Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-144/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X30 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Ərizəçi Borclu nümayəndəsi X39 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(103)-199/2019 saylı qərardadından borclu X11 (mərhum) prosessual hüquqi varisi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinə Borclu Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2- 182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi daxil olmuşdur. Ərizəçi Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayon lcra və Probasiya Şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun xx xxxx 2018-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin 2-182/2007 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin 2- 401/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 X40 və qeyrilərinə qarşı mənzildən çıxarılma barədə ilkin iddiası təmin olunaraq X49 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 40-57-60-cı məhəllədəki 14 saylı evin 41 saylı mənzilindən çıxarılmaqla Bazuyevlərin istifadəsinə verilməsi qətedilmişdir. Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin 2-482/1999 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsi ilə iddiaçılar X49 və Borclu cavabdeh X9 7300 ABŞ dolları alınaraq onlarä qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X9 2500 ABŞ dollarının və yaxud alınacaq gün üçün manatın dəyərinin və 10 794 500 manat məbləğində aparılmış təmir işlərinin dəyərinin alınaraq iddiaçılar X49 və Borclu verilməsi qət edilmişdir. Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin 2-182/2007 saylı, xx xxxx 2007-ci il tarixli qərardadı ilə tələbkar X49 və Borclu ərizələi təmin edilərək Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsində tutulması qət edilmiş 2500 ABŞ dolları pul hazırkı bazar qiymətinə uyğun indeksasiya edilərək 60 000 manat müəyyən edilmiş, X9 60 000 manat və 2159 manat təmirə xərclənən vəsaitin alınaraq X40 və Borclu verilməsi, eləcə də Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008- ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə X11 oğlu Maraqlı şəxs adına özəlləşdirilmişdir. X25 xx xxxxx 2008-ci ildə vəfat etmişdir. Hazırkı mübahisə üzrə müxtəif məhkəmə qərarları mövcuddur. İş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11482/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsində göstərilir ki, işin mübahisəz halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 15 saylı evin, 41 saylı mənzili X11 mülkiyyətində olmuşdur. Sonradan həmin mənzil Maraqlı şəxs mülkiyyətinə keçmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 X49, Borclu və digərlərinə qarşı mənzildən çıxarılma barədə ilkin iddiası təmin olunaraq X34 və Borclu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 15 saylı evin, 41 saylı mənzilindən çıxarılmaqla mənzilin Bazuyevlərin istifadəsinə verilməsi qət edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə iddiaçılar X49 və Borclu cavabdeh X9 7300 ABŞ dolları alınaraq onlara qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X9 2500 ABŞ dollarının və yaxud alınacaq gün üçün manatın dəyərinin və 10 794 500 manat məbləğində aparılmış təmir işlərinin dəyərinin alınaraq iddiaçılar X49 və Borclu verilməsi qət edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli qərardadı ilə tələbkar X53 və X21 ərizələri təmin edilərək Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnanləsi ilə tutulması qət edilmiş 2500 ABŞ dolları pul hazırkı bazar qiymətinə uyğun indeksasiya edilərək 60 000 manat müəyyən edilmiş, X9 60 000 manat və 2159 manat təmirə xərclənən vəsaitin alınaraq X40 və Borclu verilməsi, eləcə də Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qətnamələri bu günədək icra olunmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisinin X9 Maraqlı şəxs dəyişməsi qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri və qərardadlarının hüquqi qüvvəsini aradan qaldırmayıb və hal-hazırda mübahisəli evin mülkiyyətçisi olan Maraqlı şəxs əvvəlki mülkiyyətçi olan X11 hüquqi varisi kimi həmin qərarların həm icrasını tələb etmək hüququna malikdir, həm də icrasının təmin edilməsi vəzifəsini daşıyır. Məhkəməoin mövqeyinə görə Ramazan Bazuyevin hüquqi varisi və ya varislərinin müəyyən edilməməsi və onlar tərəfindən məhkəmə qərarlarının icra olunmaması X34, Borclu və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmasına əsas vermir. Mübahisəli mənzil xx xxx 2005-ci ildə Maraqlı şəxs tərəfindən X3. X46 tərəfindən irəli sürülmüş cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında məhkəmələrin hüquqi mövqeyi yuxarıda qeyd edilən kimi olmuşdur. Belə ki, mübahisəli mənzil xx xxx 2005-ci ildə Maraqlı şəxs tərəfindən X4 Borclu ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Mənzilin mülkiyyətçisi Maraqlı şəxs onlar qarşısında həmin mənzillə bağlı Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş və icra olunmamış pul öhdəlikləri olmuşdur. Maraqlı şəxs həmin öhdəlikləri icra etmək əvəzinə mənzili özgəninkiləşdirməklə qətnamənin icrasından yayınmış, məsələni daha da mürəkkəbləşdirmişdir. Digər tərəfdən, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2007- ci il tarixli qərardadına əsasən xx.xx.1999-cu il tarixli qətnamə ayrılıqda yox, Paşayevlərin mübahisəli mənzildən çıxarılmasına dair xx.xx.1998-ci il tarixli qətnamə ilə eyni vaxtda icra olunması qərara alınmışdır və həmin qətnamələr bu günədək icra olunmamış qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2346/19 saylı qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsində tutulması qət edilmiş 60 000 manat və 2159 manat məbləğində pul vəsaiti cavabdehlərə ödənilmədiyinə görə onların (Borclu, X54, X36) həmin mənzilə sahibliyi də qanuni hesab olunur. Suraxanı rayon İcra və ProbasiyaŞöbəsində belə hesab edirlər ki, X25 vəfat etdiyinə görə Xəzər rayon Məhkəməsinin 2-482/1999 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsi icra oluna bilməz. Çünki onun hüquqi varisi yoxdur. Lakin bu gün tələbkar kimi X14 iştirak edir. Yuxrarıda qeyd edilən məhkəmə qərarlarında göstərildiyi kimi hal-hazırda mübahisəli evin mülkiyyətçisi olan Maraqlı şəxs əvvəlki mülkiyyətçi olan X11 hüquqi varisi kimi həmin qərarların həm icrasını tələb etmək hüququna malikdir, həm də icrasının təmin edilməsi vəzifəsini daşıyır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilməlidir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəhman Atamoğlanov tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı xx xxxx 2018ci il tarixdə qəbul etsə də, onun bu barədə məlumatı olmamışdır. Bu barədə öyrənən kimi xx.xx.2019-cu il tarixdə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin gün imza edib qərarı götürmüşdür. Qeyd olunanlara əsasən, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 Xəzər Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(103)-544/2019 saylı qərardadına əsasən, borclu X11 (mərhum) prosessual hüquqi varisi Maraqlı şəxs şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-199/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və tələbkar Borclu şikayət ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu ərizəsinin təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Borclu X11 (mərhum) prosessual hüquqi varisi Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi Borclu ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, Xəzər rayon Məhkəməsinin 8(003)-199/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X12 Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Xəzər rayon Məhkəməsinin 8(003)- 199/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı əsassızdır. Buna görə də həmin qərardad ləğv edilərək, X22 Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X12 Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxxx 1998-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 cavabdeh X41, X47ma və qeyrilərinə qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddiası təmin edilərək, X37 və X22 ailə üzvləri ilə birlikdə ünvan 1 mənzil 41 ünvanda mənzildən çıxarılmaqla mənzilin Bazuyevlərin istifadələrinə verilməsi qət edilmiş; X50 və X42 və qeyrilərinin X18 qarşı həmin mənzilin alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, eləcə də pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli qətnaməsi ilə iddiaçılar X50 və X22 cavabdeh X9 7300 ABŞ dolları alınaraq onlara qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, X9 2500 ABŞ dolları və yaxud alınacaq gün üçün kurs üzrə manatın dəyərinin və 10.794.500 manat məbləğində aparılmış təmir işlərinin dəyərinin alınaraq iddiaçılar X50 və Borclu verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərardadı ilə iddiaçılar X50 və Borclu ərizələri təmin edilərək, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli qətnaməsində tutulması qət edilmiş 2500 ABŞ dolları pul hazırkı bazar qiymətinə uyğun indekasasiya edilərək 60.000 manat müəyyən edilmiş, X9 60.000 manat və 2159 manat təmirə xərclənən vəsaitin alınaraq X50 və X47ma verilməsi və eləcə də Əzəzbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərardadı ilə X9 60.000 manat və 2159 manat təmirə xərclənən vəsaitin alınaraq X50 və X26 verilməsi və eləcə də Əzəzbəyov rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999cu il tarixli qətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Bununla da Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədi üzrə borclu X19r. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 15 saylı evin 14 saylı mənzili ilkin hüquqi qeydiyyatdan onun adına keçmiş və həmin mənzil hazırda da onun mülkiyətimdədir. X31 xx xxxxx 2008-ci il tarixdə ölmüşdür. Ondan hər hansı əmlak miras qalmamışdır. Habelə məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr X20 vərəsələrinə keçməmişdir. Belə ki, Bakı şəhəri 24 saylı notariat kontorunun məktubundan görünür ki, X20 ölümündən sonra onun vərəsələri mirasın qəbuluna dair müraciət etməmişlər və vərəsəlik işi açılmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikaı MM-nin 1306.1-ci maddəsinə və həmin normanın şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Tələbkar Maraqlı şəxs başqa bir icra sənədi üzrə borclu olmuş X8 olmasına əsasına görə onun vərəsələri sırasına daxil olsa da, X15 hər hansı miras qalmamış və hər hansı miras tələbkar Maraqlı şəxs tərəfindən qəbul edilməmişdir. Buna görə də Maraqlı şəxs atası X20 öhdəliklərinə görə hər hansı məsuliyyət daşımır. Göstərilənlərə əsasən Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədi üzrə borclu X32 öldüyündən və Bakı şəhəri 24 saylı notariat kontorunun məktubundan göründüyü kimi, X20 ölümündən sonra onun vərəsələri mirasın qəbuluna dair müraciət etmədiklərindən və vərəsəlik işi açılmadığından, bununla da məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr R.Bazuyevin vərəsəsinə keçmədiyindən, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X12 xx xxxx 2018-ci il tarixli qərarı ilə qanuni və əsaslı olaraq Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən ünvan 1 mənzil 41 ünvanda yerləşən mənzilin ilkin hüquqi qeydiyyat tarixindən hal-hazıradək tələbkar Maraqlı şəxs mülkiyyətində olduğu halda, həmin mənzili əsassız olaraq miras əmlakı və mənzilin miras əmlakı kimi Maraqlı şəxs tərəfindən qəbul edilmiş əmlak hesab etmiş və bununla da işin düzgün həlli ilə nəticələnməyən əsassız nəticəyə gəlmişdir. Odur ki, Xəzər rayon Məhkəməsinin 8(003)- 199/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı əsassızdır. Buna görə də həmin qərardad ləğv edilərək, X22 Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X12 Xəzər rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-182/2007 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Borclu nümayəndəsi X54 şikayəti qəbul etməyərək, onun təmin edilməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu X11 (mərhum) prosessual hüquqi varisi və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2- 401/1998 saylı xx xxxxxxx 1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X34 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 40-57-60-cı məhəllədəki 14 saylı evin 41 saylı mənzilidən çıxarılmaqla Bazuyevlərin istifadəsinə verilməsi qət edilmiş, X49 və qeyrilərinin Bazuyevlərdən həmin mənzilin alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, eləcə də pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X49 və X21 cavabdeh X9 7300 ABŞ dollarını alaraq, onlara qaytarılmasına dair iddiası qismən təmin edilmiş, cavabdehdən 2500 ABŞ dolları və yaxud alınacaq gün üçün manatın dəyərinin və 10 794 500 manat məbləğində aparılmış təmir işlərinin dəyərinin alınaraq iddiaçılar X49 və Borclu verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-182/2007 saylı xx xxxx 2007-ci il tarixli qərardadının surətindən görünür ki, Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli qətnaməsinə əsasən tutulmalı olan 2500 ABŞ dolları pulun hazırki bazar qiymətinə uyğun indeksasiya edilərək 60000 manat müəyyən edilməsi, 60000 manat və 2159 manat təmirə xərclənən vəsaitin X9 alınıb X49 və X27 verilməsi Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il və xx xxxxxxx 1998-ci il tarixli qətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 6875/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X43, X54 və X36 (azyaşlı uşaqları X55 və X57 ilə birlikdə) iddiaçı Maraqlı şəxs məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 41 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11482/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6875/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, Maraqlı şəxs cavabdehlər X43, X54 və X23 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birgəona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 41 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılması barədə iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2346/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş 2-182/2007 saylı xx.xx.2007-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə və digər orqanların qərarlarının izah olunmasına dair ərizədən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X28 tərəfindən Xəzər Rayon Məhkəməsinin 2-482/1999 saylı, xx.xx.1999-cu il tarixli və 2-401/1998 saylı xx.xx.1998-ci il tarixli icra sənədlərinə izah istənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)- 183/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 Xəzər Rayon Məhkəməsinin 2-482/1999 saylı, xx.xx.1999-cu il tarixli və 2-401/1998 saylı xx.xx.1998-ci il tarixli qətnamələrinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Belə ki, yuxarıda sadalanan müxtəlif məhkəmə instansiyaları tərəfindən dəartıq qəbul edilmiş qətnamələrlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaraçuxurqəsəbəsi, M.Fətəliyev küçəsi, 15 saylı evin 41-ci mənzili xx xxxxxx 2005-ci il tarixdəMaraqlı şəxs adına özəlləşdirilmişdir. Maraqlı şəxsRamazanoviç mübahisəli mənzili özəlləşdirməzdən əvvəl atası Bazuyev Ramazanİbrahim oğlu həmin mənzili X5 barədə sonuncuilə razılığa gəlmiş, lakin mənzil hələ özəlləşdirilmədiyindən X44 tərəfindən X18 2.500 ABŞ dolları pul verilməkləmənzil ona təhvil verilmiş (1995-ci ildən) və tərəflər pulun qalan hissəsini, yəni 4.500 ABŞ dollarının mənzil özəlləşdirildikdən sonra ödənilməsi barədə razılığa gəlmişlər. Qeyd olunan məsələ barədə tərəflər arasında yaranmış mübahisə sonradanməhkəmə qaydasında həllolunmuşdur. Belə ki, iddiaçı X25 cavabdeh X45 və qeyrilərinə qarşı mənzildən çıxarılma barədə iddia tələbi ilə Xəzər(Əzizbəyov) rayon Məhkəməsinə müraciət etmiş və Xəzər (Əzizbəyov) rayonMəhkəməsinin 2-401/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddiaçıX11 X40 və qeyrilərinə qarşımənzildən çıxarılma barədə ilkin iddiası təmin olunaraq X48igər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 40-57-60-cıməhəllədəki 14 saylı evin 41 saylı mənzilindən çıxarılmaqla Bazuyevlərinistifadəsinə verilməsi qərara alınmışdır. Bununla yanaşı, iddiaçılar X49 və BorcluXanlar qızı cavabdeh X9 7300 ABŞ dollarıalınaraq onlara qaytarılması barədə iddia tələbi ilə Xəzər (Əzizbəyov) rayonMəhkəməsinə müraciət etmiş və Xəzər (Əzizbəyov) rayon Məhkəməsinin 2-482/1999 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsi ilə iddiaçılar X53 və Borclu cavabdeh X10 7300 ABŞ dolları alınaraq onlara qaytarılması tələbinə dair iddiası qisməntəmin edilərək, cavabdeh X9 2500 ABŞ dollarınınvə yaxud alınacaq gün üçün manatın dəyərinin və 10 794 500 manat məbləğindəaparılmış təmir işlərinin dəyərinin alınaraq iddiaçılar X49 vəBorclu verilməsi qərara alınmışdır. Lakin həmin qətnamə X25 tərəfindən icraedilməmiş və bu ərəfədə evlərin qiyməti qəflətən bahalaşması nəticəsindəPaşayevlərə qaytarılmalı olan 2.500 ABŞ dolları və evin təmirinə xərclənmiş vəsaitfaktiki olaraq ucuzlaşmış Paşayevlərin alıcıq qabiliyyəti aşağı enmiş və onlar faktikiolaraq həm mənzil, həm də puldan məhrum edilmişlər. Bu səbəbdən xx xxxx 2007-ci il tarixli 2-182/2007 saylı qərardadla tələbkarX49 və X21 ərizələri təmin edilərək,Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsində tutulması qətedilmiş 2.500 ABŞ dolları pul hazırkı bazar qiymətinə uyğun indeksasiya edilərək60.000 manat müəyyən edilmişdir. 60.000 manat və 2.159 manat təmirə xərclənənvəsait X9 alınaraq Paşayevlərə verilmiş və qeydolunmuşdur ki, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxxx 1998-ci iltarixli (evdən çıxarılma) və xx xxxxxx 1999-cu il tarixli (pul tələbi) qətnamələri eynivaxtda icra edilməlidir. Həmin qərardad qəbul edilərkən məhkəmə iclasındaborclu qismində X13 iştirak etmişdir. Qeydolunan xx xxxx 2007ci il tarixli 2-182/2007 saylı qərardad Apellyasiya İnstansiyası Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2008-ci il tarixli qərarı ilədəyişdirilmədən saxlanılmış və sonuncu qərar Azərbaycan Respublikasının AliMəhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2008-ci il tarixli qərarı ilədəyişdirilmədən saxlanılmışdır. Kollegiya hesab edir ki, hazırda həmin məhkəmə aktaları qüvvədə olduğuhalda bir icra tədbirlərini davam etdirmək, digər icra tədbiri üzrə isə icra icraatınaxitam vermək – qüvvədə olan məhkəmə aktlarını pozmuş hesab edilməsi kimiqiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, X43 ailəsi ilə birlikdə 1995-ci ildənhal-hazıradək mübahisəli mənzildə yaşayır və həmin mənzilə təmir xərcləri dəçəkmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, X25xx.xx.2004-cü ildən Azərbaycan Respublikasında Dağıstan Respublikasına köçmüşvə xx xxxxx 2008-ci il tarixdə Dağıstan Respublikasının Aqul rayonu Xutxul kəndindəvəfat etmişdir. Mübahisəli mənzillə bağlı məhkəmə prosesləri Bazuyev Ramazanİbrahim oğlunun vəfatından əvvəl və sonra da aparılmışdır və həmin iclaslardaX11 oğlulları X16 vəBazuyev Abdülmanaf Ramazanoviç iştirak etmiş və mübahisəli mənzilin artıqX43 və ailəsi tərəfindən yüklü olması barədə kifayət qədərməlumatlı olmuşlar. Bundan əlavə, X18 məxsus olan mübahisəlimənzil Maraqlı şəxs adına keçəndən sonra Bakı şəhəriDövlət Notariat Kontorunda Maraqlı şəxs adından BazuyevAbdülqədir Ramazan oğlu (etibarnamə ilə) vasitəsilə xx.xx.2005-ci il tarixli alğı-satqımüqaviləsinə əsasən X29 mülkiyyətinə keçmişdir. Bakışəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-345/2017 saylıqətnaməsi ilə həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilədair X29 adına verilmiş qeydiyyat vəsiqəsi ləğvedilmişdir. Hal– hazırda mübahisəli mənzil Maraqlı şəxsmülkiyyətindədir və Paşayevlərin sahibliyində və istifadəsindədir. Eyni zamanda məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Paşayev RafiqNəsir oğlu, X43 və ailə üzvlərinin mübahisəli mənzilə dairsahibliyi qanuna zidd deyil. Belə ki, Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən özəmlakını geri tələb edə bilər. Bu halda mütləq üç şərt mövcud olmalıdır:1) həminəmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalıdır; 2) həmin əmlakiddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalıdır; 3)həmin sahiblikqanunsuz olmalıdır, lakin mübahisəli məsələdə birinci və ikinci şərtin mövcudluğuolsa da (mübahisəli əmlakın iddiaçının mülkiyyətində olması və həmin əmlakıncavabdehin sahibliyində olması), üçüncü şərtin- yəni sahibliyin qanunsuz olmasıtəsdiq olunmur. Belə ki, cavabdehlər X34 və X24 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları və eyni zamandabunun müqablində mənzilin həmin zaman mülkiyyətçisi olan Bazuyev Ramazanİbrahim oğlundan 60.000 manat və 2.159 manat təmirə xərclənən vəsaitin alınaraq, X40 və X27 verilməsi, eləcə dəƏzizbəyov Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixliqətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınması qanuni qüvvəyə minmişməhkəmə qətnamələri və qərardadı ilə təsdiq olunur. Həmin qətnamələr isə halhazıradək icra olunmamış qalır. Bundan başqa mübahisəli mənzilin mülkiyyətçisinin hazırda Bazuyev Ramazanİbrahim oğlundan Maraqlı şəxs dəyişməsi qanuniqüvvəyə minmiş həmin məhkəmə qətnamələri və qərardadının hüquqi qüvvəsiniaradan qaldırmayıb və hal-hazırda mübahisəli evin mülkiyyətçisi olan BazuyevAbdulmanaf Ramazanoviç əvvəlki mülkiyyətçi olan X2 hüquq varisi kimi həmin qərarların həm icrasını tələbetmək hüququna malikdir, həm də icrasının təmin edilməsi vəzifəsini daşıyır. Başqa sözlə, Maraqlı şəxs hazırda Paşayeva KübraXanlar qızı və ailə üzvlərinin evdən çıxarılmasını tələb etmək hüququ olduğu kimidə, qüvvədə olan məhkəmə aktlarına əsasən X43 və ailəüzvlərinə pul ödəmək vəzifəsini də daşıyır. Kollegiya işin yuxarıda sadalanan hallarını araşdıraraq və AzərbaycanRespublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinirəhbər tutaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından olan Suraxanı rayon İcra və Probasiya Şöbəsininicra məmuru Rəhman Atamoğlanovun xx xxxx 2018-ci il tarixli qərarından müəyyənolunur ki, şəxsin ölümü səbəbindən Xəzər rayon Məhkəməsinin 2-182/2007 saylı,xx.xx.2007-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinəəsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkindüşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyənedilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericilikləmüəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icrasənədi üzrə icraata xitam verilir. Qanunvericiliyin qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi,tələbkar və ya borclu öldükdə icra sənədi üzrə icraata xitam o halda da verilə bilərki, məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələrhəmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onunəmlakını idarə edən şəxsə keçə bilməsin. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-401/1998 saylı xx xxxxxxx 1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki,X34 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxurqəsəbəsi, 40-57-60-cı məhəllədəki 14 saylı evin 41 saylı mənzilidən çıxarılmaqlaBazuyevlərin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 17dekabr 1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X53 və X21 cavabdeh X51 oğlundan 7300 ABŞ dollarını alaraq, onlara qaytarılmasına dair iddiası qisməntəmin edilmiş, cavabdehdən 2500 ABŞ dolları və yaxud alınacaq gün üçün manatındəyərinin və 10 794 500 manat məbləğində aparılmış təmir işlərinin dəyərininalınaraq iddiaçılar X49 və Borcluverilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan hər iki qətnamə üzrə müəyyən edilmiş öhdəliklərinmahiyyətindən də, müəyyən olunur ki, həmin öhdəliklər (vəzifələr) şəxsi xarakterdaşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqlarına və vəzifələrinəaid olmadığından həmin şəxsin vərəsəsinə keçə bilən öhdəliklərə aiddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1153-cü maddəsinəəsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlakhüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnızkreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilənhüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Kollegiya hesab edir ki, icra məmurunun hazırkı mübahisə üzrə borclununölümü ilə əlaqədar olaraq icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarıqanunvericiliyin yuxarıda sadalanan normaları ilə uzlaşmadığından, məhkəmə tərəfindən düzdün olaraq əsassız hesabedilməklə ləğv olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayonMəhkəməsinin 2-182/2007 saylı xx xxxx 2007-ci il tarixli qərardadının surətindəngörünür ki, Əzizbəyov rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixliqətnaməsinə əsasən tutulmalı olan 2500 ABŞ dolları pulun hazırkı bazar qiymətinəuyğun indeksasiya edilərək 60000 manat müəyyən edilməsi, 60000 manat və 2159manat təmirə xərclənən vəsaitin X9 alınıbX49 və X27 verilməsi Əzizbəyov(Xəzər) rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il və xx xxxxxxx 1998-ci il tarixliqətnamələrinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiyaşöbəsinin icra məmuru X28 izahatında bildirmişdir ki,X25 vəfat etdiyi üçün icra icraatına xitam vermişdir.Hazırkı mübahisələrlə bağlı ona məhkəmədən iki icra vərəqəsi gəlib: biri evdənçıxarma, biri pul tələbi. Biri 2017, digəri 2018-ci ildə gəlib. Lakin qərardadla həminhərəkətlərin eyni vaxtda həyata keçirilməsi barədə xəbəri olmayıb. 2018-ci ildə pul tələbinə dair icra icraatına xitam vermişdir. Evdən çıxarmaya dair icra vərəqəsi hal-hazırda qüvvədədir və icra olunmamış qalır. Bu icra vərəqəsinin icra olunmasındamaraqlı olan şəxs Maraqlı şəxs Ramazan oğlunun qəyyumu Qurbandır.Abdulmanaf özü isə qüsurludur. 2019cu ildə ona Xəzər Rayon Məhkəməsindənhakim Hüseyn Hüseynli tərəfindən icra vərəqəsi göndərilib. Həmin icra vərəqəsindəKübrənin çıxarılması, Bazuyevin köçürülməsi tələb olunmuşdur. Bundan əlavə 1998 və 1999-cu il tarixli qətnamələrin icra edilməsi ilə bağlı izahın verilməsi üçün Xəzər rayon Məhkəməsinə müraciət etmiş, hakim H.Hüseynli tərəfindən ərizəyə baxılaraqizahın verilməsi barədə ərizə təmin edilməmişdir. Odur ki, qərarın ləğv edilibedilməməsiniməhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşin qeyd olunan hallarından da göründüyü kimi, X1 Abdulmanaf Ramazanoviç hazırda “Xəzər (Əzizbəyov) rayonMəhkəməsinin 2-401/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddiaçıX11 X40 və qeyrilərinə qarşımənzildən çıxarılma barədə iddiası üzrə” tələbkar statusunda iştirak edir və həminmənzildən çıxarılma tələbi üzrə icra şöbəsində icra işi davam etdirilir. Kollegiya hesab edir ki, mərhum X11 oğluMaraqlı şəxs hazırda mərhum atasına münasibətdə olanqətnamə üzrə tələbkar statusunda çıxış etdiyindən o, atasının öhdəlikləri üzrə dəcavabdehlik daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasənQanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin1243.2-ci maddəsinə əsasənvərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizəverdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqdavə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsətərəfindən qəbul edilmiş sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, icra məmuru hazırkı icrasənədləri üzrə borclunun ölümü ilə əlaqədar olaraq icra sənədi üzrə icraata xitamvermək əvəzinə borclunun ölümündən sonra miras əmlakın kim tərəfindən qəbuledilməsini araşdıraraq icra tədbirlərini davam etdirməli idi. Beləliklə bütün sadalananlara əsasən, kollegiya hesab edir ki, hazırkı iş üzrəqəbul edilmiş qətnamə ilə müəyyən edilmiş öhdəlik vərəsəlik qaydasında keçə bilənöhdəliklərə aid olduğundan, Borclu ərizəsi düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(103)-199/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №8(103)-144/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-144/2020
04.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver