Məhkəmə qərarları › İş №8(103)-138/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-138/2021

01.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-138/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsi-vəkili Vəkil, Borclu vəkili X3 iştirakı ilə, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Azər Heydərov Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cu il tarixli qərarla icraata başlanılan Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5143/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.1964-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ******* ABŞ dolları pul vəsaiti və 20.3 manat dövlət rüsumu tutularaq Tələbkar, X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2016-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmişdir. "Elektron icra" informasiya sistemindən çıxarışa əsasən Borclu adına mənzil və nəqliyyat vasitələri müəyyən olunsada, qeyd olunan mənzil tələbkar "X7" QSC tərəfindən ipoteka predmeti olmuş və bankın balansına götürülmüşdür. Borclunun adına aşkar olunan nəqliyyat vasitələri üzrə icra tədbirləri görülərək həbs qoyulmuşdur, daha sonra axtarış verilmiş, lakin nəticəsiz qalmışdır, bildiririk ki, həmin nəqliyyat vasitələrinin dəyəri borc məbləğini ödəmir. İcra sənədi icraata daxil olduğu tarixdən bu vaxta kimi icra olunmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(006)-57/2021 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkarın səlahiyyətli nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(006)-57/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru qeyd olunan qərardaddan şikayət verməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmuru kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmn olunmasını xahiş edən tələbkarın nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən borclunun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu və “xxxx” MMC-dən müştərək qaydada 1.450.000 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Tələbkar ödənilməli, cavabdehlər Borclu və “xxxx” MMC-dən müştərək qaydada 1.450.000 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq X2 ödənilməli və məhkəmə xərcləri kimi 20,30 manat Borclu və “xxxx” MMC-dən müştərək qaydada dövlət büdcəsi hesabına tutulmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Ramin Muradov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli bildirişlə borcluya icra sənədinin könüllü icrası ilə bağlı rəsmi məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-664/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadınn surətindən görünür ki, Borclu adına qeydiyyata alınmış “VAZ- 21214” markalı, ** KU *** dövlət nömrə nişanlı və “Daimler Chrysler” markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Tələbkar Nurulla oğlu tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Borclu ona "xxxx" MMC-yə olan 25 % payını verərək 2.000.000,0 (iki milyon) ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun Borclu qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli Qərarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə təqsirləndirilən şəxs Borclu barəsində cinayət təqibinə xitam verilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə də, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən, qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2 və 2.2.3-cü maddələrinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. İşin hallarından görünür ki, icra məmuru tərəfindən yuxarıda qeyd olunan Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Belə ki, iş materialları əsasında, Borclu adına qeydiyyata alınmış “VAZ-21214” markalı, ** KU *** dövlət nömrə nişanlı və “Daimler Chrysler” markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması müəyyən olunsa da, həmin əmlakların axtarılması üçün müvafiq icra tədbirlərinin həyata keçirilməsini təsdiq edən hər hansı sübut təqdimata əlavə edilməmişdir. Kollegiya hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, eləcə də icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi məhkəmə araşdırmaları zamanı təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar nümayəndəsi-vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar