Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-137/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), və Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhər Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatı barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-3/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı icra sənədinə əsasən, xx xxxxxx 2010-cu ıl təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alıment tutulması qət edilmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru Tahir Ağayev məhkəməyə təqdimatla müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borc tələbinin Borclu "X8 Sığorta"-da adına olan pul vəsaitinə yönəldilməsi məqsədilə həmin pul vəsaitlərinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2019-cu il tarixdə Nizami rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 1/3 miqdarında aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Aparılmış icra tədbirləri zamanı müəyyən olunmuşdur ki, Borclu "X8 Sığortada" pul vəsaiti vardır. İş üzə tələbkar X2 ərizə ilə müraciət edərək alimentin tutulması ilə bağlı həmin vəsaitin üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-3/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(007)-3/2021 saylı qərardadı ləğv edilməsi və Borclu “xxxx” ASC-də adına olan pul vəsaitlərinin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, borclunun aliment borcunun olması müəyyən edilməmişdir. Həmin qərardaddan tələbkar X1 verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən borclunun əmək haqqı barədə məlumat tam şəkildə araşdırılmamış, həmin əmək haqqından aliment ödənilməsi düzgün hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən borclu isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq icra orqanının nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı icra vərəqəsindən görünür ki, xx xxxxxx 2010-cu ıl təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alıment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icra icraata başlanılmış və tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli PHS-**********8 saylı məktubundan görünür ki, Borclu “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2018ci il tarixli HYS-01037/18 saylı “Həyatın yaşam sığortası” növü üzrə sığorta müqaviləsinə əsasən istənilən səbəbdən ölüm və ya müqavilənin sonuna qədər yaşaması riskləri üzrə xx.xx.2021-ci il tarixinədək 29695,87 USD həcmində sığorta məbləği ilə sığortalanmışdır. İş materiallarında olan Cavabdeh QSC-nin xx xxxxxx 2020-ci il tarixli 387 saylı arayışından görünür ki, Borclu 2(007)-2516/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə aliment borcu tam olaraq ödənilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin xx xxxxxx 2021-ci il tarixli 034 saylı məktubundan görünür ki, Borclu əmək müqaviləsi üzrə hesablanmış əsas əmək haqqı 2500 AZN, əmək haqqının 2500 AZN-dən artıq olan hissəsi əmək haqqına əlavələr təşkil edir. Əlavədə əmək haqqı, vergilər, alimentə tutulan məbləğ və əmək haqqından X8 Sığortasına yönəldilən məbləğ haqqında məlumatı, həmçinin əmək haqqı hesablama sistemindən şəkili nəzərə çatdırılır. Belə ki, 2020-ci ilin oktyabr ayı üçün ilkin hesbalanmış əmək haqqı 4539,68 AZN (B), ilkin DSMF tutulan məbləğ 439,97 AZN (C), ilkin işsizlikdən sığorta 22,7 AZN (D), ilkin xalis əmək haqqı 4077,01 AZN (E), (B-CD), aliment 1358,87 (E-nin 1/3 hissəsi), həyatın yığım sığortasına əmək haqqından yönəldilən məbləğ 1478,26 AZN (G), DSMF tutulan məbləğ 292,142 AZN (H), işsizlikdən sığorta 22,7 AZN (İ), tutulmalardan sonra xalis əmək haqqı (J), (B- F-H-İ) 1387,71 AZN, 2020-ci ilin noyabrayı üçün ilkin hesbalanmış əmək haqqı 4624,90 AZN (B), ilkin DSMF tutulan məbləğ 448,49 AZN (C), ilkin işsizlikdən sığorta 23,12 AZN (D), ilkin xalis əmək haqqı 4153,29 AZN (E), (B-C-D), aliment 1384,29 (E-nin 1/3 hissəsi), həyatın yığım sığortasına əmək haqqından yönəldilən məbləğ 1478,26 AZN (G), DSMF tutulan məbləğ 300,664 AZN (H), işsizlikdən sığorta 23,12 AZN (İ), tutulmalardan sonra xalis əmək haqqı (J), (B- F-H-İ) 1438,56 AZN, 2020-ci ilin dekabr ayı üçün ilkin hesbalanmış əmək haqqı 4072 AZN (B), ilkin DSMF tutulan məbləğ 393,2 AZN (C), ilkin işsizlikdən sığorta 20,36 AZN (D), ilkin xalis əmək haqqı 3658,44 AZN (E), (B-C-D), aliment 1219,36 (E-nin 1/3 hissəsi), həyatın yığım sığortasına əmək haqqından yönəldilən məbləğ 1478,26 AZN (G), DSMF tutulan məbləğ 245,374 AZN (H), işsizlikdən sığorta 20,36 AZN (İ), tutulmalardan sonra xalis əmək haqqı (J), (B-F-H-İ) 1108,65 AZN-dir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı icra sənədi üzrə tutulan aliment qanunvericiliyin tələblərinə uyğun olaraq borclunun əmək haqqı və digər gəlirlərindən tutulur və tələbkara ödənilir. Hazırda borclunun icra sənədi üzrə borcu yoxdur. Beləliklə müəyyən olunur ki, hazırki icra sənədi üzrə borclunun aliment borcu olduğu müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etməmişdir. Apellyasiya şikayətində irəli sürülən, əmək haqqından tutulmalı olan alimentin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, tələbkar irəli sürdükləri ilə bağlı icra məmuruna müraciət etməlidir. Bundan sonra aliment məbləğinin düzgün hesablanaraq tutulmadığını düşünürsə iddiaçının bu zaman icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən şikayət vermək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-3/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Qürbət Əsgərov
Məhkəmə qərarları › İş №8(103)-137/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-137/2021
31.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver