Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-13/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Şəmmədlinin xx.xx.2019-cu il tarixli qərarını ləğv edib icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2673/2018 saylı, xx.xx.2018-ci il il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Hüseynzadə küçəsi, 2 ünvanında yerləşən özbaşına tikili olan evə köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-9512/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin rayon məhkəməsinin qətnaməsindən verdiyi şikayət rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1777/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmədiyindən sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Qanunvericiliyə uyğun olaraq qətnamə icraya yönəldilmiş, Sabunçu rayon İcra və Probasiya şöbəsində icra işi başlanılmışdır. xx.xx.2019-cu il tarixdə icra hərəkətlərinin təyin olunduğu yerə gəldikdə müəyyən olunmuşdur ki, köçürülməli olduğu fərdi yaşayış evi sökülmüşdür. Evin kim tərəfindən sökülməsi məlum olmamış, icra hərəkətlərində iştirak edən Borclu bu barədə məlumat verməmişdir. İcra məmuru müvafiq akt tərtib edərək surətini ona təqdim etmişdir. Tələblərinə baxmayaraq icra məmuru başqa icra hərəkətləri aparmamış, şikayətinə cavab verməmiş, daha sonra isə şikayət olunan hazırkı qərarla icra sənədini məhkəməyə qaytardığı məlum olmuş, təkidli tələblərindən sonra həmin qərar poçt vasitəsi ilə ona göndərilmişdir. İcra məmurunun icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2019-cu il tarixli qərarı əsassız və qanunsuzdur. Qərardan görünür ki, icra sənədi icra məmurunun icraatına xx.xx.2019-cu il tarixdə daxil olsa da, o, xx.xx.2019-cu il tarixdə borclunu dəvət edib izahatını almışdır. Həmçinin şikayət olunan qərardan məlum olur ki, icra məmuru məhkəmə qətnaməsində göstərilən ünvan üzrə köçürülmə ilə bağlı icra hərəkətini xx.xx.2019-cu il tarixə təyin etmişdir. Göründüyü kimi icra məmuru Qanunla müəyyən olunmuş ən son müddətdən sonra icra hərəkətini təyin etmiş və nəticədə icra sənədinin icra olunmasına nail ola bilməmişdir. Hesab edir ki, icra məmuru «İcra haqqında» Qanunun tələbini pozmuş və bu pozuntu məhkəmə qətnaməsinin icra olunmaması ilə nəticələnmişdir. İcra məmuru borclu ilə əlbir hərəkət etməsi kifayət qədər aydın görünür. Bu hərəkətlər icra sənədində göstərilmiş tələbin təmin olunmamasına yönəlmişdir.Belə ki, xx.xx.2019-cu il tarixdən əvvəl icra məmuru icra hərəkətlərini xx.xx.2019-cu il tarixə təyin etmiş, həmin vaxt məlumat verilməsinə baxmayaraq borclu icra hərəkətlərinin aparıldığı yerə gəlməmiş, qeyd olunan tarixdə müvafiq akt tərtib etməklə kifayətlənmiş, borclu barəsində hər hansı tədbir görməmişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-81/2020 saylı, xx.xx.2020-ci il il tarixli qərardadı ilə şikayət rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilərək iş, X4 şikayətinə yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmşdir. Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq Azərbaycan Respublikası MM-nin 150-ci maddəsinə görə Laura İmanquliyevnanın adına mülkiyyət hüquqi ilə qeydiyyatdan keçmiş evin qanunvericiliyin tələblərinə əməl edilməklə sökülüb-sökülmədiyinə və bunun icra sənədinin icrasına maneə törətmək məqsədi ilə həyata keçirilib-keçirilmədiyinə qiymət verməklə şikayət üzrə qərar qəbul edilməsi qənaətinə gəlmişdir (sədrlik edən: Elnur Həsənov). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Şəmmədlinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu R.Rəhman şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tələbkar, borclu və maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya qeyd edilən şəxslərin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2673/2018 №-li iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il il tarixli qətnaməsi ilə Tələbkar xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə ünvan 3-də yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamə bütün məhkəmə instansiyalarını keçdikdən sonra qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Şəmmədli tərəfindən xx.xx.2019-cu il tarixdə icaata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra edilməsi barədə Borclu bildiriş göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu qeyd olunan qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurları tələbkarın iştirakı ilə ünvan 3 ünvanına gəlsələr də, qapının bağlı olduğu müəyyən olunmuş, telefon əlaqəsi saxanılarkən Borclu Qubada olduğunu və evin ona məxsus olmadığını bildirmiş, bu səbəbdən icra sənədinin icrasının təmin edilməsi mümkün olmadığından xx.xx.2019-cu il tarixli Akt tərtib edilmişdir. İcra sənədi üzrə borclu və tələbkarın iştirakı ilə qeyd olunan ünvanda məcburi icra tədbiri həyata keçirlən zaman evin tam olaraq sökülərək qalıqlarının qaldığı müəyyən olunmuş, bu barədə hal şahidlərinin və tələbkarın iştirakı ilə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Hüseynzadə küçəsi, 2 №-li evin X1 xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2019-cu il tarixli qərarı ilə Sabunçu rayon Məhkəməsinin 2- 2673/2018 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi Sabunçu rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda tələbkar Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Şəmmədlinin xx.xx.2019-cu il tarixli qərarını ləğv edib icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsini istəyir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə görə icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İş materiallarından və izahatlardan müəyyən olunur ki, icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən qanuna müvafiq tədbirlər görülümüş, icra tədbiri həyata keçirlən zaman tələbkarın köçürülməli olduğu evin X2 məxsus olduğu və tam olaraq söküldüyü müəyyən olunmuş, bu barədə tərəflərin və hal şahidlərinin iştirakı ilə müvafiq akt tərtib edilmiş, qeyd olunan səbəbdən icra sənədinin icrası mümkün olmadığından icra vərəqəsinin məhkəməyə qaytarılması barədə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Göründüyü kimi, tələbkarın köçürülməli olduğu ev X1 adına mülkiyyəti hüququ ilə qeydiyyatdan keçmiş, lakin icra məmuru həmin evin sökülmüş olduğuna dair aktı Azərbaycan Respublikası MM-nin 150-ci maddəsinin tələblərinə uyğun tərtib etməmiş və qanunvericiliyin tələbini pozmuşdur. Bundan başqa, hazırki iş üzrə Borclu qətnamənin icrasına möhlət verilməsi barədə 2019-cu ildə məhkəməyə müraciət etmiş, halbuki Mehdiyeva Lauranın adına Çıxarış 2018-ci ilin dekabr ayında verilmişdir, beləliklə həmin evin dolayısıyla ona aid olduğunu göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin təmin edilməsi, Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Şəmmədlinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, Borclu şikayəti təmin edilməmli, birinci instansiya məhkəməsinin qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-13/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-13/2021
12.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver