Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-126/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, X1 şikayəti üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2024cü il tarixli Qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. X3 şikayətlə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsassız hesab edilərək, ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1200/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” barədə qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz qəradad qəbul etmişdir. Belə ki, birinci tərəf X11 ilə ikinci tərəf Borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişinə əsasən ikinci tərəf Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən ½ hissədəki payını birinci tərəfin adına Daşınmaz Əmlakın Dövlət reyetsrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüş, ikinci tərəf ünvan 1 ünvanında olan 2 otaqlı mənzili oğlu X7 adına Bağışlanma yolu ilə Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüş, Borclu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 52 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindəki ½ hissədəki payın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyi üçün "xxxx" MTK ilə arasında bağlanmış müqaviləni X6 adına dəyişdirilməsi və həmin qeyri-yaşayış sahəsinin X6 adına yeni müqavilənin bağlanması üçün bütün tədbirləri görməyi, o cümlədən müqavilə maliyyə arayışı alaraq X9 verməyi öz öhdəsinə götürmüşdür. Birinci tərəf X4 qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli mansardlı həyət evinin ½ hissədəki payından imtina edir və Borclu adına Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüşdür. Birinci tərəf X11 Bakı şəhəti Xətai Rayon Məhkəməsinin 2-(011)-5248/2021saylı, xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş daşınardaşınmaz əmlakın ½ hissədəki payı olan “Mercedes Vito”markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona çatan ½ hissədəki payından, pul vəsaitlərindən birinci tərəf X9 çatan ½ hissədəki payları olan 34.832 avrodan, 42.349 ABŞ dollarından, 29.800 avrodan, 1.400 ABŞ dollarından, qızıl-zinət əşyaları olan ½ hissədəki payından 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızılı komplekt və 1 ədəd qızıl saatdan, tam şəkildə imtina etmiş və öz öhdəsinə götürmüşdür ki, birinci tərəfə X11 gələcəkdə Borclu qarşı qeyd olunan pul vəsaitləri, qızıl-zinət əşyaları, “Mercedes Vito” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar heç bir iddia qaldırmayacaqdır. Göstərilən hissədə tələblərdən imtina ilə əlaqədar X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə xitam verilməsi üçün Xətai rayon İcra şöbəsinə müraciət etməsini öz öhdəsinə götürmüşdür. Tərəflər hal-hazırda məhkəmədə olan iddialarından imtina edəcəklər və gələcəkdə bu sazişdə nəzərdə tutulan mübahisələrlə bağlı bir-birlərinə qarşı və ailə üzvlərinə qarşı heç bir iddia qaldırılmaması ilə bağlı öz üzərlərinə öhdəlik götürmüşdürlər. X11 tərəfindən verilmiş və Xətai rayon İcra şöbəsinə 23 aprel 2024-cü il tarixdə daxil olmuş ərizənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə X11 arasında birgə evlilik dövründə əldə olunmuş əmlakların (daşınar və daşınmaz) ½ paylarının müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən Əhmədli qəsəbəsi, Əhmədli 8-küç, ev 22F, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyriyaşayış sahəsi, ** MD *** dövlət qeydiyyat nişanlı “X19 minik” markalı avtomobildən, 29.800 avrodan, 1.400 ABŞ dollarından, 34.832 avrodan, 42.349 ABŞ dollarından və məhkəmə qətnamənin qeyd olunmuş qızıl-zinət əşyalarının ½ hissəsindən X11 tam şəkildə imtina etmişdir. Belə ki, Borclu ilə X11 arasında Mediasiya Təşkilatında 18 aprel 2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişinə əsasən razılığa gəlmiş və mediator X10 tərəfindən barışıq sazişi təsdiqlənmiş və üzərlərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsini, Borclu icra vərəqəsi üzrə ölkədən çıxışına qoyulmuş müddətin götürülməsini, pul tələbi ilə bağlı əmlakların hərraca çıxarılmasının dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə barışıq sazişi ilə həll edilmiş Borclu barışıq sazisində nəzərdə tutulan öhdəlikləri təmin etmiş və tələbkarın ərizəsi əsasında da icra işi üzrə icraata haqlı olaraq xitam verilmişdir. Tərəflər arasında hər hansı mübahisə olduğu təqdirdə də barışıq sazişi mübahisləndirilməli idi. Tələbkar tərəf Barışıq Sazişinin təsdiqi ilə bağlı Masallı Rayon Məhkəməsinə ərizə vermiş, lakin ərizə baxılmamış saxlanılmışdır. Lakin məhkəmə tərəfindən barışıq sazisinin olmasına tələbkar tərəfindən icra işinin xitam verilməsi ilə bağlı ərizə təqdim edilməsinə əhəmiyyət verilməmişdir. Eyni zamanda diqqətə ərizəçi yəni X11 xx.xx.2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Borclu tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payını onun adına özgəninkiləşdirməli olduğu hissədə təsdiq olunması, məhkəmə rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu da həmçinin Borclu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizə rədd edilmişdir. Həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Borclu tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payının naturada ayrılması, bu mümkün olmadıqda hərracda satılaraq pulun ödənilməsi barədə ərizə verdikdən sonra verilmişdir. Hazırda da həmin mülki iş məhkəmənin icraatındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi qərarı ləğv edərkən barışıq sazişini, ondan şikayət verilməsini və digər məhkəmədə baxılan mülki işlərin yekunlaşmasını və digər halları nəzərə almamışdır. Halbuki, qeyd olunan məsələlər barışıq sazişi ilə təsdiqlənirdi. Borclu qeyri-yaşayış sahəsindən öz payından pul və qızıl-zinət əşyalarının əvəzi olaraq imtina etmişdir. Ona görə də X11 İcra şöbəsinə gələrək imtina ərizəsi yazmışdır. Əlavə olaraq birinci tərəf X4 qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli mansardlı həyət evinin ½ hissədəki payından imtina edir və Borclu adına Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüşdür. Lakin Birinci tərəf X11 öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək, Borclu əvəzinə oğlu X7 adına keçirmişdir. Göründüyü kimi, hətta barışıq sazişinin şərtləri də X11 tərəfindən pozulmuşdur. Bu isə tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Borclu məcbur qalıb dayısının ona 30 il əvvəl bağışlama müqaviləsi əsasında verdiyi evi, yəni Bakı şəhəri, Xətai rayonu, İnqilab ismayılov küçəsi, ev 15-də yerləşən 50 saylı mənzili ona bağışlamış və əlavə olaraq isə Mersedes markalı, 99-MD139 dövlət qeydiyyat nişanlı avtomaşını alıb vermişdir. Bunların əvəzində isə o Əhmədli qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli mansardlı həyət evinin ½ hissədəki payını Borclu bağışlamışdır. Lakin həmin pay da barışıq Sazişinə görə Borclu verilməsi öhdəliyi götürülsə də X11 bunu icra etməmişdir. Lakin sonradan yuxarıda qeyd edildiyi kimi, məhkəməyə müraciət edərək həbs qoydurmuşdur. Eyni zamanda X6 təkidi əsasında onunla yaşayan oğlu ilə birləşib oğlu məhkəməyə ərizə verərək, hətta Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-971/2024 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Elvin Məlikov küçəsi, ev 22F (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Elvin Məlikov küç ev 22F (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli mansardlı fərdi yaşayış evinin ½ hissəsinin özgəninkiləşdirilməsi Borclu və üçüncü şəxslərə qadağan edilmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7309/2024 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh Borclu qarşı bağışlanmadan imtina olunmasının qəbul edilməsi, 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair verilmiş ünvan 3 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli mansardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə barışıq sazişi ilə həll edilmiş və tələbkarın ərizəsi əsasında da icra işi üzrə icraata haqlı olaraq xitam verilmişdir. Tərəflər arasında hər hansı mübahisə olduğu təqdirdə də barışıq sazişi mübahisləndirilməli idi və ərizəçi X11 tərəfindən də mübahisləndirilməmişdir. Lakin məhkəmə tərəfindən barışıq sazisinin olmasına tələbkar tərəfindən icra işinin xitam verilməsi ilə bağlı ərizə təqdim edilməsinə əhəmiyyət verilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən xitam qərarın hansı tarixdə alınması aydınlaşdırılmamışdır. 30 günlük müddət nəzərdə tutulmuşdur. Həmin müddətdən də sonra Tağıyeva Şəlalə məhkəmədə barışıq sazişinin təsdiqi barədə ərizə versədə də məhkəmə həmin ərizəni rədd etmişdir. Həmin Qətnamədən apellyasiya şikayəti də vermişlər. Hazırda Apellyasiya məhkəməsinin icraatındadır. Göründüyü kimi məhkəmə tam əhatəli və hərtərəfli araşdırma aparılmamışdır. Qəbul olunmuş məhkəmə qətnamələrinə və icraatda olan məhkəmə işlərinin yekun nəticələrinə fikir verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1200/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 20.1.1-ci və 20.1.2-ci 20.1.5-ci maddələrinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, habelə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 4 ünvanında yerləşən mənzildə, ünvan 5 ünvanında yerləşən mənzildə, ünvan 6nında "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyri yaşayış sahəsində, ** MD *** dövlət qeydiyyat nişanlı, “X19 minik” markalı avtomobildə ½ hissədə X6, ½ hissədə Borclu payları müəyyən edilməli, 29.800 avro və 1400 ABŞ dolları pul vəsaitinin ½ hissəsi cavabdeh Borclu alınaraq iddiaçı X9 verilməli, "Bank of Baku” ASC-də olan hesabdan və "xxxx" ASC-də olan hesabdan çıxarılmış müvafiq olaraq 34.832 EUR və 42.349 ABŞ dollarının ½ hissəsi cavabdeh Borclu alınaraq iddiaçı X9 verilməli, 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızıl komplekt və 1 ədəd qızıl saatda ½ hissədə X6, ½ hissədə Borclu payları müəyyən edilməlidir. Bundan sonra birinci tərəf X11 ilə ikinci tərəf Borclu arasında xx.xx.2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişi bağlanmışdır. Həmin Sazişə əsasən ikinci tərəf Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı, 100 kv.m sahəsi olan mənzilində olan ½ hissədəki payını, birinci tərəfin adına Daşınmaz Əmlakın Dövlət reyetsrində özəlləşdirməyi, ikinci tərəf ünvan 1 ünvanında olan 2 otaqlı mənzili oğlu X7 adına Bağışlanma yolu ilə Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirməyi, Borclu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 52 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindəki ½ hissədəki payını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyi üçün "xxxx" MTK ilə arasında bağlanmış müqaviləni X6 adına dəyişdirilməsini və həmin qeyri-yaşayış sahəsinin X6 adına yeni müqavilənin bağlanması üçün bütün tədbirləri görməyi, o cümlədən müqavilə maliyyə arayışı alaraq X9 verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, Sazişə əsasən birinci tərəf X4 qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli mansardlı həyət evinin ½ hissədəki payından imtina edir və Borclu adına Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirməyi öz öhdəsinə götürür, birinci tərəf X11 isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-5248/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş daşınar-daşınmaz əmlakın ½ hissədəki payı olan “Mercedes Vito” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona çatan ½ hissədəki payından, pul vəsaitlərindən birinci tərəf X9 çatan ½ hissədəki payları olan 34.832 avrodan, 42.349 ABŞ dollarından, 29.800 avrodan, 1.400 ABŞ dollarından, qızıl-zinət əşyalarında olan ½ hissədəki payından 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızılı komplekt və 1 ədəd qızıl saatdan, tam şəkildə imtina edir və öz öhdəsinə götürür ki, birinci tərəfə X11 gələcəkdə Borclu qarşı qeyd olunan pul vəsaitləri, qızıl-zinət əşyaları, “Mercedes Vito” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar heç bir iddia qaldırmayacaqdır. Göstərilən hissədə tələblərdən imtina ilə əlaqədar X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə xitam verilməsi üçün Xətai rayon İcra şöbəsinə müraciət etməsini öz öhdəsinə götürmüşdür. Tərəflər hal-hazırda məhkəmədə olan iddialarından imtina edəcəklər və gələcəkdə bu sazişdə nəzərdə tutulan mübahisələrlə bağlı bir-birlərinə qarşı və ailə üzvlərinə qarşı heç bir iddia qaldırılmaması ilə bağlı öz üzərlərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı X3 ərizə ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021- 017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində təsbit edilmiş və icra sənədinin tam icra olunması, habelə məhkəmənin tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon icra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə məhz qeyd edilən Qanunun 20.1.5-ci maddəsinə əsasən, yəni icra sənədinin tam icra olunması əsası ilə xitam verilmişdir. Halbuki, nə belə bir hal, nə də ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişinin icra olunması müəyyən edilir. Əksinə hazırda həmin sazişin təsdiq edilməsi məhkəmə qaydasında mübahisələndirilir. Tərəflər arasında bağlanmış hər hansı barışıq sazişin məhkəmə tərəfindən təsdiq edilməsi də baş verməmişdir. Qeyd edilənlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi apardığı araşdırmanın nəticəsi üzrə haqlı olaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, məcburi icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədini Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-126/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-126/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver