Məhkəmə qərarları › İş №8(103)-136/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-136/2021

28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-136/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-146/2020 saylı 26 fevral 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İmran Cəfərquliyev müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5068/2019 saylı, 14.05.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 3.90 ha torpaq sahəsi və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0272 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi üzrə Borclu 44461,70 manat (qırx dörd min dörd yüz altmış bir manat yetmiş qəpik) məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq iddiaçı Tələbkar verilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən Borclu məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 3.90 ha torpaq sahəsi və Qəbələ rayonu, Nıc qəsəbəsində yerləşən kənd təsərrüfalı təyinatlı 2.0272 ha torpaq sahəsi aşkar edilmişdir.. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-146/2020 saylı 26 fevral 2020ci il tarixli qərardadı ilə Borclu məxsus “Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 3.90 ha torpaq sahəsi və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0272 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Tələbkar Hüseyin oğlu şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 8(005)-146/2020 nömrəli qərardadının qismən 3.9 ha torpaq sahəsi üzərində həbs qoyulması hissəsinin ləğv edilməsini və Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən borclu X1 mülkiyyətində olan 3.9 ha torpaq sahəsi və üzərində 5789.6 kvadrat əmlak olan xüsusi mülkiyyət üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu X2 məxsus Qəbələ rayonunun Nic kəndində yerləşən 3.9 və 2.0272 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Borclunun 3.9 ha torpaq sahəsi üzərində əmlak kompleksi olduğu halda yalnız torpaq sahəsinə həbs qoyulmuşdur. Bu hal isə gələcəkdə əsassız məhkəmə mübahisələri ilə nəticələnə biləcəkdir. Belə ki, Qəbələdə qərardadı icra edən icra məmuru məhkəmə qərardadını əsas götürərək, yalnız torpaq sahəsinin qiymətləndirilməsini icra edir. Halbuki 3.9 ha torpaq sahəsi üzərində 5789.6 kvadratdan ibarət xüsusi mülkiyyətdə olan və torpaq sahəsinin ayrılmaz tərkib hissəsi olan əmlak kompleksi vardır. Bununla əlaqədar icra məmurlarına məlumat verilsə də nəticəsi olmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-146/2020 saylı 23 fevral 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, Tələbkar şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)- 146/2020 saylı 26 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatından da görünür ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3.9 və 2.0272 ha torpaq sahələri üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi daxil olmuş təqdimat və ona əlavə edilmiş sənədlər əsasında qərardad qəbul edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Tələbkar şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-146/2020 saylı 26 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-146/2020 saylı 26 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar