Məhkəmə qərarları › İş №8(103)-120/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-120/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-120/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli icra sənədinin icrasının dayandırılması barədə həmin məhkəmənin 06 mart 2023-cü il tarixli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən İddiaçı övladı - xx.xx.2017-ci il təvəllüdlü X5 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan saat 13:00-dək 2 (iki) saat ünsiyyətdə olmaq hüququnun verildiyini, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanıldığını və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərildiyini, borclu Cavabdeh axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın qəbul olunduğunu, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan onun barəsində axtarış işinin açıldığının məlum olduğunu, borclu Cavabdeh barəsində dovlətlərarası və beynəlxalq axtarış işinin açılması ilə əlaqədar Yasamal RPİ-yə müraciət edildiyini və ona dövlətlərarası axtarış işi açıldığını, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli məktubunda Günay X1 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyinin göstərildiyini bildirmiş, buna görə də icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan tələbkarın verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı övladı - xx.xx.2017-ci il təvəllüdlü X5 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan saat 13:00-dək 2 (iki) saat ünsiyyətdə olmaq hüququ verilmiş, qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən icra sənədi üzrə borclu Cavabdeh barəsində Yasamal Rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə mülkihüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarış işi açılmış və icra olunması üçün ərazi aidiyyəti uzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə göndərilmiş, Cavabdeh Türkiyə Respublikasında olduğu üçün onun barəsində Yasamal Rayon Polis İdarəsində dövlətlərarası axtarış elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 33/327 saylı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, X5 xx.xx.2020-ci il tarixdə anası Cavabdeh ilə birgə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxılmışdır. “İcra haqqında” Qanunun 18.1.5-ci maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda, icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-143/2023 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar