Məhkəmə qərarları › İş №8(103)-13/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-13/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-13/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1112/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərardadından Maraqlı şəxs1 böyük icra məmuru Kamran Əmənov tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X1 şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli, 175190/2023-59-4-003 saylı icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 8(001)- 1112/2024 saylı qərardadı ilə şikayət təmin edilərək, icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs1 30 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs1 böyük icra məmuru Kamran Əmənov şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən borclunun adına daşınmaz və ya daşınar əmlakların olub-olmaması, onun gəlirlərinin, eyni zamanda tələbin yönəldilməsinə yol verilən digər əmlakının olub-olmaması ətraflı araşdırılmış, icra məmuru tərəfindən görülmüş tədbirləri əks etdirən materiallar 56 səhifədə məhkəməyə təqdim olunmuşdur. Borclunun mülkiyyətində Astara şəhəri, Qum küçəsi, dalan 1-də yerləşən 7 saylı fərdi yaşayış evinin olması icra məmuruna məlum olmuş, həmin evdə borclunun əmlakına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borcluya məxsus digər yaşayış evi və ya mənzil olmadığından və borclu azyaşlı oğlu ilə birlikdə Astara şəhəri, Qum küçəsi, dalan 1,7 saylı fərdi yaşayış evində yaşadığından həmin evə tələbin yönəldilməsinə qanunvericiliklə yol verilmədiyindən tələbin həmin evə yönəldilməsi ilə bağlı məhkəməyə təqdimat verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli (hakim E.Mustafayev, iş № 8(001)-1112/2024) qərardadı ilə şikayət rədd edilmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə icra məmuru 30 oktyabr 2024-cü il tarixdə qismən icra edilmiş icra sənədinin geri qaytarılması barədə qərar qəbul edərkən istinad etdiyi halları, yəni borclunun adına daşınmaz və ya daşınar əmlakların olubolmamasını ətraflı araşdırmamışdır. Belə ki, Astara şəhəri, Qum küçəsi, dalan 1,7 saylı fərd yaşayış evi borclunun mülkiyyətindədir, lakin tələbin həmin əmlaka yönəldilməsinin mümkünlüyü icra məmuru tərəfindən araşdırılmamış, bu barədə hansı tədbirlərin görülməsi ilə bağlı məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə haqlı olaraq şikayəti təmin etməmişdir. «İcra haqqında» Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs1 böyük icra məmuru Kamran Əmənovun şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar