Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-138/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 8(004)-830/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə açıq məhkəmə iclasında (şifahi icraat qaydasında) baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsinə verilmiş müraciət barədə məlumat
1. X2 Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(104)-9854/2016) üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayət ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Xanım Hüseynova, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda, 556 və 558ci məhəllədə inşa etdiyi çoxmənzilli binanın 1-ci girişində, 4-cü mərtəbədə, yerləşən 4 otaqlı, ümumi sahəsi 191 kv.metr olan 9 saylı mənzili MMC-dən almış və mənzilin dəyəri olan 191.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Bunlara baxmayaraq mənzil Xanım Hüseynovaya təhvil verilməmişdir. Çünki mənzil Tələbkar qanunsuz istifadəsindədir. Belə ki, Tələbkar həmin MMC ilə xx.xx.2005-ci il tarixdə müqavilə bağlayaraq, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanda, 558-ci məhəllədə inşa etdiyi çoxmənzilli binanın 2-ci girişində, 4-cü mərtəbədə, yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 saylı nömrəli mənzili MMC-dən almışdır. Bundan bir müddət sonra Tələbkar ilə MMC arasında mənzil ilə bağlı mülki mübahisə yaranmış və Tələbkar MMC-yə qarşı irəli sürdüyü iddiaya baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə (İş № 2(004)-9854/2016) ilə iddianın təmin edilməsini, 107 saylı mənzilin MMC-dən alınaraq Tələbkar təhvil verilməsini qət etmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasını həyata keçirən Yasamal Rayon İcra Şöbəsinin icra məmurları Tələbkar 107 saylı mənzil əvəzində Xanım Hüseynovaya məxsus 9 saylı mənzili təhvil vermiş, bu barədə xx.xx.2018-ci il tarixdə akt tərtib etmiş və həmin akt əsasında xx.xx.2018-ci il tarixdə “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərara qəbul etmişlər. Həmin akt və “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qanunsuz olmaqla yanaşı Xanım Hüseynovanın hüquqlarını pozur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Xanım Hüseynovanın müraciətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla müraciətin təmin edilməsini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(104)-9854/2016) üzrə Yasamal Rayon İcra Şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun xx.xx.2018-ci il tarixli akt tərtib edilməsinə dair icra hərəkətlərinin və həmin aktın etibarsız hesab edilməsini, İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi (İş № 2(104)-9854/2016) üzrə icra tədbirlərinin bərpa edilərək davam etdirilməsini qərara almışdır.
4. Rayon Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icra məmurları tərəfindən səhv icra edilmişdir. Belə ki, icra məmurları icra zamanı binanın tam inşa edilməməsini, binadakı mənzillərin nömrələnməməsini, binanın 4-cü mərtəbəsində 186,4 kv.metr sahəsi olan mənzilin mövcud olmamasına əhəmiyyət verməmiş, tərtib etdikləri aktda binanın hansı blokundakı neçə kv.metr sahəyə malik olan hansı nömrəli mənzilin Tələbkar təhvil verildiyini qeyd etməmişlər. Bunun nəticəsində yuxarıda qeyd edilən icra sənədi üzrə tələbkar olan Tələbkar 107 saylı mənzil əvəzində Xanım Hüseynovaya məxsus 9 saylı mənzili təhvil verilmişdir. Buna görə də, mənzilin tələbkara təhvil verilməsi zamanı tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt və həmin akt əsasında xx.xx.2018-ci il tarixdə qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qanuni hesab edilə bilməz. c) şikayət barədə məlumat
5. Tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və Xanım Hüseynovanın “icra məmurlarının hərəkətlərindən şikayət barədə” müraciətinin rədd edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Xanım Hüseynovanın “icra məmurlarının hərəkətlərindən şikayət barədə” müraciəti onunla əsaslandırılmışdır ki, Xanım Hüseynova ilə MMC arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və o, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda, 556 və 558-ci məhəllədə inşa etdiyi çoxmənzilli binanın 1-ci girişində, 4-cü mərtəbədə, yerləşən 4 otaqlı, ümumi sahəsi 191 kv.metr olan 9 saylı mənzil almışdır. Xanım Hüseynovanın istinad etdiyi həmin müqavilə etibarsızdır. Çünki MMC-nin adından MMC-nin rəhbəri kimi müqaviləni imzalamış X4 həmin müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Ramiz Qazaxlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 2022-ci ilin fevral ayında Yasamal Rayon Məhkəməsinə verdiyi **********960300 saylı məlumatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü xx.xx.2017-ci il tarixdə icra olunmuş, Ramiz Qazaxlının adı MMC-nin rəhbəri kimi dövlət reyestrindən çıxarılmış və o, xx.xx.2018-ci il tarixdə MMC-nin direktoru vəzifəsinə yenidən təyin edilmişdir. Göründüyü kimi, Xanım Hüseynovanın həmin müqaviləyə istinadən icra məmurlarının hərəkətlərindən və tərtib etdikləri aktdan, habelə qərardan verdiyi şikayət əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) şikayət üzrə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. Tələbkar qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Xanım Hüseynovanın icra məmurlarının hərəkətlərindən verdiyi şikayət təmin edilməməlidir.
9. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsi Xanım Hüseynovanın icra məmurlarının hərəkətlərindən verdiyi şikayətin təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icra məmurları tərəfindən səhv icra edilmişdir. İcra məmurları icra zamanı binanın tam inşa edilməməsini, binadakı mənzillərin nömrələnməməsini, binanın 4-cü mərtəbəsində 186,4 kv.metr sahəsi olan mənzilin mövcud olmamasına əhəmiyyət verməmiş, tərtib etdikləri aktda binanın hansı blokundakı neçə kv.metr sahəyə malik olan hansı nömrəli mənzilin Tələbkar təhvil verildiyini qeyd etməmişlər.
10. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Xanım Hüseynova icra məmurlarının hərəkətlərindən verdiyi şikayətdə Tələbkar icra məmurları tərəfindən təhvil verilmiş mənzilin sonuncuya məxsus olan mənzil deyil, məhz ona məxsus mənzil olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: mənzilin MMC tərəfindən ona təhvil verilməsi barədə aktı və ya protokolu) Rayon Məhkəməsinə təqdim etməmişdir.
12. Göstərilənlərə əsasən müəyyən edilir ki, Xanım Hüseynova icra məmurlarının hərəkətlərindən verdiyi şikayət sübuta əsaslanmır; Xanım Hüseynovanın icra məmurlarının hərəkətlərinin mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil; işə baxmış və Xanım Hüseynovanın şikayətini təmin etmiş Rayon Məhkəməsi isə işin bu halını müəyyən edə bilməmiş, Xanım Hüseynovanın sübuta söykənməyən müraciətini əsaslı hesab edərək, xx.xx.2022-ci il tarixli qərardadla təmin etmişdir; qərardad əsassızdır; həmin qərardaddan Tələbkar verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır.
13. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
Tələbkar şikayəti təmin edilməsin. Hazırki iş üzrə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qərardad ləğv edilsin. X1 “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.