı. Qarşı tərəf ondan qisas almaq məqsədi ilə uşaqlardan istifadə edir. İstər nikahın pozulması ilə bağlı, istərsə də, uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət edərkən, hər birində uşaqların ona göstərilməsində problem yaradaraq maneçilik törətmişdir. Artıq 5 ildir ki, uşaqlar atanın himayəsindədirlər, onun uşaqla ünsiyyət hüququ təmin olunsa da icra olunmamışdır. Tələbkarın atanın iştirakı olmadan görüş hüququ təmin olunsa da, bütün görüşlər atanın iştirakı ilə keçirilir. Uşaqlarla cəmi 2 dəfə görüş keçirilib. İki görüş ümumilikdə 5 dəqiqə olub, ancaq uşaqlar təzyiq altındadırlar. Uşaqlarla görüş zamanı ailə qadın və uşaq komissiyasının nümayəndəsi iştirak etmişdir. Nümayəndə tərəfindən verilmiş rəydə görüşün atanın iştirakı olmadan keçirildiyi təqdirdə, uşaqların ana ilə görüşə razı olacaqları qeyd olunmuşdur. Bütün qeyd olunanları nəzərə alaraq, tələbkar icra sənədinin ləğv olunmasını və icra vərəqəsinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəlizadə izahatında mübahisə predmeti olan qərarın 2020-ci il tarixində qəbul edildiyini və bu tarixdən əvvəl də 2019-cu il tarixdən həmin işin 2 ayrı icra məmurunun icraatında olduğunu bildirmiş və qeyd etmişdir ki, hər dəfə borclu uşaqları şöbəyə gətirir və uşaqlar atadan ayrılmırlar. Buna görə də onlar Suraxanı Rayon İcra Hakimiyyətindən nümayəndə cəlb edərək söhbətlər aparmışlar, lakin buna baxmayaraq görüş mümkün olmamışdır. Sonuncu görüş 5 dəqiqə olmamış, eləcə də əvvəlki görüşlər də kifayət qədər uzun olmuşdur. Lakin sonuncu dəfə görüşün alınmadığını gördüyü üçün uşaqların mənafeyinə uyğun olaraq görüşü dayandırmışdır. Hazırda sözügedən qərarın məcbur icrasını mümkün hesab etmir. Məhkəmə iclasında Borclu şikayəti qəbul etməyərək bildirmişdir ki, 6 ildir ki, uşaqlara özü baxır. Uşaqlar dəfələrlə bu vəziyyətə görə stress yaşayıblar. İcra məmurundan özü də şikayət etmişdir. Görüş zamanı uşaqlar fasiləsiz olaraq ağladıqları üçün icra məmurundan görüşün dayandırılmasını da tələb etmişdir. Lakin ana uşaqların ağlamağına baxmayaraq özünün 4 saat vaxtı olduğunu bildirmişdir. Uşaqlarla ananın görüşü alınmır. Hər dəfə icra məmuru ona uşaqları gətirməsi üçün müraciət edəndə uşaqları aparmış, lakin uşaqlar analarını və onun anasını görəndə stress yaşamağa başlamışlar. İş üzrə rəydə də qeyd olunmuşdur ki, uşaqların analarına bağlılığı qəti yoxdur və onlar təzyiq altında olmamışlar. Eyni zamanda heç vaxt görüş müddəti 5 dəqiqə olmamışdır. Görüş zamanı uşaqlara heç bir təzyiq olmur. O, görüşdə olsa da,olmasa da, heç nə dəyişmir. Odur ki, məhkəmədən uşaqların mənafeyini nəzərə alaraq ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-239/2023 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-239/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 mart 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər dəfə tərəfindən şərait yaradılsa da uşaqlar X5 ilə görüşməkdən imtina etmişdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(010)-3358/2022 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli, 11/575 №-li ekspert rəyi ilə bir daha qeyd edilmişdir ki, 28 yanvar 2014-cü il təvəllüdlü X7, 09 oktyabr 2015-ci il təvəllüdlü X4 və 21 fevral 2017-ci il təvəllüdlü X6 ataları Borclu bağlılıqları üzə çıxmaqla anaları yəni iddiaçı X3 bağlılıqlarımüəyyən olunmur.xx.xx.2023-cü il tarixində ona təqdim edilmiş Suraxanı rayon Məhkəməsinin 8(010)-239/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla məlum olmuşdur ki, X1 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunması üçün yenidən Suraxanı rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə ayrı-ayrı vaxlarda altı dəfə uşaqla ünsiyyət baş tutması üçün görüşlər keçirilmiş, lakin həmin görüşlər zamanıazyaşlılar anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş və ünsiyyətdə olmaq baş tutmamışdır. Görüşlərin heç birində müsbət irəliləyiş müşahidə olunmamışdır. İcra şöbəsində görüşlərin müsbət irəliləməməsinin səbəbi birbaşa Borclu olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə ona uşaqlarla görüş hüququnun atanın iştirakı olmadan tanınmasına baxmayaraq, Borclu da həmin görüşlərdə iştirak etmiş və uşaqlarının onunla görüşunə mane olmuşdur. İcra məmuru tərəfindən onun bu qanunsuz hərəkətləri barəsində heç bir tədbir görülmür. Bəllidir ki, uşaqlar onunla görüşməmələri üçün ataları tərəfindən öyrədilir. Tərtib olunmuş aktlarda qeyd olunduğu kimi uşaqlarla heç bir profilaktik söhbətlər aparılmamışdır. İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümaytəndəsi də ona yaxınlaşaraq uşaqlara düzgün tərbiyə verilmədiyini, Borclu uşaqlarla görüşə maneçilik törətdiyini bildirsə də, heç bir aktda bu qeyd edilməmişdir. Açıq-aydın görünür ki, uşaqlar ona yaxınlaşmamaları üçün öyrədilir. Uşaqları ilə heç bir profilaktik söhbət aparılmamışdır. Suraxanı RİH-nin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi gəlib kənardan izləyib getmişdir. Cəmi 2 dəfə görüş keçirilmişdir, bu görüşlərdə də uşaqlar atanın təsiri altında olmuşdur. Borclu uşaqları görüşə gətirdikdən sonra 5 dəqiqə ərzində maşına yerləşdirərək İcra Şöbəsindən uzaqlaşdırılmışdır. Bütün bu qeyd edilənlər onu sübut edir ki, onun bir valideyn kimi hüquqları kobudcasına pozulur. İcra məmuru tərəfindən isə borclunun özbaşınalığı barədə heç bir tədbir görülmür. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2024cü il tarixli, 8(010)-239/2023 saylı qərardadı təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-118/2022 saylı qətnaməsinə əsasən iddiaçı X3 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 12:00-dan saat 16:00-dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yeni il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 12:00-dan saat 16:00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtının müəyyən edilməsi qət edilmiş və icra sənədi xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək mümkün olmadığından “İcra haqqında” Qanunun 70.4-cü maddəsi rəhbər tutularaq icra sənədi Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Suraxanı rayon İcra şöbəsi tərəfindən qəbul edilən qərar onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə ayrı-ayrı vaxlarda altı dəfə uşaqla ünsiyyət baş tutması üçün görüşlər keçirilmiş, lakin həmin görüşlər zamanı azyaşlılar anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş və ünsiyyətdə olmaq baş tutmamışdır. Görüşlərin heç birində müsbət irəliləyiş müşahidə olunmamışdır. Eyni zamanda təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 11/575 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olmuşdur ki, azyaşlıların ataları Borclu bağlılıqları aşkar olunmuş, lakin anaları X3 bağlılıqları müəyyən olunmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Belə olan halda icra sənədi onu verən məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uşaqla ünsiyyətlə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün hal-hazırda uşaqların ünsiyyətdən imtina etməsi onların birdəfəlik imtina etməsi kimi şərh edilə və həmin əsasla da icra sənədi icra edilmədən geri qaytarıla bilməz. Uşaqların yaşının az olmasını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, onlar müəyyən müddət sonra ana ilə ünsiyyətə razı ola bilərlər. Valideyn ilə uşaqlar arasında ünsiyyətin bərpa edilməsinə yönələn tədbirlərin icrasının davam etdirilməməsi onların bağlarının tamamilə qopması ilə nəticənə bilər ki, bu da Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququnun pozulmasına səbəb ola bilər. Həmçinin məhkəmə düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin qaytarılması üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edilməsi də əsassız olmuşdur. Belə ki, həmin əsas yalnız borclunun müəyyən hərəkətləri etməyə və ya etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrası ilə əlaqədar tətbiq edilə bilər. Lakin hazırda icra sənədinin icra edilməməsinin səbəbi borclu ilə əlaqədar deyildir. İcra işinin materiallarından görünür ki, qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən müxtəlif vaxtlarda 4 dəfə görüş təşkil olunmuşdur. xx.xx.2023-cü il tarixli görüş Borclu üç uşağı ilə birlikdə Xaçmaz rayonu Nabran qəsəbəsində olmaqları səbəbindən, xx.xx.2023-cü il tarixə təyin olunmuş görüş isə borclunun telefonuna zəng çatmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin olunmuş görüş tərəflərin iştirakı ilə keçirilsə də, uşaqlar analarını görməkdən imtina etmələri səbəbindən görüş və ünsiyyətdə olma baş tutmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cü maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrası üçün bütün zəruri tədbirlər görülmədiyindən, ana ilə uşaqların sərbəst görüşünün təmin edilməsi üzrə qətnamənin icrasını təmin etmək üçün icra tədbirlərinin davam etdirilməsi zəruri olduğundan məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarını ləğv edərkən qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 8(010)- 239/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-118/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-118/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver