Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-143/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-238/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu “xxxx” MTK-ya məxsus 1 ədəd qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin liftin (yük/q 10000 kq) üzərinə həbs qoyulmasına dair icra məmuru Cəmil Tağıyevin təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(005)-41/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2- 2(103)-238/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu “xxxx" MTK-ya məxsus 1 ədəd -qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd -sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)- 238/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MTK-dan 5300 manat məbləğində əsas borc, 253,23 manat cərimə borcu, ümumilikdə 5.553,23 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu “xxxx” MTK tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmiş sorğuya cavabdeh borclu “xxxx” MTK-ya məxsus 1 ədəd-qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd-sərnişin lifti (yük/q 630 kq), 3 ədəd-sərnişin lifti (yük/q 10000 kq) aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(005)-41/2021 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2- 2(103)-238/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu “xxxx" MTK-ya məxsus 2 ədəd sərnişin liftinin (yük/q 630 kq) üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Hazırda borclu MTK tərəfdən şikayət verilərək, qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətə görə qərardad MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının çoxsaylı sakinlərinin hüquqlarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)- 238/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MTK-dan 5300 manat məbləğində əsas borc, 253,23 manat cərimə borcu, ümumilikdə 5.553,23 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsi qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 56-62-ci maddələrində müəyyən olunmuşdur. Həmin Qanunun 56.3-cü maddəsinə görə, borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Həmin Qanunun 57.1-ci maddəsinə görə isə borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Qanunun: 45.1-ci maddəyə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 45.2-ci maddəyə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.3-cü maddəyə görə, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur; 45.6-cı maddəyə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəyə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borclu “xxxx" MTK-ya məxsus 1 ədəd -qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd -sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) üzərinə üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən ona məxsus əmlak üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı qismən, borc məbləği həddində təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu “xxxx” MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(005)- 41/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-143/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-143/2021
12.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver