Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-128/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-361/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elgiz Qəmbərov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu2 maddi ziyana görə 40558 manat və 12000 ABŞ dolları azərbaycan manatına məzənnə ilə pul və mənəvi ziyana görə 3000 manat pul alınıb X13 tam ödənilsin, sonra X19 oğlu Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5, ev 1- dən və tikilinin altındakı 222,4 kv.m torpaq sahəsindən çıxarılmalı, Borclu2 maddi ziyana görə 26161 manat və mənəvi ziyana görə 3000 manat pul alınıb X5 tam ödənilsin, sonra X1 Elçin Fərhad oğlunun mülkiyyətində olan yaşayış sahəsi 40,7 kv.m, köməkçi sahəsi 7,4 kv.m olan 2 otaqlı mənzildən və onun altındakı 133,5 kv.m torpaq sahəsindən çıxarılmalı, Borclu2 maddi ziyana görə 20210 manat və 28000 ABŞ dolları azərbaycan manatına məzənnə ilə pul və mənəvi ziyana görə 3000 manat pul alınıb X6 tam ödənilsin, sonra X2 Elçin Fərhad oğlunun mülkiyyətində olan yaşayış sahəsi 76,2 kv.m, köməkçi sahəsi 21,8 kv.m olan 4 otaqlı yaşayış sahəsindən və onun altındakı 201,5 kv.m torpaq sahəsindən çıxarılmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6497/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 və X3 müştərək qaydada, cəmi 82002,82 AZN tutularaq tələbkar "Kredo Bank” ASC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10385/2017 saylı, 06.12.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2, X14 və X3 müştərək qaydada, cəmi 11.503 ABŞ dolları və ödənilmiş 30 AZN dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11986/2017 nömrəli, 01.12.2017-ci il tarixli icra sənədinə əsasən Borclu2 55314 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6729/2018 saylı, 14.12 2018ci il tarixli icra sənədinə əsasən Borclu2 4140 manat məbləğində pul vəsaiti tutularaq tələbkar‘ ABC Telecom" MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-172/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən 82.388,70 (səksən iki min üç yüz səksən səkkiz manat 70 qəpik) manat məbləğində pul vəsaiti borclular Borclu2 və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM. VÖEN **********, hesab №2088501, X8, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F T Bik CTREAZ22 hesaba keçirilməlidir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-172/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən ekspertiza tədqiqat arının ümumi dəyəri 100 (yüz) manat borclular Borclu2 və X4 müştərək qaydada tutulub dövlət büdcəsinə. Az.MEM, VÖEN **********, hesab №2088501, X8, KOD- 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F T Bik CTREAZ22 hesaba keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra sənədinə əsasən Borclu2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 (qırx dörd min iki yüz iyirmi beş) ABŞ dolları, cəmi 345.225 (üç yüz qırx beş min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Tələbkar5 xeyrinə tutulmalıdır. Tələb üzrə tutma borclu X7 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilsin və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilmiş və satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi borclu X7 qaytarılmalıdır. Borclu X4 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 (iyirmi üç min dörd yüz altmış) ABŞ dolları, cəmi 227.460 (iki yüz iyirmi yeddi min dörd yüz altmış) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Tələbkar5 xeyrinə tutulmalıdır. Tələb üzrə tutma borclu X7 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı və əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilmişdir. Satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi borclu X7 qaytarılmalı və qiymətləndirmənin aparılması ilə bağlı hesablanmış 200 manat borclu X4 tutularaq "xxxx" MMC-in hesabına ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1333/2021 saylı, 27.01.2021-ci il tarixli icra sənədinə əsasən Borclu2 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Tələbkar7 xeyrinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına 24.01.2017-ci il, 02.02.2018-ci il, 04.04.2018-ci il, 12.06.2018-ci il, 28.12.2018-ci il, 04.10.2019-cu il, 04.10.2019-cu il, 01,04.2021-ci il və 04.05.2021-ci il tarixlərdə daxil olmuş, həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədlərinin icrası borclu tərəfindən tam şəkildə icra olunmamışdır. Borclu2 20.05.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək faktiki olaraq onun mülkiyyətində olan, lakin dövlət reyestrindən çıxarışla hazırda dostu Borclu1 adına olan yaşayış və torpaq sahələrinin üzərinə həbs qoyulmaqla yönəldilməsini xahiş etmiş və bu barədə Borclu1 20.05.2021-ci il tarixli ərizə ilə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərin nəzərə alaraq, təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-361/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadına əsasən, təqdimatın rədd edilməsi qərara alınmışdır (sədrlik edən: Aytən Novruzova). Həmin qərardaddan Borclu2 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-361/2021 saylı, 14.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2336/2013 saylı, 31.05.2013-cü il tarixli icra sənədinə əsasən, Borclu2 maddi ziyana görə 40558 manat və 12000 ABŞ dolları azərbaycan manatına məzənnə ilə pul və mənəvi ziyana görə 3000 manat pul alınıb X13 tam ödənilsin, sonra X19 oğlu Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5, ev 1-dən və tikilinin altındakı 222,4 kv.m torpaq sahəsindən çıxarılmalı, Borclu2 maddi ziyana görə 26161 manat və mənəvi ziyana görə 3000 manat pul alınıb X5 tam ödənilsin, sonra X1 Elçin Fərhad oğlunun mülkiyyətində olan yaşayış sahəsi 40,7 kv.m, köməkçi sahəsi 7,4 kv.m olan 2 otaqlı mənzildən və onun altındakı 133,5 kv.m torpaq sahəsindən çıxarılmalı, Borclu2 maddi ziyana görə 20210 manat və 28000 ABŞ dolları azərbaycan manatına məzənnə ilə pul və mənəvi ziyana görə 3000 manat pul alınıb X6 tam ödənilsin, sonra X2 Elçin Fərhad oğlunun mülkiyyətində olan yaşayış sahəsi 76,2 kv.m, köməkçi sahəsi 21,8 kv.m olan 4 otaqlı yaşayış sahəsindən və onun altındakı 201,5 kv.m torpaq sahəsindən çıxarılmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6497/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 və X3 müştərək qaydada, cəmi 82002,82 AZN tutularaq tələbkar "Kredo Bank” ASC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10385/2017 saylı, 06.12.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2, X14 və X3 müştərək qaydada, cəmi 11.503 ABŞ dolları və ödənilmiş 30 AZN dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11986/2017 nömrəli, 01.12.2017-ci il tarixli icra sənədinə əsasən Borclu2 55314 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6729/2018 saylı, 14.12 2018-ci il tarixli icra sənədinə əsasən Borclu2 4140 manat məbləğində pul vəsaiti tutularaq tələbkar‘ ABC Telecom" MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-172/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən 82.388,70 (səksən iki min üç yüz səksən səkkiz manat 70 qəpik) manat məbləğində pul vəsaiti borclular Borclu2 və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM. VÖEN **********, hesab №2088501, X8, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F T Bik CTREAZ22 hesaba keçirilməlidir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-172/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən ekspertiza tədqiqat arının ümumi dəyəri 100 (yüz) manat borclular Borclu2 və X4 müştərək qaydada tutulub dövlət büdcəsinə. Az.MEM, VÖEN **********, hesab №2088501, X8, KOD- 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F T Bik CTREAZ22 hesaba keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra sənədinə əsasən Borclu2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 (qırx dörd min iki yüz iyirmi beş) ABŞ dolları, cəmi 345.225 (üç yüz qırx beş min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Tələbkar5 xeyrinə tutulmalıdır. Tələb üzrə tutma borclu X7 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilsin və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilmiş və satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi borclu X7 qaytarılmalıdır. Borclu X4 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 (iyirmi üç min dörd yüz altmış) ABŞ dolları, cəmi 227.460 (iki yüz iyirmi yeddi min dörd yüz altmış) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Tələbkar5 xeyrinə tutulmalıdır. Tələb üzrə tutma borclu X7 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı və əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilmişdir. Satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi borclu X7 qaytarılmalı və qiymətləndirmənin aparılması ilə bağlı hesablanmış 200 manat borclu X4 tutularaq "xxxx" MMC-in hesabına ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1333/2021 saylı, 27.01.2021-ci il tarixli icra sənədinə əsasən Borclu2 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Tələbkar7 xeyrinə tutulmalıdır. Təqdimatda Borclu2 20.05.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək faktiki olaraq onun mülkiyyətində olan, lakin dövlət reyestrindən çıxarışla hazırda dostu Borclu1 adına olan yaşayış və torpaq sahələrinin üzərinə həbs qoyulmaqla yönəldilməsini göstərsə də, məhkəmə borculunun bu ərizəsini əsaslı hesab etmir, qeyd edir ki, təqdimatda göstərmiş icra sənədləri üzrə Borclu1 borclu deyil, buna görə də, borclu olmayan şəxsin əmlakı üzərinə həbs qoyulması barədə təqdimat təmin edilə bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, icra sənədləri üzrə borclu şəxs- Borclu2dur, belə olan halda, başqa şəxsin - Borclu1 adına qeydə alınmış əmlakların üzərinə həbs qoyulması “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-361/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-128/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-128/2022
29.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver