Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-135/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, tələbkar X3 nümayəndəsi X1 iştirakı ilə icra sənədinin icrasını təmin etmək məqsədilə mənzilin avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 6000 manatın X4 xeyrinə tutulmalı olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını, lakin onun icra şöbəsinə müraciət edərək icra sənədinin icrası üçün mülkiyyətində olan ünvan 1 ünvanındakı 51 saylı mənzilin ½ hissəsinə tutma yönəldilməsini istədiyini bildirmiş, buna görə də həmin mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamış, bununla belə həmin qərardaddan Borclu şikayət verərək təqdimatın təmin edilməsini tələb etdiyindən, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə xx.xx.2018-ci il tarixli qərardad ləğv olunaraq sözügedən mənzilin üzərinə həbs qoyulmuşdur. xx xxxx 2021-ci il tarixdə məhkəməyə Borclu həmin qərardaddan şikayəti daxil olmuş, şikayətində o, mənzilin üzərinə həbs qoyulması ilə bağlı keçirilən məhkəmə iclasında iştirakının təmin edilmədiyini, habelə mənzilin başqa şəxsin mülkiyyətində olduğunu və bu səbəblə də təqdimatın təmin edilməməli olduğunu irəli sürmüşdür. Məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmış borclu, həmçinin icra orqanının nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 6000 manatın X4 xeyrinə tutulmasına göstəriş verilmiş, Borclu özü mülkiyyətində olan ünvan 1 ünvanındakı 51 saylı mənzilin ½ hissəsinə tutma yönəldilməsini xahiş etdiyindən həmin əmlakın üzərinə həbs qoyulmuşdur. İş materiallarından həmçinin aydın olur ki, ünvan 1 ünvanındakı 51 saylı mənzilin ½ hissəsinin üzərinə həbs qoyulmasına baxmayaraq, sonradan Borclu onu anasının mülkiyyətinə keçirmişdir və hazırda əmlak X2 mülkiyyətindədir. Kollegiyanın qənaətinə görə, ünvan 1 ünvanındakı 51 saylı mənzilin ½ hissəsi üzərinə borclunun bilavasitə özünün xahişi ilə həbs qoyarkən məhkəmə qanunvericiliyin tələblərinə tam əməl etmişdir və sözügedən əmlakın hazırda digər şəxsin mülkiyyətində olması o deməkdir ki, mübahisələndirilən qərardad Borclu maraqlarına toxunmur. Buna görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1241/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Qürbət Əsgərov
Məhkəmə qərarları › İş №8(103)-135/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-135/2021
30.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver