Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-124/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024 tarixli icra sənədini ləğv edilməsini, Xətai rayon icra şöbəsinin icra məmuru Vusal Umarovun hərəkətlərini qanunsuz hesab edilməsi və əmək haqqımdan tutulmuş 300 manat məbləğində vəsaitin ona geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət verərək, Хətаi Rаyоn Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət elektron qaydada verilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan X1 (vəkili və nümayəndəsi Nümayəndə) xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Vüsal Umarov) xx.xx.2024-cü il tarixli icra sənədinin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair X1 tərəfindən verilmiş şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-64/2025 saylı qərardadından şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsini və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 fevral 2025 tarixində 8(011)2025 nömrəli qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Qaytarılma səbəbləri aradan qaldırılmış və yenidən elektron qaydada 18 fevral 2025 tarixində göndərilmişdir. Lakin şikayət vermə müddəti 14 fevral 2025 tarixində bitmişdir. Bildirmək istəyir ki, şikayət 12 fevralda dəftərxanaya təhvil alma edilməklə verilmişdir, Geri qaytarılma qərardadı 14 fevral yəni həftənin 5-ci, son iş günü qəbul edilmişdir. Mübahisəli qərardad vəkil və Nümayəndə 17 fevral ona məlum olmuşdur və həmin gün sistemə əlavə olunmaqla əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X1 (vəkili və nümayəndəsi Nümayəndə) xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, şikayətinin vaxtında verilməsini qəbul edilməsi və ya yuxarıda göstərilən səbəbdən buraxılmış müddəti üzürlü hesab edərək bərpa edib qərardadı ləğv edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından X1nun vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş mülki iş materiallarıyla birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, X1 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024 tarixli icra sənədini ləğv edilməsini, Xətai rayon icra şöbəsinin icra məmuru Vusal Umarovun hərəkətlərini qanunsuz hesab edilməsi və və əmək haqqından tutulmuş 300 manat məbləğində vəsaitin ona geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və borcluya sözügedən qərardaddan 10 gün müddətində şikayət vermək hüququ izah edilmişdir. İş materiallarında olan “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş çıxarışdan görünür ki, X1nun elektron kabinetinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixində yerləşdirilmiş və sözügedən qərardaddan şikayət verilməsi nəzərdə tutulmuş 10 günlük müddətin axımı başlamış və xx.xx.2025-ci il tarixədək davam etmişdir. 12 fevral 2024-ci il tarixdə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin dəftərxanasına təqdim etmək ilə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılması qeyd olunmuş və həmin maddənin tələblərinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsi şikayət elektron qaydada verilmədiyinə görə geri qaytarılmışdır. Kollegiya hesab edir ki, ərizəçinin şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-124/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-124/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver