Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-141/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadından Borclu1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) 10 noyabr 2022-ci il tarixli qərardadı ilə Nizami rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin olunmuş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısının məcburi qaydada açılması qərara alınmışdır. Həmin qərardaddan icra sənədi üzrə Borclu1 nümayəndəsinin verdiyi şikayət üzrə ötürülmüş prosessual müddət məhkəmənin 17 mart 2023-cü il tarixli qərardadı ilə bərpa edilmiş və material şikayətə baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, iş, 10 noyabr 2022-ci il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin materiallarından, məhkəmənin 17 mart 2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan Borclu1 nümayəndəsi (vəkili) tərəfindən verilən şikayətə ümumiyyətlə münasibət bildirilmədiyi, yalnız müddətin bərpası məsələsinə baxıldığı aydın olur; halbuki Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-366/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadından Borclu1 nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, həmin qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-141/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-141/2023
19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver