Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-140/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Tələbkar iştirakı ilə, İş üzrə borclu X2 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və icra məmurunun üzərinə icra işinə xitam verilməsi öhdəliyinin qoyulmasına dair verdiyi şikayət üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-11/2021 nömrəli qərardadından borclu X2 verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə borclu X6 icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin və əmlaklar üzərinə qoyulmuş həbsin qaldırılması vəzifəsinin Yasamal rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi işə məhkəmədə baxılan zaman şikayət ərizəsinə dəqiqləşmə verərək, icra işinə xitam verilməməsi barədə Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə icra işinə xitam verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi ilə Tələbkar X3 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və Tələbkar xeyrinə cavabdehlər X4, X1 və X7 birgə qaydada 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutulması, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 1688/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bak şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-4580/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 1688/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icrası ilə bağlı icra vərəqəsi verilmişdir. Qeyd edilən qətnamənin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1358/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüquqları məhdudlaşdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1344/2018 saylı, xx.xx.2018-ci il tarixli digər qərardadı ilə ona məxsus ban nömrəsi SAJAA51L61WC24237 olan Yaquar minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, qətnamənin icra olunması üçün icra sənədləri Qazaxıstan Respublikası Aktau şəhəri İcra İdarəsinə göndərilmiş, Aktau şəhəri İcra İdarəsi Özəl Məhkəmə İcraçısı Axanov Serik Axanoviçin xx.xx.2020-ci il tarixli qərarı ilə onlardan 698000 ABŞ dollarının tutularaq Tələbkar Əli oğluna ödənilməsinə dair icra sənədi icra olunaraq icra işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan Tələbkar Əli oğlu tərəfindən Qazaxıstan Respublikası Manqistau Vilayəti Aktau şəhər 2 saylı məhkəməsinə şikayət verilmişdir. Qazaxıstan Respublikası Manqistau vilayəti Aktau şəhər 2 saylı məhkəməsinin xx xxxx 2223-ci il tarixli, 4711-20-00-2/2320 saylı qətnaməsi ilə Tələbkar Əli oğlunun şikayəti təmin edilməmişdir. Həmin qətnamədən Tələbkar Əli oğlu tərəfindən Qazaxıstan Respublikası Manqistau vilayət Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına şikayət verilmiş, həmin məhkəmənin xx xxxxxxxx 2020-ciil tarixli, 4799-20- 00-2a/826 saylı Qərarı ilə Tələbkar Əli oğlunun şikayəti təmin edilməmiş, Aktau şəhər 2 saylı məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4711-20-00-2/2320 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Manqistau vilayəti Məhkəmə inzibatçısının xx.xx.2020-ci il tarixli məktubu ilə icra işi üzrə icraata xitam verilməsinə dair qərar Pirallahı rayon məhkəməsinə göndərilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə ərizə təqdim edilərək, icra sənədi tam olaraq icra edildiyindən, həmin icra işi üzrə Azərbaycan Respublikasındakı icra işinə xitam verilərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırması və əmlaklar üzərinə qoyulmuş həbslərin götürülməsi xahiş edilmişdir. Lakin Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmiş, ölkədən getmək hüququm bərpa edilməmiş və iş üzrə icraata xitam verilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-11/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı tələbkarın təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, borclu və icra məmuru iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın təmsilçisini dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 8.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 6.1.4-cü bəndinə əsasən notariat orqanlarının icra qeydləri də, icra sənədi sayılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanununun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-396/2017 saylı qətnaməsinə əsasən, iddiaçı Tələbkar xeyrinə cavabdehlər X5, X1 və X7 birgə qaydada 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğində pul ödənişinin günün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması; Qazaxıstan Respublikası Mangistau vilayət Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinə əsasən isə, Tələbkar X8 xeyrinə 180 323 000 tenge (550000 ABŞ Dolları) məbləğində borc, 20 460 485 tenge (62406 ABŞ Dolları) məbləğində dəbbə pulu, 2 007 835 tenge məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X3 və X10 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(004)-396/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqinin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Tələbkar vəkilinin Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəyə əsasən, sonuncu Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(004)-396/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin Qazaxıstan Respublikasının ərazisində tanınmasını xahiş etmiş və Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 4711- 18-00-2m/10573 saylı qərarına əsasən, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-396/2017 saylı qətnaməsi Qazaxıstan Respublikasının ərazisində tanınmışdır. Daha sonra iş üzrə Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 4711-18-00-2m/10573- 1 saylı icra vərəqinə əsasən, X5, X1 və X7 birgə qaydada 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitinin Tələbkar xeyrinə tutulması qərara alınmış və özəl məhkəmə icraçısı S.A.Axanovun xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə X5, X1 və X7 birgə qaydada 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitinin Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Özəl məhkəmə icraçısı S.A.Axanovun xx.xx.2020-ci il tarixli qərarına əsasən, müvafiq qətnamələr üzrə tutulacaq məbləğlər əvəzləşdirilərək xx.xx.2018-ci ildə 925-926/xx-xx-4094 nömrəsi ilə qeyd alınan X11, X9 barəsində müştərək qaydada Azərbaycan Respublikası, ünvan 2 ünvanında yaşayan Tələbkar xeyrinə 698000 ABŞ dollarının tutulması haqqında icra icraatına icra sənədinin icrası ilə bağlı xitam verilmiş, Qazaxıstan Respublikasının “İcra icraatı və məhkəmə icraçılarının statusu haqqında” qanunun 49 maddəsinə müvafiq olaraq icra icraatı yekunlaşmış hesab olunmuşdur. Məhkəmə kollegiyası şikayət ərizəsini təmin etməyərkən ilk növbədə qeyd edir ki, Aktau şəhəri İcra İdarəsi Özəl Məhkəmə İcraçısı Axanov Serik Axanoviçinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi ilə tutulmuş 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğin əvəzləşdirildiyi Mangistau vilayət Məhkəməsinin 4799-18-00-2a/547 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında icrası tanınmamışdır. Belə ki, işin araşdırılmış halları ilə müəyən edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-142/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə X8 vəsatəti təmin edilməmiş, Qazaxıstan Respublikasının Manqistau Vilayətinin Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edilmiş, bununla yanası Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3622/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-398/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, həmin qərarla cavabdeh D.Ağayevanın nümayəndəsi və eyni zamanda vəkilinin təqdim etdiyi sənədlərə hüquqi qiymət verilməsinə dair vəsatətin əsaslı olmaması, Qazaxıstan Respublikasının Manqistau Vilayətinin Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2018-ci il tarixli, 4799-18- 00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmadığı, habelə təqdim olunmuş sənədlər müvafiq leqallaşdırma prosedurundan keçmədiyi üçün nəzərə alınmaması və hazırki kassasiya baxışının predmetini təşkil etməməsi müəyyən edilmişdir. Bundan başqa ərizəçi tərəfindən şikayət ərizəsində Aktau şəhəri İcra İdarəsi Özəl Məhkəmə İcraçısı Axanov Serik Axanoviçin xx.xx.2020-ci il tarixli qərarına istinad edilsə də, məhkəməyə həmin qərarın qüvvədə olması ilə bağlı hər hansı bir sübutlar təqdim etməmişdir. Bundan başqa, Aktau şəhəri İcra İdarəsi Özəl Məhkəmə İcraçısı Axanov Serik Axanoviçin xx.xx.2020-ci il tarixli qərarı ilə əvəzləşdirilmiş tələblər bir-birini ödəmir. Belə ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 396/2017 saylı icra vərəqinə əsasən iddiaçı Tələbkar xeyrinə cavabdehlər X5, X1 və X7 birgə qaydada 698000 (altı yüz doxsan səkkiz min) ABŞ dolları məbləğində pul ödənişinin günün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, Mangistau vilayət Məhkəməsinin 4799- 18-00-2a/547 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə Tələbkar X8 xeyrinə 180 323 000 tenge (550000 ABŞ Dolları) məbləğində borc, 20 460 485 tenge (62406 ABŞ Dolları) məbləğində dəbbə pulu, 2 007 835 tenge məbləğində dövlət rüsumunun tutulmasının qət edilməsi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, müfaviq tələblər əvəzləşdirilmiş olsa belə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin müvafiq qətnaməsi tam icra edilməmiş olaraq qalır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-11/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-140/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-140/2021
13.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver