Məhkəmə qərarları › İş №8(103)-12/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-12/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-12/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra sənədi üzrə borclu “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X2 Binəqədi Rayon İcra Şöbəsinin “məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanması barədə” qərarından şikayətinə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(001)-1063/2024 nömrəli qərardadından “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ-in şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Mübahisə məcburi işburaxma müddəti üçün əmək haqqının məbləği ilə bağlıdır. 2.Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə görə, tələbkar Maraqlı şəxs2 əvvəlki vəzifəsinə - "xxxx" MMC-nin insan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ həmin üzrə sənədi üzrə borcludur. 3.Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə qərara alınıb ki, tələbkara ödənilməli olan, məcburi işburaxma müddəti üçün hesablanmış qalıq əmək haqqı fərqi 8.820 manat müəyyən edilsin. 4.Borclu məhkəməyə şikayət edərək xahiş edib ki, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2024-cü il tarixli inkasso sərəncamı ləğv edilsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Borclu bu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş edib. Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Bu məsələ X1 Xidmətindən mütəxəssis rəyi alınmadan həll edilə bilməz. Belə ki, məcburi işburaxma müddəti üçün tutulmalı olan əmək haqqının məbləği mübahisəlidir, çünki tələbkar və borclu bu məsələdə razlığa gələ bilmirlər. Mübahisəli vəziyyətdə həmin məbləğin hesablanması xüsusi bilik tələb edir. Mütəxəssis isə xüsusi (zəruri) biliyi olan şəxs sayılır. İcra sənədi üzrə icraata mütəxəssis cəlb edilməsi imkanı “İcra haqqında” AR Qanununun 40-cı maddəsində, məhkəmə icraatına mütəxəssis cəlb edilməsi imkanı isə AR Mülki Prosessual Məcəlləsinin 64-cü maddəsində müəyyən edilib. Lakin icra məmuru və ya birinci instansiya məhkəməsi mütəxəssis rəyi almadan bu məsələni həll ediblər. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş həmin məhkəməyə qaytarılmalıdır. 6.İşə yenidən baxılarkən birinci instansiya məhkəməsi göstərilənləri etməlidir: Birinci, əgər məhkəmə hesab etsə ki, icra məmuru mütəxəssis rəyi almadan qərar qəbul etməkdə haqlı olub, belə halda məhkəmənin özü məhkəmə icraatına mütəxəssis cəlb etməklə icra məmurunun qərarında müəyyən edilmiş məbləğin düzgün olub-olmadığını yoxlamalıdır. İkinci, əgər məhkəmə hesab etsə ki, icra məmuru mütəxəssis rəyi almadan qərar qəbul etməkdə haqlı olmayıb, belə halda icra məmurunun qərarını ləğv etməli və icra məmuru icra sənədi üzrə icraata mütəxəssis cəlb etməklə həmin məbləği yenidən müəyyən etməlidir. 7.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(001)- 1063/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar