Məhkəmə qərarları › İş №8(103)-144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-144/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-144/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Tələbkarın nümayəndə və vəkili Nümayəndə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən Borclu 3 uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin Borclu Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və X11 yanında daimi nümayəndəsi vəzifələrində olduğu müddətdə, o cümlədən Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində aldığı qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 faizi) düzgün hesablanmasını (yaranmış borc hesaba alınmaqla) Azərbaycan Respublikasının XİN-dən tələb edilməsini Yasamal İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun və yaxud Yasamal İcra Şöbəsinin üzərinə vəzifə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcludan tutulan aliment düzgün hesablanmamışdır. Belə ki, borclu Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olduğu müddət ərzində XİN onun xeyrinə uşaqların saxlanması üçün ondan tutulan alimenti düzgün hesablamamışdır, aliment onun ancaq səfir təyin edilənədək XİN-də aylıq əmək haqqını təşkil edən 955 manatdan tutulmuşdur, halbuki borclu 05 aprel 2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda X11 yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, yüksək qazancı olmuş və xarici valyutada gəliri olmuşdur. Təkcə onun İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi tutduğu vəzifəyə görə aylıq qazancı 6000 avro təşkil etmişdir. 26 iyul 2021-ci ildən hal-hazıra kimi Borclu Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfir işləyir. Xarici İşlər Nazirliyi alimenti hesablayarkən borclunun yuxarıda qeyd edilən tutduğu vəzifələrindəki bütün qazancını və gəlirini nəzərə almır, yəni borlunun XİN-də hazırda tutduğu vəzifəsinə görə aldığı əmək haqqından deyil, qanunsuz olaraq onun XİN-də əvvəlki tutduğu vəzifəsinə görə müəyyən edilmiş əmək haqqından - 955 manatdan alimenti tutur. Həmin qanunsuzluqla bağlı o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı icra vərəqəsinə əsasən tutulan alimentin düzgün hesablanması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5962/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyi belə əsaslandırılmışdır ki, iddiaçı icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə ərizə ilə müraciət edə bilər, habelə icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Bu baxımdan hazırki iddia tələbinə inzibati məhkəmə icraat qaydasında mümkün sayıla bilməz. Beləliklə, səfirin öz xidməti vəzifəsinə uyğun aldığı bütün qazancından (gəlirindən) aliment hesablanmalıdır. XİN-nin icra şöbəsinə cavab məktubundan belə çıxır ki, səfirin uşaqları ataları ilə birlikdə yaşayarkən atanın bütün qazancından yararlana bilərlər, amma ayrı yaşadıqda uşaqların saxlanılması üçün aliment Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində tutduğu vəzifədən əvvəlki vəzifəsinə ğörə aldığı əmək haqqından tutulmalıdır, bu halda atanın nə üçünsə bütün qazancı (gəliri) nəzərə alınmır. Təbii ki, bu cür yanaşma qanunsuz olmaqla yanaşı absurddur, ədalətsizlikdir. İcra məmuru bu günə kimi səfir Borclu əmək haqqısı barədə məlumatı belə əldə etməmişdir və yaxud alınması üçün müvafiq tədbirlər görməmişdir. Bu məlumatları əldə etmədən icra sənədinə nəzarəti həyata keçirmək mümkünsüzdür. Həmçinin qeyd etmişdir ki, diplomatik xidmət əməkdaşının xaricdə aldığı əmək haqqından sosial sığorta ödənişlərinin və gəlir vergisinin tutulmaması dövlətin hüququdur, həmin qazancdan (gəlirdən) aliment hesablanmaması üçün əsas deyildir. Ailə qanunvericiliyi alimentin bütün qazanc və gəlirlərdən tutulmasını nəzərdə tutur. Uşaq hüquqları hər şeydən üstündür və uşaqların mənafeyi, maraqlarına zidd olan norma qanunsuzdur. İcra məmurunun qanunsuz hərəkəti, həmçinin hərəkətsizliyi nəticəsində onun və uşaqlarının hüquqları və qanunla qorunan maraqları pozulur. Beləliklə, icra sənədi qərəzli olaraq düzgün icra edilmir, icra məmuru isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirləri görmür. Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayət yazılı icraat qaydasında təyin edilmiş, daha sonra işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə müvafiq qərardad qəbul edilmişdir. Şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndə və vəkili Nümayəndə şikayəti müdafiə edərək bildirdi ki, borclu səfirdir, bu vəzifədir, ezamiyyət sayıla bilməz, çünki ezamiyyət ən çox 40 gün müddətində ola bilər, beş illik ezamiyyət olmur, aliment onun səfir kimi aldığı əmək haqqı və əlavələrdən tutulmalıdır, lakin onun XİN-də tutduğu vəzifə üzrə aldığı əmək haqqından aliment tutulur, halbuki Ailə Məcəlləsində 76.1.3-cü maddəsinə görə aliment 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur. Hazırda aliment borclunun XİN-də tutduğu vəzifə üzrə 955 manatdan tutulur, onlara şifahi qaydada borclunun səfir kimi 5000 avro alması barədə məlumat verilmişdir. İcra məmuru isə hansısa səbəbdən, alimentin borclunun səfir vəzifəsində aldığı qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 faizi) tutulması üçün qanunla nəzərdə tutulan zəruri tədbirləri görmür. Bu səbəbdən, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ.İsmayılov tələbkarın vəkilinin onun hazırkı icra işində borclunu himayə etməsi barəsində bildirdikləri ilə razılaşmayaraq, icra işi üzrə borclunun iş yerinə dəfələrlə sorğu verdiyini, çoxlu yazışmalar etdiyini və müvafiq cavablar aldığını bildirdi, bununla belə, inzibati tədbir görməyib, rayon məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, rayon məhkəməsinin qərardadından verilmiş şikayət təmin edilərək, qərardad ləğv olunmalı, Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətsizliyi qanunsuz hesab edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən Borclu 3 uşağın saxlanılması üçün tələbkarın xeyrinə tutulan alimentin Borclu Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və X11 yanında daimi nümayəndəsi vəzifələrində olduğu müddətdə, o cümlədən Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində aldığı qazancının və (və ya) başqa gəlirlərinin yarısının (50 faizi) düzgün hesablanmaqla (yaranmış borc hesaba alınmaqla) borcludan alınalaraq tələbkara ödənilməsinin təmin olunması vəzifəsi icra məmurunun üzərinə qoyulmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 4/16-234/16/19 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı qətnaməsinin icrası ilə bağlı bildirmişlər ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Borclu əmək haqqısından 2385,84 (iki min üç yüz səksən beş manat 84 qəpik) manat aliment tutulması müəyyən edilmişdir. Qeyd olunan məbləğ Borclu bildirilmişdir. Borclu borcu fərdi şəkildə X4 bank hesabına ödəmiş və ödəniş qəbzini Xarici İşlər Nazirliyinə təqdim etmişdir (ödəniş qəbzi əlavə olunur). Həmçinin bildimişlər ki, Borclu Xarici İşlər Nazirliyində hesablanan aylıq əmək haqqı 955,50 (doqquz yüz əlli beş manat 50 qəpik) təşkil edir. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin tələbkar X6 ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu könüllü icra haqqında bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə alimentin Borclu əmək haqqından tutulması üçün Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə müraciət olunmuşdur. Müraciətə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Xarici İşlər Nazirliyi tərəfindən Borclu əmək haqqından 2385,84 manat aliment tutulması müəyyən edilmiş və həmin məbləğ Borclu tərəfindən fərdi qaydada bank hesabına ödənilmişdir. Həmçinin bildirilmişdir ki, Borclu Xarici işlər Nazirliyində hesablanan aylıq əməkhaqqı 955,50 manat təşkil edir. xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq, icra sənədi üzrə Borclu aylıq qazancı və başqa gəlirləri barədə Yasamal rayon icra və probasiya şöbəsinə ətraflı məlumat verilməsi, həmçinin Borclu tutulacaq alimentin tərəflərindən yeni təqdim edilmiş bank hesabına köçürülməsinin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdə bir daha Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunmuşdur. İcra sənədinin icrası nəzarətdə saxlanılır. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Maliyyə İdarəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Borclu əmək haqqından tutulması üçün onlara göndərilmişdir. İş üzrə tələbkar M.Məhərrəmova şöbəyə müraciət edərək alimentin düzgün tutulmadığından narazı olduğunu bildirmiş və alimentin tutulmasında nəzarətin gücləndirilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən icra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icra sənədi üzrə Borclu aylıq qazancı və başqa gəlirləri barədə Yasamal rayon İcra və Probasiya Şöbəsinə ətraflı məlumat verilməsi, həmçinin tələbkarın müraciətinə əsasən Borclu tutulan alimentin tələbkar M.Məhərrəmovanın yeni təqdim olunan bank hesabına (məktuba əlavə olunur) köçürülməsi xahiş olumuşdur. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 2/2 hissəsi miqdarında aliment tutularaq X6 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclunun əməkhaqqından tutulmaların aparılması məqsədilə xx.xx.2019-cu il tarixdə onlara göndərilmişdir. Bununla əlaqədar Xarici işlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubda Borclu əmək haqqının 955,50 manat təşkil etdiyi və ödəmələrin həyata keçirildiyi bildirilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında 29 noyabr 2019-cu il tarixli 1658 nömrəli Sərəncamı ilə Borclu ödənilən aylıq əməkhaqqından alimentin tutulması təmin edilməmişdir. Yuxarıda qeyd olunanların araşdırılması, alimentin borclunun qanunvericiliklə yol verilən bütün növ qazanc və gəlirlərindən tutulmanın həyata keçirilməsi, eləcə də icra sənədi üzrə aparılmış aylıq tutulmalar barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/25-2156/25/21 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Borclu 2016-cı il 18 iyul tarixinədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ikinci Avropa idarəsinin rəisi vəzifəsində işləmiş və həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. “Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində uyğun olaraq, Borclu Azərbaycan Respublikasının X3 aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir və gəlir vergisi tutulmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində qeyd edilir ki, qanunveriliciyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 5-ci bəndinin 5-ci abzasına əsasən, ezamiyyət ilə bağlı verilən ödəmələrdən aliment tutulmur. Həmin normativ hüquqi aktin 5.1-ci yarımbəndinin 8-ci abzasında bildirilir ki, işçinin əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan aliment tutulur. Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Borclu Azərbaycan Respublikasının Xarici işlər Nazirliyində idarə rəisi olarkən aldığı əmək haqqının 50 faizi saxlanılır və qanunvericiliklə nəzərdə tutulan ödənişlər (sosial sığorta ödənişi, gəlir vergisi, işsizlikdən sığorta) o cümlədən, aliment ödənişi bu məbləğdən tutulmaqla həyata keçirilir. Yuxarıda qeyd olunan hüquqi aktlara istinadən bildirilmişdir ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən (uzunmüddətli ezamiyyətdə olan) və aliment ödəyən bu və ya digər əməkdaşın aliment ödənişləri ilə bağlı xaricdə ezamiyyət dövründə aldığı əmək haqqından tutulmaların həyata keçirilməsi hallarına rast gəlinməmişdir. Belə ki, xaricdə ezamiyyət dövründə əməkdaşlara verilən ödənc hüquqi aktla müəyyənləşdirilmiş konkret məbləğdir. Bu ödənc əmək haqqı adlandırılmasına baxmayaraq, onun üzərinə digər əmək haqları kimi qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmır və eyni zamanda, bu ödəncdən tutulmalar həyata keçirilmir. Aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulmaqla həyata keçirilir. Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Maliyyə İdarəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Borclu əmək haqqından tutulması üçün onlara göndərilmişdir. Tələb icra sənədi üzrə Borclu əməkhaqqına yönəldilmişdir. Tələbkar M.Məhərrəmova şöbəyə müraciət edərək son aylar alimentin ödənilmədiyini bildirmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən “icra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq Borclu əməkhaqqından alimentin üzrə tutulmanın dayandırılmasının səbəbi və 2021-ci ildə hər ay üzrə Borclu əməkhaqqından tutulmuş aliment barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/16-14115/16/21 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Borclu xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmış və xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. Borclu xx.xx.2021-xx.xx.2021 tarixlər aralığında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən heç bir əməkhaqqı ödənilməmişdir. Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq 2021-ci ildə hər ay üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Bildirilmişdir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 06/1-139 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar-iyul aylarında aşağıdakı kimi olmuşdur: Yanvar – 690,9; Fevral – 693,7; Mart – 748,1; Aprel – 748,9; May – 730,7; İyun – 728,8; İyul – 751,3. Cari ilin avqust və sentyabr ayları üzrə məlumatlar isə müvafiq olaraq oktyabr və noyabr aylarının ikinci yarısında hazır olacaqdır. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun aliment üzrə borcun müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsaslanaraq, alimentın ödənilmədiyi dövr üçün orta aylıq nominal əməkhaqqına (2021-ci ilin aprel ayı 748,9 manat, may ayı 730,7 manat, iyun ayı 728,8 manat və iyul ayı 751,3 manat) müvafiq olaraq hesablama aparılmış və 1292 manat aliment borcu müəyyən edilmiş və qərara alınmışdır ki, Borclu təklif edilsin ki, yaranmış 1292 manat aliment borcunu tələbkar X6 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/25-15620/25/22 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Borclu Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2021-cı il tarixli 2828 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23 4-cü maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində uyğun olaraq, Borclu Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir və gəlir vergisi tutulmur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-cı maddəsinin 4-cu hissəsində qeyd edilir kı, qanunveriliciyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar uçun valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin 5-ci bəndinin 5-ci abzasına əsasən, ezamiyyət ilə bağlı verilən ödəmələrdən aliment tutulmur. Həmin normativ hüquqi aktın 1.1-ci yarımbəndinin 8-cı abzasında bildirilir ki, işçinin əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan aliment tutulur. Hazırda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Borclu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi olarkən aldığı əmək haqqının 50 faizi saxlanılır və qanunvericiliklə nəzərdə tutulan ödənişlər (sosial sığorta ödənişi, gəlir vergisi, işsizlikdən sığorta) o cümlədən, aliment ödənişi bu məbləğdən tutulmaqla həyata keçirilir. Yuxarıda qeyd olunan hüquqi aktlara istinadən bildirmişlər ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən (uzunmüddətli ezamiyyətdə olan) və aliment ödəyən bu və ya digər əməkdaşın aliment ödənişləri ilə bağlı xaricdə ezamiyyət dövründə aldığı əmək haqqından tutulmaların həyata keçirilməsi hallarına rast gəlinməmişdir. Belə ki, xaricdə ezamiyyət dövründə əməkdaşlara verilən ödənc hüququ aktla müəyyənləşdirilmiş konkret məbləğdir. Bu ödənc əmək haqqı adlandırılmasına baxmayaraq, onun üzərinə digər əmək haqları kimi qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmır və eyni zamanda, bu ödəncdən tutulmalar həyata keçirilmir. Aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulmaqla həyata keçirilir. Əlavə olaraq qeyd etmişlər ki, oxşar məzmunlu müraciət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 4/25-2156/2521 nömrəli məktubu ilə cavablandırılmışdır. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə icraya yönələrək həmin tarixdə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün müvafiq qurumlara göndərilmişdir. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən icranın vəziyyəti barədə xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə sorğular verilmiş, icra məmurunun sorğularına cavab olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Bundan başqa icra məmuru tərəfindən Borclu xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi, borcluya xx.xx.2021-xx.xx.2021 tarixlər aralığında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən heç bir əməkhaqqı ödənilməməsi müəyən edilərək, həmin dövrdə qətnamənin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə 2021-ci ildə hər ay üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı barədə rəsmi məlumat verilməsinə dair sorğu verilmiş və icra məmuru İsmayıl İsmayılovun aliment üzrə borcun müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsaslanaraq, alimentın ödənilmədiyi dövr üçün orta aylıq nominal əməkhaqqına (2021-ci ilin aprel ayı 748,9 manat, may ayı 730,7 manat, iyun ayı 728,8 manat və iyul ayı 751,3 manat) müvafiq olaraq hesablama aparılmış və 1292 manat aliment borcu müəyyən edilməklə, yaranmış 1292 manat aliment borcunun tələbkar X6 ödənilməsinin Borclu təklif edilməsi qərara alınmışdır. Beləliklə, icra məmuru tərəfindən müvafiq dövlət orqanına göndərilən sorğulara verilən cavablardan məlum olur ki, həmin orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar uçun valideynlərinin alıment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin 5-ci bəndinin 5-ci abzasına əsasən, ezamiyyət ilə bağlı verilən ödəmələrdən aliment tutulmaması barədə qeyd edilən normativ hüquqi akta istinad edir. Həmçinin qeyd edir ki, həmin normativ hüquqi aktın 1.1-ci yarımbəndinin 8-cı abzasında bildirilir ki, işçinin əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan aliment tutulur. Bununla bağlı Məhkəmə Kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, “Diplomatik Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsində təsbit olunmuşdur ki, diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. Həmin Qanunun 6.3-cü madəsində qeyd edilir ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir: Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi (maddə 6.3.1. ); Qanunun 7.1-ci maddəsinə görə, diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir (maddə 7.3.). Qanunun 12.2-ci maddəsinə əsasən, vakant vəzifələrin əvəz edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Qanunun 13.2-ci madəsinə əsasən, rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları, və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə görə, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Qanunun 15.1-ci maddəsində qeyd edilir ki, diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər. Əlavə təhsil və ya elmi ezamiyyət başa çatdıqdan sonra diplomatik xidmət əməkdaşı əvvəl tutduğu vəzifədən aşağı olmayan diplomatik vəzifəyə təyin edilir (maddə 15.2.). Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməyə, Azərbaycan Respublikasını layiqincə təmsil etməyə borcludurlar (maddə 17). Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər (maddə 18.1.). Həmin Qanunun 21.1-ci maddəsinə görə, diplomatik xidmət əməkdaşlarına və onların onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət keçməklə bağlı risk, habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla verilir. Qanunun 21.2-ci maddəsinə əsasən, diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq tibbi xidmətlə təmin olunurlar. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir (maddə 21.3.). Qanunun 21.3-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir. Ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) birinin ölümü ilə əlaqədar, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri müvafiq qaydada ödənilir (maddə 21.4.). Qanunun 21.5-ci maddəsinə görə, diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar), onun tutduğu vəzifə və yerli şərait nəzərə alınmaqla, xaricdə yaşayış yeri ilə təmin olunmalıdırlar. Diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir (maddə 21.6.). Diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir (21.6-1.). Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir (maddə 21.6-2.). Qanunun 21.7-1-ci maddəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir. Həmin Qanunun 21.7-2-ci maddəsinə görə, diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödənilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir (maddə 23.2.). Qanunun 23.3-cü maddəsinə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən dövlət məvacibi bu Qanunun 6.3.1-ci maddəsində nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır. Həmin Qanunun 23.4-cü maddəsinə görə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, əmək şəraiti və əmək funksiyalarının xüsusiyyətləri nəzərə alınmaqla, əlavə məzuniyyət verilə bilər (maddə ). İstinad olunan Qanunun qeyd edilən normalardan da aydın şəkildə müəyyən olunur ki, borclunun həyata keçirdiyi fəaliyyət - diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir, haqqı ödənilən işdir və o həmin vəzifələrinin yerinə yetirilməsi müqabilində məvacib alır. “X8 Haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli Qərarında dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan X8 müəyyən edilmişdir. Həmin Qərara 1 nömrəli əlavədə olan xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarından məlum olur ki, Estoniya Respublikası üçün 90 avro, Tallin şəhəri üçün isə 140 avro müəyyən edilmişdir. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarının 1-ci bəndinə görə, uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən: pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan; qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan; il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan; əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından; faktiki alınan pensiyadan; ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlikdən sığorta ödənişindən. 1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

3. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur. Həmin Qərarın 5-ci bəndinə görə aliment aşağıdakılardan tutulmur:

5. Aliment aşağıdakılardan tutulmur: yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla); əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən; ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən; ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından; işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən; qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən; sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən; başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən; işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan. Qərarın 7.-ci bəndinə görə, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Həmin Qərarın 1.1-ci yarımbəndinin 8-ci abzasına görə, alimentin qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan tutulması müəyyən edilmişdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, aliment tələbi üzrə icra sənədinin icrası ilə bağlı icra məmurunun müraciətlərinə cavablarında borclunun əməkdaşı olduğu qurum həmin bəndə istinad etmişdir. Məhkəm kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı halda həmin istinad əsaslı olmamış, onun mahiyyəti düzgün təfsir olunmamış, icra sənədinin qanunla müəyyən olunmuş qaydada icrasını təmin etməli olan icra məmuru isə bu halda zəruri tədbirlər görməmiş, hərəkətsizlik göstərmişdir. Belə ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən Borclu 3 uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin Borclu qazancının (başqa gəlirlərinin) 2/1 hissəsində alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci madəsinin İ bəndinə görə, qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmin Qanunun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 11.0.-cı maddəsində normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3- 2.8-ci maddələrinin normaları tətbiq edilir; (maddə 11.0.1.) Beləliklə, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarda alimentin tutulması müəyyən edilmişdir. Belə olan halda “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarının 1.1-ci yarımbəndinin 8-cı abzasına görə, alimentin qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan tutulması barədə bənd borclunun iş yeri üzrə qurumun məktublarında səhv təfsir olunmuş, icra məmuru isə nə bu hala, nə də ki, daha yüksək hüquqi qüvvəsi olan Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tətbiq olunmalı olmasına əhəmiyyət verməmişdir. Çünki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə belə halda qanun tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinə görə, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Belə olan halda, Qanunun alimentin miqdarının hesablanması barədə aşkar və aydın göstərişi olduğu halda, icra məmurunun məktub və digər məlumatlara istinad etməsi qanunsuz olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə görə, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Qanunun 84.1-ci maddəsinə görə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. Hazırkı halda icra məmuru tərəfindən alimentin tutulması barədə icra vərəqəsinin icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri məcburi tədbirlər yerinə yetirilməmişdir. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi tərəfindən tələbkarın hazırkı şikayətinə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur ki, həm milli qanunvericiliklə, həm də beynəlxalq konvensiyalarda üstün qorunma hüququ təsbit olunmuş uşaqların qanunla müəyyən olunmuş (hazırkı halda həm də məhkəm aktı ilə təsbit edilmiş) aliment almaq kimi mühüm maraqları müdafiə olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icra sənədi üzrə alimentin miqdarı müəyyən olunarkən borclunun fövqəladə və səlahiyyətli səfir vəzifəsini icra etməsi ilə əlaqədar aldığı aylıq dövlət məvacibi, əlavələr, kompensasiyalar, eləcə də işlədiyi qurumda aldığı-saxlanılan əmək haqqının cəmi məbləğinin (Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarının 5-ci bəndindəki alimentin tutulmasının istisna edildiyi gəlirlər, o cümlədən dövlət hesabına ödənilən müvafiq nəqliyyat xərcləri, birdəfəlik yerləşmə müavinəti, verildiyi halda ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin ödənilən təhsil haqqı, ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından və s. istisna olmaqla) yarısından alimentin tutulması, eləcə də həmin tutmanın alimentin tutulduğu vaxtdan hesablanmaqla tutularaq tələbkara ödənilməsi ilə bağlı zəruri icra hərəkətlərin yerinə yetirilməsi icra məmuru tərəfindən təmin edilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, tələbkar M.Eyyubovanın icra məmurunun hərəkətlərindən şikayəti təmin olunaraq Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hazırkı icra sənədi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən Borclu 3 uşağın saxlanılması üçün X1 xeyrinə tutulan alimentin miqdarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmaqla tutulmasının təmin olunması vəzifəsi Yasamal rayon icra şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qəraraaldı:

Şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. X1 icra məmurunun hərəkətlərindən şikayəti təmin edilsin, Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hazırkı icra sənədi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilsin, Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın saxlanılması üçün qazancın (başqa gəlirlərin) yarısı miqdarında xx.xx.2018-ci il tarixdən tutulmalı olan alimentin miqdarının hazırkı qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş qaydaya uyğun hesablanmaqla tələbkara ödənilməsinin təmin edilməsi Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar