Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-138/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbin “ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi” hissəsində müvafiq icra tədbirlərinin davam etdirilməsinin təmin edilməməsi barədə qərardaddan tələbkar X4 tərəfindən verilmiş şikayətlə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 49/2024 nömrəli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, birinci instansiya məhkəməsində icraat:
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6372/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, tələbkar X4 Borclu MMC-yə “Biznes” fakültəsinin dekanı vəzifəsinə bərpa olunmalı və onun qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23 noyabr 2015-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqı hesablanaraq borclu “Azərbaycan Universiteti" MMC-dən tutularaq tələbkar X3 ödənilməlidir.
2. Borclu tərəfindən 2018-2019-cu illər ərzində hissə-hissə cəmi 76.990 manat məbləğində vəsait tələbkarın təqdim etdiyi bank hesabına köçürülmüşdür.
3. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra işi üzrə icraata xitam verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-6372/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı tələbkarın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6372/2016 nömrəli qərardadı ilə ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat davam etdirilmişdir.
6. İcra icraatı zamanı sənədlərin audit yoxlamasının aparılması “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, audit yoxlamasının qarşısında iddiaçı X1 işləmədiyi bütün dövr ərzində xx.xx.2015-ci ildən başlayaraq işə bərpa olduğu günə qədər (xx.xx.2017-ci ilədək) olan əmək haqqının hesablanması vəzifəsi qoyulmuşdur. Aparılmış audit yoxlamasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tələbkar X3 işləmədiyi dövr üçün ödəniləcək əmək haqqı 94.916,67 təşkil edir.
7. 06.03.2023-cü il tarixli ödəniş tapşırığına əsasən borclu tərəfindən 17.926,67 manat tələbkarın hesabına köçürülmüşdür.
8. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 226/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərovun 09 mart 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv olunması, faizlərin ödənilməsi və həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılmasına dair tələbkar tərəfindən verilmiş şikayət rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-469/2023 nömrəli qərardadı ilə tələbkarın şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 nömrəli qərardadı ləğv edilmiş, tələbkarın icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında şikayətinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilmişdir.
12. Borclu MMC-nin nümayəndəsi şikayət ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 49/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-49/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilməsi, tələbkar X1 şikayətinin “ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi” hissəsində təmin edilməməsi qərara alınmış, Borclu MMC-nin şikayəti qalan hissədə təmin edilməmişdir.
14. Qərardad onunla əsaslandırılmışdır ki, tələbkar “ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi” tələbinin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci və 449.1-ci maddəsi ilə göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, şikayət qərardadın bu hissəsində ləğv edilməsində əsaslıdır. Belə ki, hazırkı məsələ iddia icraatı qaydasında baxılmalı olduğundan təmin oluna bilməz. Qanunvericiliklə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi icra məmurunun deyil, məhkəmənin səlahiyyətinə aid edilmişdir. Hazırki iş üzrə tələbkar indeksasiyanın həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, icra məmurunun icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və icra işi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini əsaslı hesab etdiyindən, şikayətin həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
15. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-49/2024 nömrəli qərardadından tələbkar X4 şikayət verərək, qərardadın ləğv edilməsini və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, icra üzrə onun işdən azad olunduğu xx.xx.2015-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2017-ci il tarixədək xalis əmək haqqı 94.916,67 manat hesablanaraq ödənilmişdir. İndiki halda, borclu "xxxx" MMC ödənişi 2017-ci ildə ödəməli idi və bunu etməyə tam imkana malik idi. İcranı gecikdirməyə görə faizlərin ödənilməsi ilə bağlı Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərova dəfələrlə yazılı müraciət etmiş, lakin o, ödənişi bilərəkdən gecikdirməklə 2018-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək müxtəlif vaxtlarda 16 hissədə ödəmiş və son ödəniş xx.xx.2023-cü ildə olmuşdur.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
19. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
21. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya qeyd edir ki, tələbkarın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci və 449.1-ci maddələrinə istinad etməklə ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi barədə tələbinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-469/2023 nömrəli qərardadı ilə münasibət bildirilmiş, qərardadda qeyd olunmuşdur ki, tələbə iddia icraatı qaydasında baxıla bilər.
24. Həmin qərardada əsasən birinci instansiya məhkəməsi tərəfindən yalnız tələbkarın Borclu MMC-nin həmkarlar təşkilatının üzvü olub-olmaması, icra sənədinin icrası zamanı üzvlük haqqının ondan tutulmalı olub-olmamasının araşdırılması üçün iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
25. Belə olan halda, tələbkarın ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi barədə tələbinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən qərardadla artıq qiymət verildiyindən və qərardad qanuni qüvvəsini aldığındın, həmin məsələyə yenidən baxıla bilməz.
26. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
27. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 49/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Hakimlər: