Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-14/2021 13.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Xəyal Əjdər oğlu Sarıyev və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar X2 vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11872/2015 nömrəli, xx.xx.2015cı il tarixli icra sənədinə əsasən, X1 30.000 ABŞ dolları borc, borcun gecikdirilməsinə görə 4.500 ABŞ dolları, cəmi 34.500 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun 21,90 manat hissəsi tutulub X3 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi məhkəməyə təqdimat verərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Muxtar Səlimovun arvadı Maraqlı şəxs məxsus ünvan 1 və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 6a saylı bağ evinin üzərinə həbs qoyulmasını və tələbin həmin əşyalara yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə, borclu Muxtar Səlimovun arvadı Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 6a saylı bağ evinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Maraqlı şəxs, maraqlarına toxunan şəxs kimi qərardaddan şikayət verərək onun ləğv, təqdimatın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, şikayət qismən təmin olunaraq, təqdimatın Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 6a saylı bağ evinin üzərinə həbs qoyulması hissəsində təmin edilməməsi və şikayətin təmin olunmamış hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələbkar Liliya Qoqova, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, xx xxxxxxx 2019-cu il tarixli qərradadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Tələbkar şikayətini rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, tələbkarın şikayəti təmin edilməmişdir. Bununla belə, Maraqlı şəxs şikayəti rədd edilən hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməmiş və həmin hissəyə baxılmamışdır. Maraqlı şəxs, eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından şikayət verərək, qərardadın təqdimatın təmin edildiyi hissədə ləğv olunmasını, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(103)-152/2020 saylı qərardadı ilə Maraqlı şəxs şikayəti qismən təmin edilərək, təqdimata Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilinin üzərinə həbs qoyulması hissəsində yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanda yerləşən Maraqlı şəxs mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı rədd edilmişdir. Tələbkar X5 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tələbkar X2 vəkili X6 şikayəti müdafiə edərək təmin edilməsini və qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimata Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilinin üzərinə həbs qoyulması hissəsində yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında Bakı şəhəri 13 saylı notariat ofisinin xx xxxxxxxx 2020-ci il tarixli məktub və ona əlavə edilmiş müqaviləyə əsaslanmışdır. Həmin sənədlərdən müəyyən olunur ki, üzərinə həbs qoyulması xahiş olunan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzili borclunun arvadı Maraqlı şəxs mülkiyyətinə Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli 4Ə142 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən keçmişdir. Lakin apellyasiya icraatı zamanı tələbkarın vəkili X6 tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzil 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-142 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, təqdim olunmuş sənədlər arasında ziddiyətlər mövcuddur. Kollegiya hesab edir ki, qeyd olunan halı aradan qaldırılması üçün qərardad ləğv edilməli, birinci instansiya məhkəməsi 4Ə-142 reyestr nömrəli notariat işini tələb etməklə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilinin üzərinə həbs qoyulması hissəsində təqdimata yenidən baxaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimata Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilinin üzərinə həbs qoyulması hissəsində yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-397/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Təqdimata Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 saylı evin 60 saylı mənzilinin üzərinə həbs qoyulması hissəsində yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-14/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-14/2021
13.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver