Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-126/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Borclu iştirakı ilə, Ərizəçi-X1nun Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı və 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri ilə cavabdehdən tutulmalı olan pul məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin qismən təmin edilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından ərizəçitələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 nömrəli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 nömrəli qətnamələri üzrə ödənilməli olan 65700,24 manat pul vəsaitinə münasibətdə Azərbaycan Respublikasında inflyasiya göstəriciləri və Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot faiz dərəcəsi nəzərə alınmaqla 2020-ci il üzrə istehlak qiymətlərinin artması ilə əlaqədar faiz dərəcəsinin 6,29% inflyasiyasının artım səviyyəsi kimi qəbul olunub ödənilməli olan 65700,24 manata tətbiq edilərək 2020-ci il üçün 4132,54 manat indeksasiya məbləğinin Borclu onun xeyrinə tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Borclu X2 xeyrinə 2066,27 manat tutulması, ərizə qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi-tələbkar şikayət verərək həmin qərardadın ləğv edilməsi və ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbi yalnız 2020-ci ilə aid olduğu halda, məhkəmə öz təşəbbüsü ilə borcludan əlavə l ayın (2021-ci ilin yanvar ayı) indeksasiya məbləğini tutmuşdur. Ərizəsi üzrə “indeksasiya məbləğinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün tutulması da anlaşılan olmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi sözü gedən dövr üçün ərizənin təmin etməsini Xətai rayon icra və probasiya şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi qərarı ilə əsaslandırmış və belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu tutulmalı olan xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə xx.xx.2020-ci il tarixli qərar ilə birləşdirildiyi andan nəzərə almalıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ilk əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1184/2018 nömrəli qətnaməsi üzrə icra sənədi verilmiş, icra sənəd Xətai rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, buna dair icra tədbirləri başlanılmış və 1 ilədək müddət keçdikdən sonra Borclu ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 nömrəli digər icra sənədi verilmiş, buna dair müstəqil icra tədbirləri başlanılmış, heç bir müsbət nəticə əldə olunmamış və nəhayət, məhkəmə aktının icrasının vaxtında təmin edilməsi, işin səmərəli həlli və prosessual qənaət baxımından Xətai rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət etdikdən sonra sözü gedən (xx.xx.2018-ci il tarixli, 2(011)-1184/2018 nömrəli və xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 nömrəli) icra sənədləri bir icraata (xx.xx.2020-ci il tarixli qərarla) birləşdirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı şikayət rədd edilmiş və iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətə və ərizəyə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Birinci instaniya məhkəməsi E.Rəhimovun ərizəsi barədə yekun nəticəyə gələrkən qeyd etmişdir ki, Borclu qanusuz hərəkətləri nəticəsində E.M.Rəhimovun hüquqlarının pozulması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən sübuta yetirilmiş, tələbkarın xeyrinə tutulması qət edilən pul vəsaitini cavabdeh pul öhdəliyinin yarandığı vaxtdan, yəni mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edildiyi vaxtdan icra etməmiş, daha sonra icra məmuru tərəfindən borcluya icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt təyin edilsə də, borclu icra sənədini könüllü icra müddətində icra etməmişdir. Göründüyü kimi məhkəmə aktlarının vaxtında icra edilməməsi nəticəsində ərizəçiyə ödənilməli olan pul vəsaiti dəyərini əhəmiyyətli şəkildə itirmişdir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə görə Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icra sənədləri üzrə tutulmalı olan pul vəsaitinin indeksasiyasını icra sənədləri bir icraatda birləşdirilən tarixdən deyil, icra sənədləri verilən tarixdən indeksasiya aparılması barədə verilmiş ərizənin tarixinədək aparılmalıdır. İş materiallarında olan sənədlərdən icra sənədlərinin verildiyi tarix və icra sənədləri üzrə icra hərəkətlərinin başlanılması tarixi müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən müvafiq icra işləri tələb edilməli və qeyd olunan hallar araşdırılmalıdır. Bundan başqa indeksasiya aparılarkən statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti tərəfindən aparılmış hesabatlar nəzərə alınmalı olduğu halda birinci instansiya məhkəməsi həmin hesabatları araşdırmamış, indeksasiya məbləğinin hesablanmasını əsaslandırmamış və 2066,27 manat indeksasiya məbləğinin hansı qaydada hesablanması izah edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi-X1nun şikayəti qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. Şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-126/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-126/2021
16.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver