Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-133/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun məcburi gətirilməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)-69/2021 saylı qərardadından Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-10521/2019 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən mübahisəli yaşayış sahəsi üzərində Tələbkar1 və Tələbkar2 hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn cavabdehlər Borclu1, Borclu2 və Borclu3 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu hərəkətlərə son qoyulması, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli qətnaməsi ilə X2 istifadəsinə verilmiş (2 yaşayış otağı 20 kv.m və 12 kv.m yardımçı sahə 18 kv.m olan) yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər tərəfindən edilən müdaxilələrin aradan qaldırılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi (icra məmuru Ramin Muradov) təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)-69/2021 saylı qərardadı ilə (hakim İlkin Əliyev) şikayət təmin olunmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkməəsinin qərardadının ədalətsiz və qanuna uyğun olmaması, tələbin borclular tərəfindən icra edilməməsi, borcluların icra şöbəsinə gəlməməsi və s. ilə əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İlkin olaraq qeyd edilməldir ki, şikayətə işdə iştirak edən şəxslərin iştirakı təmin olunmadan baxılmışdır. Halbuki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (MPMin 9-cu mad). İşdən görünür ki, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli məktubu ilə təqdimata baxılması xx xxxxxx 2021-ci il tarixə, saat 10.20-yə (yəni, 6 gün sonraya) təyin olunmuş, lakin həmin məktubun tərəflərə və icra məmuruna təqdim olunması barədə işdə hər hansı sübüt mövcud deyildir. Eyni zamanda, məhkəmə iclasının 6 gün sonrakı tarixə təyin olunması da özüözlüyündə prosessual hüquq normalarının tələblərinə cavab vermir. Çünki, MPM-in 138.3cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi qərardadda icra məmuru tərəfindən müvafiq icra hərəkətlərin edilməməsini göstərsə də, icra işini tələb edərək ona baxış keçirməmiş (işdə bu barədə məlumat yoxdur), icra vəziyyətini (görülmüş icra tədbirləri, borclunun icradan qərəzli olaraq yayınıb-yayınmaması və s.) öyrənməmiş, həmçinin işin bu və digər halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bununla yanaşı, icra məmuru qərardaddan verdiyi şikayətə həyata keçirilmiş icra hərəkətləri barədə müvafiq sənədlərə əlavə etsə də, məhkəmə MPM-nin 269-cu maddəsinə əsasən şikayətə baxarkən şikayətin dəlillərinə ümumiyyətlə qiymət verməmiş, onlarla nəyə görə razılaşmamasını göstərməmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Məhkəmə isə «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar tərəflərin və icra məmurunun iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun məcburi gətirilməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)-69/2021 saylı qərardadından Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)-69/2021 saylı qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-133/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-133/2021
30.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver