Məhkəmə qərarları › İş №8(103)-123/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-123/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-123/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsini icra məmuru Ələddin Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması vəzifəsinin Binəqədi rayon İcra şöbəsinin üzərinə qoyulmasına dair ərizəçilər X24 və X6 şikayətinə baxılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 8(001)-133/2023 saylı qərardadından Tələbkar oğl tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X24 və X17 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun hərəkətlərinin qanunsuz sayılması və onun qanunsuz hərəkətlərinin-cavabdehlərin ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmasının dayandırılması vəzifəsinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı, 17 fevral 2020-cı il tarixli qətnaməsi ilə iddiaçılar Tələbkar və Meybullayeva (Hüseynova) Yeganə Əliağa qızının iddiası qismən təmin edilərək, cavabdehlər X7, X13 və X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ərazilərin boşaldılaraq iddiaçılar Tələbkar və X1 təhvil verilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7762/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Ali Məhkəmənin xx.xx.2021 -ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-762/2021 nömrəli qətnaməsi ƏlX7 ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanan hissəsində) ləğv edilməsi qərara alınmışdır. Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X23 Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı qətnaməsinə izah verilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə icra məmuru bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-103/2020 saylı icra sənədinə əsasən borclular X18, X22 və X19 və onun ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin ərazilər boşaldılaraq iddiaçılar Tələbkar və X1 təhvil verilməlidir. Qeyd edilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclulara göndərilmişdir. İcraat zamanı Bakı şəhəri, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsində və yarımtikililərdə borclulardan əlavə onların ailə üzvlərinin də yaşadıqları müəyyən edilmişdir. İcra məmuru yuxarıda qeyd olunanları və “İcra haqqında’' Qanunun 14-cü maddəsini rəhbər tutaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-103/2020 saylı icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən borcluların ailə üzvlərinin çıxarılmalı olub-olmaması məsələsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında aşağıdakılar göstərilmişdir: “Cavabdehlər X18, X22 və X19 və onun ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdeh tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar Tələbkar, X1 təhvil verilsin” dedikdə “Cavabdehlər X18, X22 və X19 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar Tələbkar, X1 təhvil verilsin” kimi başa düşülməlidir. Cavabdehlər icra sənədi üzrə icraata başlamaq haqqında icra məmuru Ələddin Hüseynovun qərarını könüllü olaraq icra edərək 20 sot torpaq sahəsini və tikililəri tərk etmişlər. Lakin icra məmuru qanunsuz hərəkətlər edərək onları-yəni cavabdehlərin ailə üzvlərini də Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli son Qərarında, eləcə də qətnaməyə izah verilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadında adları qeyd olunmadığı halda yeganə yaşayış yerləri olan evdən çıxarmaq istəyir. Belə ki, o, bununla əlaqədar dəfələrlə yaşadıqları ünvana gələrək adları qərardadda qeyd olunmuş şəxslərin çıxarılmalarına dair rəsmi bildiriş vermiş, eyni zamanda onlarla birlikdə evi tərk etmələrini tələb etmişdir. Bildirirlər ki, onlar mübahisəli evdə uzun müddətdir ki, qeydiyyatda olmaqla yaşayırlar, istifadə hüquqları var, istifadə hüquqları itirilməmiş və habelə qanunla müəyyən edilmiş qaydada xitam verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 8(001)-133/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, X14 və X6 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)-103/2020 saylı qətnaməsi əsasında 26 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalarına dair Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməsi və X14 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalarının dayandırılması vəzifəsinin Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun üzərinə qoyulması qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və ərizəçilərin şikayətinin təmin edilməməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və X24 və X17 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4082/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, cavabdeh ƏlX7 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-762/2021 nömrəli qətnaməsi ƏlX7 ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişirilməyən saxlanan hissəsində) ləğv edilmiş, cavabdeh Ə.Əsgərovun ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməmiş və qətnamə cavabdeh Ə.Əsgərova aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)-103/2020 saylı qətnaməsi əsasında 26 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, cavabdehlər X18, X22 və X19 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililərin) cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin ərazilərin boşaldılaraq iddiaçılar Tələbkar və X1 təhvil verilməli və iddia qismən təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatı cavabdehlər X18, X22 və X3 tutularaq iddiaçıya ödənilməlidir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən 15 noyabr 2021-ci il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)- 103/2020 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borclular X10, X15 və X11 göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-103/2020 saylı qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə aşağıdakı formada izah verilmişdir “Cavabdehlər X18, X22 və X19 və onun ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar Tələbkar, X1 təhvil verilsin” dedikdə “Cavabdehlər X25, X22 və X19 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılsınlar, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin ərazilər boşaldılaraq iddiaçılar X2, X1 təhvil verilsin” kimi başa düşülməlidir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X20, böyük icra məmuru Aqil Cəbiyevin, Binəqədi rayon Polis İdarəsinin 43-cü PB –nin sahə inspektoru baş leytenant X12, X6, ƏlX7 və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)- 103/2020 saylı icra sənədinin icrası ilə əlaqədar X11 aid hissədə icra olunması üçün Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsində yerləşən bir kürsülü 3 otaq 1 mərtəbədən ibarət olan fərdi yaşayış evinə gəlmişlər. Həyətə daxil olan zaman həmin ünvana digər icra sənədi üzrə borclu X18 oğlu Əsgərov Ələkbərlə birikdə gəlmişlər. Soruşulduqda bildirildi ki, Həcər onun qardaşı Xəlilin həyat yoldaşıdır. Evdə olan zaman X17 bildirdi ki, Həcər onun anasıdır, hal-hazırda işdədir, burada yaşamır, özü ailəlidir. Göstərilən mübahisəli ünvanda bir uşağı və həyat yoldaşı ilə birlikdə yaşayır. Göstərilən ünvanda yenə də digər borclu X18 və oğlu Ələkbər bildirdilər ki, göstərilən ünvanda yaşayırlar. Göstərilən borclular icra yerində icra sənədinin icrasına maneçilik törədirlər və bildirdilər ki, X26 həmin ünvanda yaşamır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvafiq qaydada verilmiş icra sənədi üzrə icraatda tərəflər tələbkar və borcludur. “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq icra məmuru icra sənədi üzrə müəyyən hərəkətləri etməyi yalnız borcludan tələb edə bilər. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(001)-103/2020 saylı qətnaməsi əsasında 26 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə X24 və X17 borclu olmamalarına baxmayaraq, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi X24 və X4 da tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4082/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 103/2020 saylı qərardadında yalnız cavabdehlər X25, X22 və X8 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20(iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları qeyd olunmuşdur. Belə olan halda X24 və X17 icra sənədi üzrə borclular olmadıqlarından, onların mübahisəli ünvandan çıxarılmalarına dair Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun hərəkətləri qanunsuz hesab edilməli və həmin hərəkətlərin dayandırılması vəzifəsi Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun üzərinə qoyulmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. İcra sənədinə əsasən cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililər (yarımtikililərin) cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin ərazilər boşaldılaraq iddiaçılara təhvil verilməlidir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli ərazilər boşaldılaraq iddiaçılara təhvil verilməlidir, belə olan halda mübahisəli ərazi istənilən şəxsə münasibətdə boşaldılmalıdır. Kollegiya onu da qeyd edir ki, əks yanaşma qanuni qüvvəsini almış qətnamənin sonsuzadək icrasız vəziyyətdə qalmasına gətirib çıxara bilər. Ərizəçilərin istinad etdiyi Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-762/2021 nömrəli qətnaməsi ƏlX7 ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 (iyirmi) sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişirilməyən saxlanan hissəsində) ləğv edilməssi və cavabdeh Ə.Əsgərovun ailə üzvlərinə aid hissədə iddia tələbinin təmin edilməməsi onunla bağlı olmuşdur ki, iddiaçılar Tələbkar və Y.Meybullayeva cavabdeh Ə.Əsgərovun ailə üzvlərinin qeyd edilən ərazi və yarımtikililərdən çıxarılmalarını tələb etsələr də, Ə.Əsgərovun ailə üzvlərinin kimlərdən ibarət olması barədə hər hansı məlumat verməmiş, həmin şəxsləri cavabdeh qismində göstərməmişlər. Kollegiya hesab edir ki, icra məmurunun hərəkəti qanunidir, icra sənədinə əsasən mübahisəli ərazi boşaldılaraq tələbkarlara təhvil verilməli olduğundan, icra məmuru da haqlı olaraq həmin ərazidə olan kim varsa ona münasibətdə ərazinin boşaldılmasını təmin etməli və ərazini tələbkara təhvil verməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 8(001)-133/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması vəzifəsinin Binəqədi rayon İcra şöbəsinin üzərinə qoyulmasına dair ərizəçilər X24 və X6 şikayəti təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar