Məhkəmə qərarları › İş №8(103)-139/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-139/2021

02.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-139/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və X1 ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Borclu, Tələbkar və tələbkarın vəkili X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Teymur Bayramov təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5998/2018 saylı icra sənədi üzrə Borclu məxsus “Nissan Navara” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5998/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 19000 ABŞ dolları və 30 manat tutularaq Tələbkar xeyrinə verilməlidir. xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobili aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq, borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-5998/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus “Nissan Navara” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Səlimə Miriyeva). Həmin qərardaddan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən nəzərdən qaçırmışdır ki, bu icra işi üzrə Borclu tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin onun heç bir şikayəti təmin olunmamışdır. Ümumiyyətlə hazırk icra sənədi üzrə verilmiş mülki iş məhkəmənin nəzərdə tutduğu mülki işdən fərqli işdir. Məhkəmə mübahisələndirilən qərardad ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə təsdiq edilmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını fərziyyələrə əsaslanmaqla mümkünsüz edir. Əlavə olaraq bildirilməlidir ki, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə də Borclundna 29000 ABŞ dolları pulun alınaraq ona verilməsi qərarlaşdırılmışdır. Bu isə öz növbəsində Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini əsassız olaraq heçə saymaq deməkdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Tələbkar və onun vəkili X.Musayev şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən Borclu tələbkarın şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsaslı olduğundan qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən o hala istinad etmişdir ki, Borclu və Tələbkar arasında Cəlilabad Rayon Məhkəməsində başqa bir pul tələbinə dair mübahisə olmuş, məhkəmə tərəfindən qətnamə qəbul edilmiş, həmin qətnamədən Borclu tərəfindən apellyasiya şikayəti verilmişdir. Hər iki iş üzrə tərəflər eynidir və mübahisə onların birgə iş fəaliyyəti ilə bağlı yaranmış pul tələbidir. Əgər Borclu iddiası təmin edilərsə və bu barədə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minərsə həmin iş üzrə veriləcək icra sənədinin icrası hazırkı icra sənədinin icrası ilə bağlı olacaq. Həmin iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənə kimi hazırkı icra işi üzrə borclunun əmlakının üzərinə həbs qoyula bilməz. Bu borclunu əsassız yerə hədsiz məhrumiyyətlə üzləşdirə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qeyd edilən işlər fərqli olduğundan hazırki iş üzrə avtomobilin üzərinə həbs qoyulması digər işin gələcəkdə icra olunmasına maneə deyildir. Belə ki, hazırki iş üzrə icra sənədi Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı əsasında verilmişdir. Bu hal onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə təsdiq edilmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını mümkünsüz etmişdir. Sadalanan hallara əsasən, kollegiya hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, təqdimat təmin edilərək, Borclu məxsus “Nissan Navara” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-160, 163, 236, 263-264, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Təqdimat təmin edilsin. Borclu məxsus “Nissan Navara” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar