Məhkəmə qərarları › İş №8(103)-14/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-14/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-14/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X7 ibarət tərkibdə, Borclu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Borclu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 nömrəli iş üzrə cavabdehlər X11 və Borclu iddiaçı Tələbkar mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X44 küçəsi 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022 nömrəli qətnamə qəbul edilmişdir. Həmin fərdi yaşayış evində əvvəllər yaşamışlar. Qardaşı Xasay öz ailəsi ilə orada yaşamağa başladıqdan sonra onlar həmin fərdi yaşayış evinə bitişik olan, kommunal xətləri də ayrı olan, eləcə də bütün dövlət qurumlarında Bak şəhəri Nəsimi rayonu X44 küçəsi ev 2, mənzil 143 kimi qeyd olunmuş ünvanda mərhum qardaşı Həsənov Füzuli və digər qohumlarında yaşamışlar. Yaşadıqları yuxarıda qeyd olunan ünvan mərhum qardaşı Həsənov Füzuli tərəfindən tikilmiş və təmir olunaraq istifadə olunmuşdur. Tikilinin yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətində olmuşdur. Yəni ki, qeyd olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-1895/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022 nömrəli qətnamənin onların yaşadıqları sahəyə heç bir aidiyyəti olmamışdır. Qətnamədə nəzərdə tutulan sahədən isə onlar xeyli vaxt öncədən çıxmışlar. Lakin iş üzrə qətnamə icraya yönəldildikdən sonra icra məmuru X3 fərqli mövqe nümayiş etdirərək onların yaşadıqları sahədən də çıxmalı olduqlarını bildirmişdir. Belə ki, icra məmuru qətiyyətlə yaşadıqları və qətnamə üzrə iddiaçı, icra işi üzrə Tələbkar və heç bir şəxsin mülkiyyətində olmayan, 1993-cü ildən onların istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində tərəflərindən tikilmiş özbaşına tikilidən çıxarılmalarını tələb etmiş və icra hərəkətlərinə başlamışdır. Həmin vaxt onlar icra məmuruna etiraz edərək onlara bildiriş vermədiyini, qanunvericiliklə nəzərdə tutulmuş müddətləri gözləmədən, onların mövqeyini nəzərə almadan qanunsuz şəkildə, öz səlahiyyətlərindən sui-istifadə elməklə, hansısa şəxsi maraqlarına görə özbaşına davranıb onların hüquqlarını pozduğunu izah etsələr də, ünvanların fərqli olduğuna dair sübutlar və faktlar təqdim etsələr də, icra məmuru israrla həmin qətnamənin onların yaşadıqları və Tələbkar mülkiyyətində olmayan sahəyə də aid olduğunu bildirmişdir. İcra məmurunun qətnaməni yalnış qəbul etdiyini və əsassız yerə aidiyyəti olmayan yerdən onları çıxarmağa çalışdığını nəzərə alaraq tərəflərindən dərhal qətnamənin izah olunması ilə bağlı xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Buna baxmayaraq həmin gün icra məmuru iki nəfər mülki şəxs vasitəsilə yaşadıqları ünvana tələsik məktub göndərərək xx.xx.2024-cü il tarixdə saat 11-də onların yaşadıqları sahədən məcburi çıxarılacaqlarına dair məlumat vermişdir. xx.xx.2024-cü il tarixdən sonra icra məmuru bunu da nəzərə almayaraq icra hərəkətlərini dayandırmaq istəməmişdir. Etirazları ilə yanaşı müvafiq qətnamənin izahı ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiklərini bildirdiyi üçün icra məmuru icra hərəkətlərini qeyri-müəyyən müddətə təxirə salmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1895/2022 nömrəli qərardadı xx.xx.2024-cü iİ tarixdə elektron məhkəmə portalına yüklənmişdir. Qərardad yerləşdirildikdən bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə icra məmuru icra hərəkətləri barədə əvvlcədən heç bir bildiriş göndərmədiyi, sənədlər təqdim etmədiyi halda bütün etirazlarına rəğmən icra hərəkətlərinə başlamışdır, həmin tarixdə onun göstərişi ilə onlar mənzildən çıxarılmış, mənzilləri isə sökülmüşdür. İcra məmuruna qətnamədə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, X44 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yaşamadıqlarını, həmin ərazini uzun müddət əvvəl könüllü olaraq tərk etdiklərini bildirsələr də, o, dediklərinə və sübutlarına etinasız yanaşmış, məsələdə fərqli və qərəzli mövqe nümayiş etdirmişdir. Halbuki onlar dəfələrlə qətnamədə qeyd olunan ünvanla qonşuluqda olan ev 143 ünvanında yaşadıqlarını bildirmişlər. Həmin fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədlərinin olmadığı üçün müvafiq qətnamə əsasında oranı tərk etməli olduqlarını demişdir. Ancaq məhkəmə müvafiq qətnamədə ev 143 ünvanı və oranı tərk etmələri barədə heç bir məsələyə toxunmamışdır. Qeyd etmək istəmişdir ki, dövlət mülkiyyətində olan sənədsiz torpaq sahəsi 30 ildən çoxdur ki, onların istifadəsində olmuşdur. Həmin sahə vaxtilə yararsız vəziyyətdə olmuşdur, lakin onlar təmir-bərpa işləri apararaq oranı yaşayış evi kimi uzun illər istifadə etmişlər. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilən sorğuya cavab məktubunda mərhum X25, mərhum X20, X33, X26, X12 1993-cü ildə Qubadlı rayonu Həkəri kəndindən məcburi köçkün düşüb həmin tarixdən Bakı şəhəri Nəsimi rayonu X44 küçəsi 13-cü keçid ev 143 ünvanında məskunlaşdığı qeyd olunub. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, mərhum X26, X13, Borclu, X27, X34 və X21 Bakı şəhəri Nəsimi rayonu X44 küçəsi 13-cü keçid ev 143 yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Mərhum qardaşı X26 Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 8243/2023 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi rayonu X44 küçəsi 13-cü keçid ev 143 ünvanda qeydiyyata düşmüşdür, qeyd olunanları icra məmuruna dəfələrlə bildirsələr də, o, aşkar qərəzli davranışlar nümayiş etdirmiş, qanunazidd hərəkətləri ilə hüquqlarının pozulmasına zəmin yaradacaq mövqe nümayiş etdirmişdir. Bildirmək istəmişdir ki, xx.xx.2024-cü il tarixdə icra məmuru yenidən heç bir bildiriş göndərmədən icra hərəkətlərinin yerinə yetirilməsi üçün ünvana gəlmişdir. Halbuki onlara məcburi icra hərəkətlərinin vaxtı barədə məlumat verilməli, bildiriş təqdim olunmalı idi. Qeyd etmək istəmişdir ki, hazırda sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsində icraatda olan iddiaları vardır. Bu və digər xüsusatlar - Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi və Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışların olması, həmin həyətdə 2 fərqli ünvanın olması, kommunal xidmətlərin X12 adına qeydiyyatda olması, hər ünvan üçün sayğacların ayrı olması barədə icra məmuruna dəfələrlə məlumat versələr də, o, məsələyə həmişəki kimi biganə yanaşaraq icra hərəkətlərini dayandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsində Şamxal müəllimə, Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi Yavər Allahverdiyevə, qaynar xəttə müraciət edərək icra məmurunun hərəkətləri və sökünlünün qanunsuz olması barədə məlumat vermişlər, söküntü olacağı təqdirdə bunun bərpasının mümkün olmadığını və illərdir yaşadıqları yerdən əsassız olaraq çıxarılmalarının tələb olunduğunu bildirmişlər. Məcburi icra hərəkətlərinin təxirə salınmasını və ünvanla bağlı məsələnin yenidən ətraflı şəkildə araşdırılıb, qərar verilməsini xahiş etsələr də, müraciətlərinin heç biri nəzərə alınmamışdır. Nəticədə onlara ciddi şəkildə maddi və mənəvi ziyan dəymişdir və 30 ildən artıqdır məskunlaşdıqları, istifadələrində olan, tikib bərpa etdikləri yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmuşlar. Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsində söküntü ilə bağlı heç bir göstəriş olmadığı halda evləri icra məmuru X2 nəzarəti altında sökülmüşdür. İcra məmurunun özbaşınalığı və qanunsuz bərəkətləri ailələrin illərdir yaşadığı evdən məhrum olmasına qədər gətirib çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim Nail Abbasov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(103)-170/2024 nömrəli qərardadı ilə Borclu şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kollegiya öz qərarını onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə Borclu öz ərizəsində iş üçün əhəmiyyətli ola biləcək bir sıra hallara toxunsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin halların heç biri aydınlaşdırılmamış, məhkəmə qərarının əsaslandırılmasına diqqət yetirməmiş, sadəcə ərizənin əsassız olduğunu qeyd etməklə kifayətlənmişdir. O cümlədən borclu öz ərizəsində sözügedən ünvanların fərqli olması ilə bağlı dəlillərini qeyd edərkən həmin ünvanlarda müxtəlif sayğacların quraşdırılması və bütün kommunal xidmətlərin tamamilə ayrı aparıldığını qeyd etmiş, bu halın həqiqiliyi də birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, ümumiyyətlə, həmin ünvanlara yerli baxışın keçirilməsinin mümkünlüyü və zəruriliyi də müəyyən edilməmişdir. Borclu həmçinin hazırda sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsində icraatda olan iddianın olduğunu öz ərizəsində qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin iddianın hazırki işlə nə dərəcədə bağlı olması və ona baxılmadan indiki işə baxılmasının mümkün olub-olmamasının aydınlaşdırılması məqsədilə hansısa addımlar atılmamışdır. Bundan başqa iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı Borclu məhkəmə bildirişi göndərilsə də, həmin bildirişin borcluya çatıb-çatmaması yoxlanılmamış, onun iştirakı olmadan verilən ərizəyə baxılmasının mümkünlüyü müzakirə edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Həbibə Miriyeva) Borclu ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti qanuna müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İşin faktiki hallarından göründüyü kimi qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin 2(003)-1895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər Borclu və X22 qarşı «zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X44 küçəsi 13-cü keçid ev 143a ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X8 və Borclu geri alınaraq Tələbkar mülkiyyətinə qaytarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X8 və Borclu onun xeyrinə tutulması qət edilmişdir. Həm tərəflərin izahatlarından, həm də icra işinin materiallarından görünür ki, ünvan müəyyənləşdirilmədiyinə, mütəxəssis iştirak etmədiyinə görə icra prosesi bir neçə dəfə təxirə salınmışdır. Nəsimi rayon icra şöbəsinin icra məmurları Murad Xudaverdiyev və Ramin Quliyev, Nəsimi rayon 20-ci polis şöbəsinin sahə müvəkkili Anar Bayramov, FHN-nin Nəsimi rayon 19-cu YMB-nin rəis müavini Sadıq Quliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ünvan 11 ünvan boşaldılmaqla Tələbkar təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyat İdarəsinin FM seriyalı 024448 saylı Qeydiyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsindəki 2 saylı evin 143 saylı mənzilinin mülkiyyətçisi X9r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X56i Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 143 saylı evin mülkiyətçisi X10r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X56i Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 13-cü keçid ev 143 A saylı evin mülkiyətçisi Tələbkardur. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X56in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 143 saylı fərdi yaşayış evi X4 və Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 13-cü keçid ev 143 A saylı fərdi yaşayış evi Tələbkar adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın əsasən, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü X14 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-12248/2024 nömrəli qərarı ilə X4 cavabdeh AR DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X28) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmiş, X12 Bakı şəhəri, Nəsimi rayonu, X44 küçəsi ev 2 mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında olan su ölçən cihazı X14 adına quraşdırılmışdır. Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin 10-20/23 saylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görnür ki, məhrum X25 məhrum X20, mərhum X33, X29 və X30 1993-ü ildə Qubadlı rayonu Həkəri kəndində məcburi köçkün düşmüş və həmin tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışlar. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunalı Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 12 saylı məktubunun surətindən görünür ki, X26, X13, X15, X27, X28 və X21 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında hal-hazırda 3 aktiv kod və bir passiv kod mövcuddur, bunlardan X31, X32 və Tələbkar Cavanşir oğlu aktiv kod və Həsən Həsənov passiv kod Tələbkar Cavanşir oğlunun adına keçmişdir. «Azəriqaz» İB-nin xx.xx.2024-cü il tarixli 14-2-2-4/2-991/2024 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında quraşdırılmış **********8 nömrəli sayğac üzrə **********01431 saylı abonent kodu xx.xx.2013-cü il tarixdən X5 adına olmuş və xx.xx.2016-cı il tarixdən X23 adına, xx.xx.2022-ci il tarixdən Tələbkar adına keçirilmiş, sts ********** nömrəli sayğac üzrə **********01434 saylı abonent kodu xx.xx.2010-cu il tarixdə X16 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası «X18»nin 13 saylı xx.xx.2022-ci il tarixli rəyinin surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı torpaq sahəsi üzrə aparılmışdır. Müraciətlə əlaqədar, Bakı, şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı torpaq sahəsinə ekspertiza baxışı keçirilmişdir. Baxış zamanı naturada mütəxəssisə təqdim olunan torpaq sahəsinin hüdudları yüksək dəqiqiikli GPS ölçü aləti vasitəsilə ölçülmüşdür. Naturada qeydə alınan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları xüsusi coğrafi informasiya proqramlarının köməkliyi ilə ərazinin elektron ümumi ərazi xəritəsi və eləcə də aerofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Mütəxəssislər qarşısında qoyulmuş sual mövcud torpaq qanunvericiliyinə uyğun olaraq araşdırılmış və nəticə aşağıdakı kimi müəyyən edilmişdir: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı məqsədli torpaq sahəsinin faktiki coğrafi məkan göstəriciləri (eni, uzunu və döngə nöqtələrinin koordinatları) müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan ərazidə yerləşir və sahəsi faktiki olaraq 0.0584 ha təşkil edir. Tərəqqi MMC-nin 03 saylı xx.xx.2024-cü il tarixli hesabatının surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsindəki 02 saylı evin, 143 saylı mənzilin ümumi sahəsi 48,85 kv.m və 143 a saylı mənzilin ümumi sahəsi 72,6 kv.m təşkil edir və Bakı şəhəri, Nəsimi rayonu X43 küçəsi 13-cü keçid ünvanında 0,058 ha toıpaq sahəsində baxış zamanı 2 ədəd fərdi yaşayış evinin yerləşdiyi müəyyən olundu. Təqdim olunmuş texniki sənədlərdə fərdi yaşayış evlərinin biri 143 saylı, digəri isə 143 A saylı kimi qeyd olunub. Fərdi yaşayış evlərinin hər birinə ayrı-ayrılıqda kommunal xidmətlər göstərir. Belə ki, hər biriııin ayrılıqda su, işıq, qaz sayğasları və abonent kodları vardır. Baxış zamanı 143 saylı fərdi yaşayış evinin, köhnə tikili və taxtadan 143 A saylı fərdi yaşayış evinin isə daha yeni mişar daşından inşa oldunduğu müəyyən:olundu. 143 saylı fərdi yaşayış evinin texniki göstəriciləri (sahəsi) 143 a saylı fərdi yaşayış evinin texniki göstəriciləri ilə üst-üstə düşmür və tam ayrı ayrılıqda yaşayış sahələrdir: Hər iki fərdi yaşayış evinin həyətinə giriş bir qapıdandar, fərdi yaşayış evlərinin girişi isə ayrıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X56 Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd edilmiş ünvanlardan ikisi Nəsimi rayon Sukanal idarəsiniı abonent bazasında qeydiyyatda olması faktı öz əksini tapmışdır.

1. ünvan 19 ünvanın abonent kodu (kod-**********430) və suölçən cihaz (İSS- 20M-20 markalı, No- ********) Natiq Həsənovun adına qeydiyyatdadır;

2. ünvan 20 ünvanın abonent kodı (kod-**********120) isə Tələbkar adına rəsmləşmişdir. Bu ünvanda suölçən cihaz olmadığından adambaşına düşən istehlak normasına uyğun olaraq hesabat verilir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, e- 2(006)-1895/2022-018 nöməli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə X24 bildiriş göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları Murad Xudaverdiyev, Ramin Quliyev, tələbkar və nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdə borclulardan Borclu evdə olmadığı, digər borclu Füzuli Həsənovun isə vəfat etdiyi müəyyən edildiyindən icra tədbiri xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları Murad Xudaverdiyev, Ramin Quliyev, tələbkar və nümayəndəsi, habelə, Borclu nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar olaraq sözügedən ünvana gəldikdə, X14 vəfat etməsi nəzərə alınaraq, tələbkarın xahişi ilə icra tədbiri qeyri-müəyyən vaxta təxirə salınmışdır. İcra tədbiri amanı heç bir hadisə, insident baş vermədi. Nəsimi rayon icra şöbəsinin icra məmurları Murad Xudaverdiyev və Ramin Quliyev, Nəsimi rayon 20-ci polis şöbəsinin sahə müvəkkili Anar Bayramov, FHN-nin Nəsimi rayon 19-cu YMB-nin rəis müavini Sadıq Quliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ünvan 11 ünvanına gəldikdə Borclu giriş qapısını açmış, icra sənədindən məlumatlı olduqlarını, lakin icra etmək istəmədiklərini bildirdi. Tələbkar tərəfindən dəvət olunmuş işçi qüvvəsinin köməkliyi ilə mənzil boşaldıldı. Mənzildən çıxarılan əmlaklar Borclu və qohumları vasitəsilə ərazidən aparıldı. Həmin akta Borclu tərəfindən qeyd əlavə edilmiş və göstərilmişdir ki, faktiki olaraq Tələbkar mülkiyyətində olan evdə yaşamadıqlları, həmin evin hüdudlarından kənarda olduqları bildirilib, əyani şəkildə sənədlər göstərilsə də, heç bir məhəl qoyulmadı və qanunsuz icra hərəkətləri davam etdirildi. Eləcə də yaşadıqları ünvanın ünvan 23əmçinin Natiq Həsənovun hazırkı ünvanda qeydiyyatda olması və yaşadıqları evin mülkiyyətə keçirilməsinə dair dair Bakı inzibati Məhkəməsində iddiasının olmasına dair sənədlər təqdim edilsə də ,icra hərəkətləri davam etdirilmişdir. İcra sənədində söküntü ilə bağlı heç bir qeyd olmadığı halda icra məmurlarının nəzarəti altında söküldü. O cümlədən birinci instansiya məhkəməsindəki icraat zamanı həyata keçirilən yerində müayinə zamanı mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Tələbkar mülkiyyətində olan ünvan 26lı fərdi yaşayış evinin yerləşdiyi həyətin bir ümumi giriş qapısı olmaqla, həyətdə iki ev mövcuddur. Onlardan birinin nömrəsinin 143 olması təsdiq edilmədi. Eyni zamanda ikisi hasarın çölündə, ikisi isə içəri tərəfdə yerləşdirilməklə, ümumilikdə 4 sayğac yerinin olması müəyyən edilmiş, onlardan yalnız ikisində sayğacın fiziki olaraq mövcudluğu müşahidə edilmişdir. Kamil Hacıyevin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evinin arxa tərəfi isə məhz həmin həyətin hasarına bitişikdir. Kamil Hacıyevin evinin yerləşdiyi torpağın (0.2020 ha) və evin (1007 kv.m) sahəsinin kifayət qədər böyük olması və həmin ərazidə fərdi yaşayış evlərinin bir-birinə sıx şəkildə yerləşməsi nəzərə alınmaqla həmin evin giriş qapısına gedib çatmaq üçün müəyyən yol qət edildi. Evin qapısının bağlı olduğu müəyyən edildi. Kollegiya həmçinin qeyd edir ki, borclu tərəf hazırda barəsində mübahisə gedən ünvanları ünvan 24onu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 kimi fərqləndirməklə, onların tamamilə fərqli ünvanlar olduğunu iddia edərək, sonuncu ünvanın onlara məxsus olduğunu bildirsə də, işdə olan, evin Kamil Hacıyevin mülkiyyətinə verilməsinə əsas olan sənədlərdə Kamil Hacıyevin mülkiyyətinin məhz müvafiq küçədəki ev 2, mənzil 143 olduğu öz təsdiqini tapmışdır. Borclu tərəf Kamil Hacıyevin dövlət reyestrindən çıxarışında ünvanın ünvan 25 edir və yaşadıqları evin ünvanının isə ondan fərqli olaraq ünvan 27 olmasını əsas gətirir. Halbuki işdə olan hüquqmüəyyənedici sənədlərlə müəyyən olunur ki, ünvan 27 X6 mülkiyyətində olmuş, daha sonra alqı-satqı müqaviləsi əsasında Aytən Hacıyevaya, daha sonra Kamilə Hacızadənin mülkiyyətinə keçmiş və ən sonda bağışlama müqaviləsi əsasında Kamil Hacıyevin mülkiyyətinə daxil olmuşdur. Nəticədə borclunun 3 ünvan olaraq fərqləndirdiyi ünvanlardan birinin – ünvan 26lı fərdi yaşayış evinin Tələbkar mülkiyyətində olması mübahisəsiz olmaqla, ünvan 24onu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanlarının faktiki və rəsmi olaraq eyni ünvan olması sübuta yetirilmiş, dolayısı ilə Borclu qardaşı oğlu Natiq Həsənova məxsus olduğunu və qətnamə icra olunmamışdan əvvəl məhz orada yaşadığını iddia etdiyi fərdi yaşayış evinin qeyd etdiyi ünvan olaraq mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 05 noyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar