Məhkəmə qərarları › İş №8(103)-129/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-129/2025

07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-129/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-106/2025 saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X2 Rayon icra şöbəsinin icra məmuru X9 xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları nəzərə alınmaqla) X5ndan hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq tələbkar X4 verilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş və xəbərdarlıq borclu tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar ilə borclunun barəsində axtarış elan edilmişdir. İcra məmuru qanunvericiliyin tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmiş, bu hal da qanunvericiliyin tələblərinə zidd olmuşdur. Borclu icra icraatında nümayəndəsi vasitəsilə təmsil edilir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmır, yazışmalar üçün Bakı şəhəri, İ.Qutqaşınlı 507/511, “Altes Plaza”, A Bloku, 21-ci mərtəbə göstərilməklə, (+994) 77- ***-**-** mobil nömrəsi isə əlaqə üçün təqdim edilib. Bundan əlavə borclunun elektron məhkəmə sistemində yaradılmış kabineti vardır. Həmin kabinetdə "icra işləri" bölməsində icra məmurunun qəbul etdiyi sənədlər ilə tanış olma imkanına malikdir. İcra məmuru məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. İcra məmurlarının qanuna zidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-106/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət Nəsimi Rayon icra şöbəsinin icra məmuru X9 xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri ilə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-106/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları nəzərə alınmaqla) cavabdeh X6 hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq iddiaçı X4 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, X1 barəsində axtarış elan edilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, icra şöbəsi tərəfindən aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə X1 yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-28/2025 saylı qərardadı ilə X7 ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. “Elektron Məhkəmə” sistemində borclunun sərhədkeçmə məlumatlarına əsasən X11 xx.xx.2025-ci il tarixdə Respublikanı tərk edərək Tbilisi şəhərinə çıxış etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün borclunun yeri məlum olmamalıdır. Hazırda isə iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-28/2025 saylı qərardadı ilə X7 ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılana kimi o artıq xx.xx.2025-ci il tarixdə Respublikanı tərk edərək Tbilisi şəhərinə çıxış etmişdir. Belə olan halda borclunun yerinin məlum olmaması, onun icra hərəkətlərindən yayınması iş materialları ilə müəyyən edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin icra edilməsi üçün borclunun axtarılması barədə qərar qəbul etmiş, onun hərəkətlərində qanunsuz hesab edilməsi əsasları mövcud olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, borclu faktiki ünvanının icra məmuruna bildirilməsi, eləcə də icra icraatında nümayəndəsi vasitəsilə təmsil edilməsini bildirsə də, iş materialları ilə müəyyən edildiyi kimi borclu 15 yanvar 2025-ci il tarixdə ölkəni tərk etmiş, həmçinin onun barəsində qüvvədə olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə aktı mövcuddur və onun barəsində hazırda mübahisələndirilən axtarışı haqqında qərarı işin faktiki hallarına uyğun olaraq qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-106/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar